Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

fəkkür tərzidir.  Avropalaşmağın ən düzgün  yolu  elmi inkişaf 

etdirməkdir.77

Türk  alimləri  arasında  Qərb  mədəniyyətini  qəbul  et­

mək  yolları  haqqında  qızğın  mübahisələr  gedirdi.  Avropa 

mədəniyyətini  kor-koranə  təqlid  etmək  istəyənlərin  sayı 

Türkiyədə  olduqca  az  idi.  Türk  müəlliflərinin  əksəriyyəti  bu 

fikirdə  idi  ki,  milli  mədəniyyəti  saxlamaq  və  Avropa  mədə­

niyyətindən  istifadə  etmək  yolu  ilə  iqtisadiyyatın  və  mədə­

niyyətin yüksək dərəcədə inkişafına nail olmaq mümkündür.

«Yön»  qəzetində  yazılırdı  ki,  Qərb  ölkələri  heç  vaxt 

avropalaşmaq  işində  Türkiyəyə  kömək  etməmişlər,  əgər  kö­

mək  etmək  istəmişlərsə  bunu  yalnız  öz  mənafeləri  xatirinə 

etmişlər.  Sonra  qəzet  yazırdı  ki,  Türkiyədə  geniş  miqyasda 

avropalaşmaq  prosesi  gedən  vaxt  Avropa  ölkələri  arasında 

onun  heç  bir  dostu  yox  idi.  Daha  sonra  qeyd  edilirdi  ki, 

Türkiyədə  avropalaşmaq  dedikdə  elmin  və  texnikanın  inki­

şafı  nəzərdə  tutulur,  Avropa  və  Amerikada  isə  Avropa  mə­

dəniyyətini  qəbul  etmək  ilə  Qərb  siyasətinə  tabe  olmağı  ey­

niləşdirirlər.78

Hasim  Nahid  Erbil  göstərirdi  ki,  türklər  Qərbin  incə­

sənətini  təqlid  etməməlidirlər,  türk  alimləri  Dürkheym, 

Berqson  və  s.  Qərb  filosoflarının  təsirindən  qurtarmalıdır­

lar.  Türklər  müasir  həyatın  tələblərinə  uyğun  olaraq  yaşa­

malıdırlar.79  Müasir  həyatın  tələbləri  dedikdə türk  müəlliflə­

ri  bir-birinə zidd  müxtəlif fikirlər irəli  sürürlər.  Bu  cəhətdən 

professor  Mumtaz  Turhanın  «Qərbləşmənin  harasındayıq?» 

kitabı  çox  xarakterikdir.  Onun  fikrinə  görə  iqtisadiyyat  və 

mədəniyyət  sahəsində  böyük  nailiyyətlər  əldə  etmək  işində 

elm  həlledici  rol  oynayır.  Qərb  Şərqə  elm  verə  bilər.  Mum­

taz Turhan yazır ki, Türkiyə əkinçiliyi,  heyvandarlığı,  balıq­

çılığı  inkişaf etdirmək  üçün  böyük  imkanlara  malikdir,  ölkə 

böyük  faydalı  qazıntılar  ehtiyatına  malikdir.  Bəs  nə  üçün 

Türkiyə  inkişaf  etmiş  ölkələrdən  çox  geridə  qalır?  Mumtaz 

Turhan  cavab  verir  ki,  pis  rəhbərlik,  təsərrüfatsızlıq,  xalqın 

cəhaləti  inkişafı  xeyli  ləngidir.  Lakin  bu  əsas  səbəb  deyil.

77 Bax: «Forum »,  1  m art  1968, s.14.

78 Bax: «Yön», 23 ocak  1963.

79 H.N.Erbil.  Bu pahahlık nasıl azaltıla bilir, s.19.

38

Onun  fikrinə  görə  Türkiyənin  geri  qalmasının  əsas  səbəbi 



elmin  kifayət  qədər  inkişaf etməməsi,  ziyalıların  sayının  az 

olmasıdır.80 O,  yazır:  «...Cəmiyyətin  Avropa  mədəniyyətinə 

doğru  sosial  strukturunu  köklü  surətdə  yalnız  elmi  bilik 

dəyişdirə  bilər».81  M.Turhan  deyirdi  ki,  müasir  cəmiyyətin 

hərəkətverici qüvvəsi elmdir.

