1789-cu ildən sonra Avropada «revolution» sözü yalnız ida
rə edənlərin həyata keçirdiyi kiçik və əhəmiyyətsiz dəyişik
liklər deyil, bütün cəmiyyətin təməlini alt-üst edən ciddi sar
sıntılar kimi dəyərləndirilir. C.Meriç bu fikri ciddi dəlillər,
məntiqi vasitələrlə əsaslandıra bilir. O, göstərir ki, inqilabın
cəmiyyətdə baş verən köklü dəyişiklik olması fikri Avropa
da da birdən-birə yaranmadı, uzun təkamül yolu keçdi,
müxtəlif nöqteyi-nəzərlər yarandı.
C.Meriç maraqlı sual irəli sürür: «Necə olur ki, təbiət
elmlərində «revolution» təkrar olunmanı, yerində saymağı,
yəni dairəvi hərəkəti ifadə edən söz olduğu halda, sosial sa
hədə yerindən qopmağı, irəliləyişi, bir məchula doğru can
atmağı bildirir? (s.113). Hətta yeni aristotelçilər də sübut
etməyə çalışırdılar ki, siyasi həyatda da baş verən dəyişiklik
lər dairəvi hərəkət kimi gerçəkləşir. Ölkələr həmişə eyni ha
kimiyyət formalarını təkrar edirlər. Başqa sözlə, şəhər döv
lətlərinin vaxtaşırı üstünlük verdiyi idarəçilik tərzi var, yeni
bir hakimiyyət forması icad etmirlər. Monarxiya krallığı
doğurur, krallığın pozulması tiraniya yaradır, tiraniya sona
çatandan sonra səhnəyə aristokratiya gəlir və oliqarxiyaya
qarşı çıxır. Sonra qurulan demokratiya pozulandan sonra
oxlokratiya üçün zəmin hazırlanır. C.Meriçin fikrincə, yeni
aristotelçilər hökumətlərin yaratdığı bu «revolutiomnı dövri
hərəkət adlandırırlar. Belə ki, ölkələr eyni yol keçir, daim
hərəkətin başlanğıc nöqtəsinə dönürlər.
Burada C.Meriç yeni aristotelçilərin mövqeyini şərh
edərkən bəzi dəqiqsizliyə yol verir. Lakin onun fikri aydın
dır: inqilab dövri hərəkət deyil. O, yazırdı: «Göründüyü ki
mi «revolution» sözünü ilk işlədənlər onu dövri bir hərəkət
hesab etmişlər. Onlar üçün təməldən qopmaq, yeniləşmə
söhbət mövzusu deyil. Kondorsyönün180 tənqidləri əsrlərcə
hökm sürən bu anlayışa son qoydu. Cəmiyyət, onun fik
rincə, yerində saymır, saya da bilməz, sosial həyatın qarşısı
alınmaz qanunu irəliləmədir. Heç bir ölkə tərk etdiyi haki
miyyət formasına qayıtmaq istəmir. Amma şüarlarda kök
salan bu yeni inam «revolution» sözünün də mənasını dəyiş
180 Kondorsyö Jan A ntuan (1743-1794) - fransız filosofu, «Ensiklope-
diya»nın əməkdaşı, Fransız Akademiyasının katibi.
74
dirdi. Lakin sözün belə dəyişməsi filosofların beynində ger
çəkləşmədən öncə ictimai həyatda özünü göstərmişdi. Fran
sa inqilabında məlum hakimiyyət formalarından heç birinə
üstünlük verilməmişdi. Bu inqilab yeni bir azadlıq anlayışı,
yeni bir şüur tərzi gətirdi. Odur ki, 1815-ci ildə Fransa tə
krarən krallığa qayıtmaq məcburiyyəti qarşısında qalanda,
bu dəyişikliyə «revolution» deyil, «restavration» deyilmişdi»
(s.113).
Bu fikir Böyük Fransa inqilabının təsiri altında olan
Avropa ziyalıları arasında geniş yayılmışdır. C.Meriç doğru
olaraq yazır: «Deməli XIX əsrdə ihtilal deyiləndə ağıla
Fransa inqilabı gəlir. Məvhum ümumiləşdirilməmiş, mücər-
rədləşdirilməmişdi, əslində ya sevgi, ya da nifrətlə qarşıla
nır. Liberallar üçün qələbə, kralçılar üçün fəlakət idi»
(s.115).
C.Meriçin dediklərinə aydınlıq gətirmək üçün aşağı
dakıları əlavə etməyi lazım bilirik. «İnqilab» anlayışı müasir
anlamda «demokratiya» termini ilə eyni vaxtda meydana
gəlmişdir. Şimali Amerika və Fransada XVIII əsrin axırla
rında aparılan mübarizənin müvəffəqiyyəti tam aydınlığı ilə
dünyanın tamamilə yeni bir vəziyyətə keçdiyini göstərənə
qədər bu termin o qədər də çox işlədilmirdi. O dövrə qədər
«inqilab» («revolution») termini əsasən öz əvvəlki mənasını
saxlamışdı: «dairəvi hərəkət» (ingiliscə «revolve» fırlama
deməkdir). Amerikan və fransız liderləri həqiqətən inanırdı
lar ki, onlar təbii vəziyyətə qayıdırlar. Onlar bəyan edirdilər
ki, bütün insanlar azad və bərabər doğulurlar, lakin sonra-
lar kral və başqa hökmdarların zülmü altına düşürlər; inqi
lab xoşbəxt təbii vəziyyəti bərpa etmək vasitəsi olmalıdır.
C.Meriç belə hesab edir ki, inqilab haqqında danışar
kən anarxistlərin də fikirlərini bilmək lazımdır. O, yazır:
«...Anarxizmə görə ihtilal xalqın qəlbindən fışqırır. Amma
kütləni şüurlandırmaq üçün kiçik bir azlığa da ehtiyac var.
Kütlə tənbəldir, uşaq aləmindədir. Yetişdirilməsi, döyülməsi
lazımdır. Kütləni canlandıran düşüncə həmişə seçilmiş az
lığın beynində yaranmışdır. İhtilal öz-özünə deyil, yuxarıdan
istiqamətləndirilməlidir. Liderlər ihtilal qasırğası içində
görünməyən pilotlara bənzəməlidir» (s.115). C.Meriçin fik
rincə anarxistlər inqilaba düzgün tərif verə bilmirlər. Biz də
75
onun fikri ilə razılaşaraq əlavə etmək istəyirik ki, anarxizm
cəmiyyət haqqında elə təlimdir ki, rəhbər başlanğıc kimi
yalnız fərdin iradəsini qəbul edir. Hər hansı avtoriteti və
dövlət quruluşunu inkar edir. Anarxizm cərəyanının içəri
sində də fərqli fikirlər olmuşdur. Lakin anarxizm növlərinin
hamısı yıxıcı və inkaredici xüsusiyyətlərinə görə eyni olmuş
lar.
Sosializmdə ihtilal anlayışı. C.Meriç belə hesab edir ki,
XIX əsrin Avropa burjua müəllifləri üçün ihtilalın iqtisa
diyyat ilə heç bir əlaqəsi yoxdur. 1789-cu il ihtilalı irsən ke
çən zadəgan imtiyazlarını ləğv etmişdi (əlbəttə, həmin inqi
labın əhəmiyyəti bununla məhdudlaşmır). XX əsrin ihtilal
anlayışı isə C.Meriçə görə əsasən iqtisadi faktorlar üzərində
qurulur. Bu iki mövqe arasındakı fərqi qabarıq şəkildə önə
çəkmək sosializm nəzəriyyəsinin məhsuludur. Ona görə də
ihtilal anlayışının inkişafını araşdırarkən C.Meriç sosialist
lərin bu mövzu ilə əlaqədar dediklərini nəzərə alır və qısa
şəkildə bəzi sosialistlərin fikirlərini təhlil etməyə çalışır.
C.Meriç, öz təbirincə, «kommunizmin piri» və «coşğun
ihtilalçı» sayılan fransız filosofu Babefin (1760-1797) belə
bir fikrini misal göstərir: «1789-cu il patrisilər ilə plebeylər,
zənginlər ilə yoxsullar arasında bir savaşdır, rəhbərlik edən
lər sinfi mübarizə aparmaq məqsədində idilər. Sosial ihtilal
ilə tamamlanmayan siyasi ihtilal yəqin ki, olmayıbdır. Fran
sız ihtilalı sadəcə olaraq daha böyük, daha dərin və ihtilalla-
rın sonuncusu olacaq başqa bir ihtilalın mücdəçisidir»
(s.116-117). Deməli, Babefə görə, Fransız ihtilalı tamam
lanmayıb, yeni əsl ihtilal olmalıdır.