Professor  Tank  Z.Tunaya  yazırdı  ki,  hələ  İslamdan 

əvvəl  qədim  mədəniyyətə  malik  olan  türklər  Qərb  mədə­

niyyətini  «həyat  prinsipi»  kimi  qəbul  edə  bilərlər.  Türklər 

sadəcə  olaraq  Qərb  mədəniyyətini  təqlid  etməyirlər.  Onun 

fikrinə  görə  yeni  türk  dövləti  «Qərbi  Şərq  ilə  birləşdirən» 

məzmun  kəsb  etmişdir.  Qərb  mədəniyyətini  ağılla  qəbul  et­

mək  Türkiyəyə  türklərin  vətəni  olmasına  mane  olmur.82 

Türk  alimi  Çətin  Özək  belə  hesab  edirdi  ki,  avropalaşmaq 

prosesi  yalnız  o  vaxt  mümkündür  ki,  din  ictimai  həyata 

müdaxilə  etməsin.  O,  göstərirdi  ki,  hər  millətin  «özünəməx­

sus  humanist  hərəkatı»  olmasa  onun  avropalaşması 

mümkün  deyil.  Türk  humanizm  ənənələri  milli  sərvətləri  in­

kar  etmir.  Türklər  Avropanı kor-koranə  təqlid  etməməlidir­

lər.  Nail  olmaq  lazımdır  ki,  «milli  mənəvi  sərvətlər  Qərb 

sərvətlərilə çulğalaşsın».83

Sol  meylli  türk  alimi  Niyazi  Berkes  avropalaşma  prin­

sipini  kəskin  surətdə  pisləyir,  Türkiyənin  müstəqil  iqtisadi 

və  siyasi  inkişafım istəyirdi.  O,  göstərir ki,  Qərb  ilə münasi­

bətində  Türkiyə  əvvəldən  indiyə  qədər  həmişə  tabeçi  rolunu 

oynamışdır.84  Niyazi  Berkes  göstərir  ki,  qüvvətli  imperialist 

dövlətlər  geri  qalmış  ölkələr üçün  həmişə  təhlükəli  olmuşlar. 

Qərbə  üz çevirmək Türkiyəni  yarım  müstəmləkəyə  çevirmiş­

dir.  Yalnız  azadlıq  müharibəsi  vaxtı  Türkiyə  başa  düşdü  ki, 

tam  azad  olmaq  üçün  Qərb  asılılığından  qurtarmaq  lazım­

dır.  Tam  müstəqillik  olmadan  qüvvətli,  inkişaf  etmiş  ölkə

80 M .Turhan. Qarblilaşmanın neresindeyiz? İstanbul,  1959, s.55.

81 Yenə orada, s.45.

82 Bax: «Yeni Türkiye», İstanbul,  1959, s.166-167.

83 Ç .özek. Türkiyede laiklik.  İstanbul,  1962, s. 149-150.

84 N .Berkes.  Batıcılık,  ulusçuluk ve toplumsal  devrimler.  Bax:  «Yön»,  12 

şubat  1965, s.8.

39



olmaq  mümkün  deyil.85  Niyazi  Berkes  sonra  göstərir  ki,  xa­

rici  kapital  xüsusi  təşəbbüsü  əlində  saxlayan  yerli  hakim  si­

nifləri  özünə  tabe  edərək  ölkənin  milli  gəlirini  xaricə  da­

şıyır.86  O,  belə  bir  nəticəyə  gəlir  ki,  qərbçilik  hələ  heç  bir 

yerdə həyata keçməyib,  o  geriliyə kömək edir və «fərdi ziyalı 

utopiyasından»  başqa bir şey deyildir.87

Qərbçilər  özlərini  Atatürk  tərəfdarı  hesab  edirlər. 