Fransız mütəfəkkiri Sen-Simon (1760-1825) Fransız
ihtilalını həm sosioloq, həm də tarixçi kimi tədqiq etmişdir.
Qeyd edək ki, C.Meriç bu sosialist haqqında xüsusi araş
dırmalar aparmış və onun fikir dünyasına xüsusi kitab həsr
etmişdir: «Sen-Simon. İlk sosioloq, ilk sosialist», onu ustad
adlandırmışdı. Sen-Simonun belə bir fikri vurğulanır ki,
«XIX əsr Avropa cəmiyyətinin taleyində dönüş nöqtəsi, o
dövrdə kommunaların yaranması və azad fəaliyyət göstər
məsi ola bilər. Xalq artıq feodal təzyiqindən azad olmaq və
öz məqsədlərini gerçəkləşdirmək istəyirdi. Üçüncü sinif tarix
səhnəsinə çıxmışdı. Çəkişmə əsrlərcə davam edir, lakin mə
76
nəvi nüfuz uğrunda səhnə arxasındakı savaş qələbə çalan
dan sonra yeni bir savaş başlayır...» (s. 117).
İnqilab haqqında danışarkən yəqin ki, Marksı yada
salmamaq mümkün deyil. C.Meriç də belə edir və Marksın
inqilabın səbəbi haqqındakı məşhur sözlərini misal gətirir:
«Öz inkişafının məlum mərhələsində maddi məhsuldar
qüvvələr mövcud istehsal münasibətləri ilə ziddiyyətə girir...
Bu münasibətlər məhsuldar qüvvələrin inkişaf formasından
onların buxovuna çevrilir. Bu vaxt sosial inqilab dövrü baş
layır».181
C.Meriç Marksın sosial inqilab haqqındakı fikirlərini
təhrif etmədən düzgün şərh edir. O, deyir ki, Marksa görə
əsas bazisdir və buradakı dəyişikliklər istər-istəməz üstqu
ruma həlledici təsir göstərir. Bütün inqilablar sosial xarakter
daşıyır, çünki onlar cəmiyyətdə hökm sürən əsas münasibət
ləri dəyişmək üçün başlayır. Lakin tarixdəki inqilabların bə
ziləri natamamdır və insanların sosial münasibətlərini kökü
ndən dəyişdirmir, yəni bir sinfin hakimiyyəti yerinə başqa
sinfin hakimiyyəti qurulur, sosial-siyasi təməl dəyişdirilmir.
Burjua inqilabları məhz belə olur. Cəmiyyəti kökündən dəy
işən isə yalnız proletar inqilabı ola bilər. C.Meriçin bu iza
hını tamamlamaq üçün Marksın aşağıdakı sözlərinə
müraciət etməyi məqsədəuyğun sayırıq: «Hər bir inqilab
köhnə cəmiyyəti dağıdır, elə buna görə də
sosialdır. Hər bir
inqilab köhnə hakimiyyəti devirir, elə buna görə də siyasi xa
rakter daşıyır».182
XX əsrin əvvəllərində də sosialistlərin inqilab haqqın
dakı fikirləri əsasən XIX əsr ənənələrinin davam etdirilməsi
ilə xarakterizə oluna bilər. Ümumiyyətlə inqilab nəzəriyyəsi
tək marksistlər arasında deyil, onlara əks olan siyasi dok-
trinlərdə də geniş yer alır. Məsələn, II Beynəlmiləldə birlə
şən partiyalar inqilabdan çox təkamülə meyl göstərirdilər.
C.Meriç Bernşteynin məşhur fikrini misal göstərir. Bern-
şteynə görə sosializmin qələbəsi üçün proletariat diktatura
sına ehtiyac yoxdur. Buna baxmayaraq bəziləri Birinci
Dünya müharibəsi ərəfəsində zorakılığı tarixin hərəkətverici
181 К.Маркс и Ф.Энгельс. Сочинения, Т.13, с.7.
182 Yenə orada, C.l, s.448.
77