Doğrudur, Atatürk Qərb ölkələri ilə iqtisadi və mədəni əlaqə 

saxlamaq  tərəfdarı  idi.  O,  istəyirdi  ki,  Türkiyə  müasir  mə­

dəni  ölkə  olsun.  Lakin,  Niyazi  Berkesin  dediyinə  görə  «ka- 

malizm qərbçilik deyil, Qərbdən azad  olmaqdır».88

Niyazi  Berkes  göstərir  ki,  türk  burjuaziyası  inqilabçı 

sinif ola  bilməz.  O,  yazır:  «Bizdə  Qərbdə olduğu  kimi mütə­

rəqqi  burjuaziya  ola  bilməz.  Yerli  burjuaziya  bütün  gücünü 

xaricdən  alır.  Öz  cəmiyyətində  o  mütərəqqi  dəyişiklikləri 

deyil,  geriliyi müdafiə etməyə məcburdur».89 «Heç  bir geridə 

qalmış  ölkə Qərbdən  azad  olmamış  avropalaşmaz  və  inkişaf 

edə bilməz...».90

«Ulus»  qəzetində  (18  iyun  1967)  yazılırdı  ki,  Qərb  ol­

duqca yüksək mədəniyyət  yaratmışdır.  Qərbin  yaratdığı  elm 

və  texnika,  ədəbiyyat  və  incəsənət  bütün  dünya  üçün  əhə­

miyyətlidir.  Lakin  Qərb  mədəniyyəti  hələlik  yalnız  Qərbə 

xidmət  edir.  Qəzet  sonra  yazır  ki,  Qərb  ölkələri  geri  qalmış 

ölkələrdə  mədəniyyətin  inkişaf  etməsini  istəmir.  Qərb  geri 

qalmış  ölkələrin  milli  sərvətini  istismar  edir.  Qərb  geri  qal­

mış  ölkələr üçün  «vəhşi  despot»  rolunu  oynayır.  Odur  ki,  az 

inkişaf  etmiş  ölkələr  istismarçı  Qərbə  qarşı  mübarizə  apar­

malıdır.


Göründüyü  kimi,  Türkiyənin  konkret  inkişaf  yolları 

haqqında  türk alimləri,  siyasi  xadimləri arasında fikir birliyi 

yox  idi.  Lakin  mütərəqqi  fikirli  müəlliflər  yekdilliklə  hesab 

edirdilər ki, Türkiyə müstəqil inkişaf yolu  ilə irəliləməlidir.

85 Bax:  «Kim», 23 nisan  1965, s.27.

86 Bax: «Yön», 23 nisan  1965, s.8.

87 Yenə orada, s.9.

88 Bax:  «Yön»,  16 nisan  1965, s.12.

89 Bax: «Yön», 23 nisan  1965, s.9.

90 Bax: «Yön»,  19 şubat  1965, s.12.

40

III. 

XX əsrin 50-70-ci illərində Türkiyənin 

sosial-siyasi fikrində sinif, sinfi mübarizə və sosial 

inqilab problemləri91

1.  Sinfi mübarizə anlayışı

İkinci  Dünya  müharibəsi  qurtardıqdan  sonra  Türkiyə­

nin sosial-siyasi qüvvələri demokratik islahatlar keçirmək və 

ölkənin  iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq  üçün  yeni  tələb­

lərlə  çıxış  edirdilər.  Hakim  Xalq  Cümhuriyyət  Partiyasının 

siyasətinə  qarşı  narazılıq  artmış,  sinfi  ziddiyyətlər  kəskin­

ləşmişdi.

1946-cı  ilin  əvvəllərində  Türkiyədə  yeni  müxalifətçi 

partiyalar  yaranmağa  başladı.  1946-cı  ilin  yanvarında  iri 

torpaq  sahiblərinin  və  xarici  kapital  ilə  sıx  əlaqədə  olan  iri 

burjuaziyanın  mənafeyini  əks  etdirən  Demokrat  Partiyası 

yaradıldı.  Bununla  yanaşı  ölkədə  başqa  siyasi  partiyalar,  o 

cümlədən sosialist təmayüllü  partiyalar da yaranırdı.  1946-cı 

ilin  mayında  Türkiyə  Zəhmətkeş  və  Kəndli  Sosialist  Partiy­

ası yaradılır.  Lakin onun fəaliyyəti tezliklə dayandırılır.

Bu  illərdə Türkiyə  ABŞ  və Avropa ölkələri  ilə getdikcə 

daha  sıx əlaqəyə  girir.  Bu  proses  Demokrat  Partiyasının  ha­

kimiyyəti  dövründə  (1950-1960)  daha  da  güclənir,  Türkiyə 

NATO-ya  daxil  olur.  Türkiyənin hakim  dairələri  arasındakı 

ziddiyyətlər  getdikcə  kəskinləşir.  Siyasətçilərin  və  hərbçilə­

rin narazı  təmsilçiləri  1960-cı il may ayının  27-də dövlət çev­

rilişi edir və Demokrat Partiyası hakimiyyətdən devrilir.

1960-cı  illərdə  Türkiyədə  bir  çox  demokratik  tədbirlə­

rin həyata keçirilməsinə başlandı.  Müxalif qüvvələr açıq  fəa­

liyyət  göstərmək  imkanı  əldə  etdilər.  Sosializm  ideyalarını 

məhdud  şəkildə  olsa  da  təbliğ  edən  cəmiyyətlər  yarandı. 

Marksın,  Engelsin,  Leninin  və  bir  çox  görkəmli  marksistlə­

rin  əsərləri  türk  dilində  çap  olunurdu.  1961-ci  ildə  Türkiyə 

İşçi Partiyası yaradıldı və partiya liderləri  arasında tam  fikir 

birliyi  olmasa  da,  bu  partiya  marksizmə  daha  çox  meyl  gö­

stərirdi.

91  Təqdim  edilən  araşdırm a  1973-cü  ildə  yazılıb  və  bəzi  kiçik  düzəlişlərlə 

ilk dəfədir çap olunur.

41



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə