ləndirmişdir. Əhməd bəy öz müəllimi, məşhur fransız
şərqşünası və din tarixçisi E.Renanın (1823-1892) islam
haqqında etdiyi tənqidi çıxışlarına qarşı yazırdı ki, islam
«tarixi tərəqqinin böyük amilidir».
Ağaoğlu Şərq xalqları üçün inqilab yolunu deyil, isla
hat yolunu, cəmiyyətdəki ziddiyyətləri sinfi mübarizə və in
qilab vasitəsilə deyil, «milli sülh», islam birliyi yolu ilə həll
etməyi məsləhət görürdü. Əhməd bəy onu sosialist adlandı-
ranlara etiraz edərək 1909-cu ildə yazırdı: «...Bizi sosialist
kimi qələmə vermək... səhvdir! ...Bizi hələ bu təriqəti xəva-
lidən, rəvayətdən, xəyal aləmindən olan iddia edirsiz. Bunu
yüz il deyil, yüzlərcə illər müddətinə islaqma inanmayı-
rız».187 O, daha çox marksizmə və onun Azərbaycanda
yayılmasına qarşı çıxırdı.
Ağaoğlu yazırdı: «Avropanın təzyiqi ilə sarsılmış və
heyrətə gəlmiş müsəlman dünyası öz fəlakətinin səbəblərini
axtarmağa başladı və bu özünütəhlil də müsəlmanlar arasın
da üç meyli meydana çıxardı: 1) ifrat mütərəqqiçilər; 2) ifrat
köhnəpərəstlər; 3) yeni panislamistlər».
Əhməd bəy göstərirdi ki, ifrat mütərəqqiçilərin fik
rincə, «bütün həyat tərzi Avropadan götürülməli və ona
uyğun dəyişdirilməlidir». O, hesab edirdi ki, Avropada təh
sil almış bu ziyalıların - «yeni müsəlmanların» səhvi onların
ilkin olaraq «siyasətdən başlamaları oldu». Lakin Ağaoğlu-
na görə müsəlman aləmi avropasayağı demokratiya üçün
yetişməmişdir. Onun fikrincə siyasi partiyalarda birləşib,
mütləqiyyət üsul-idarəsinə qarşı mübarizə aparmaq, «hələ
yetişməmiş» xalq üçün demokratik konstitusiyaları vermək
«sadəlövhcəsinə sehirli formulun qüvvəsinə inanmaq» de
mək olardı. «Xalq islam həyat tərzi» baxımından siyasi çax
naşmalara hazırlanmalıdır.188
Ağaoğlu yazırdı ki, ifrat köhnəpərəstlərə görə «köhnə
likdən sərfinəzər etmək, qədimi vəsiyyətlərin zəifləməsi, əx
laqsızlıq, dinin göstərişinə şübhə ilə yanaşmaq müsəlmanla
rın bütün fəlakətinin yeganə səbəbidir». Avropa və onun
187 Bax: «Tərəqqi» qəzeti, № 16, 1909.
188 Bax: «Kaspi» qəzeti, 21 noyabr 1903.
94
mədəniyyətinin təsirinə ikrah hissi ilə yanaşmaq bu meylin
səciyyəvi cəhətidir.
Yeni panislamizm haqqında danışan Ağaoğlu üçüncü
meyl kimi onu xüsusi təqdir edirdi. O, yazırdı: «İslam nica
tının yeganə yolu Avropaya üstünlük verən bütün həyat
ünsürlərini, onun universitet və məktəblərini, siyasi və inzi
bati həyatını ağıla uyğun və ehtiyatlı surətdə müsəlman zə
mininə keçmək, əkməkdir... Ağıllı ünsürlər hər iki ifrat cə
rəyanı birləşdirəcək və hər iki tərəfi razı sala biləcək elə bir
yol - ideya yaratmaq istəyirlər ki, ifrat mütərəqqiçilərin
xəyal etdiyi kimi nə mücərrəd - zəminəsiz olsun, nə də ki,
köhnəpərəstlik kimi zəmanənin ruhuna və dövrün tələbinə
yad olsun... Bu panislamizmdir».189 Ağaoğlunun fikrincə
müsəlmanlar arasında həlledici təsir göstərə biləcək meyl
məhz panislamizmdir.
Əhməd bəy yazırdı ki, o dövrdə Azərbaycanda ifrat
mütərəqqiçilərin tərəfdarları müsəlmanların 1 faizini, ifrat
köhnəpərəstlərin tərəfdarları 80 faizə yaxınını, yeni panis
lamistlərin tərəfdarları isə 20 faizə yaxınını təşkil edirdi.
Əhməd bəy tez-tez din xadimlərinə müraciət edirdi.
Qatı dindar təəssübkeşliyini tənqid edən Ağaoğlu sünni-şiə
davaları aparmaqla milli varlığa qovuşmağın imkansızlığını
anlatmağa çalışır, elə buna görə də onların nifrət və qəzəbi
nə düçar olurdu.
1905-ci ilin sonlarında Ağaoğlunun başçılığı ilə Azər
baycan-erməni qırğınına qarşı çıxan «Difai» (müdafiə təşki
latı) yaradılmışdı. Bu barədə o, yazırdı: «Qafqazda yaşayan
xalqları hər zaman bir-biri ilə vuruşdurmaq, sönməyən
ocağa başlarını qatıb, azadlıq mübarizəsindən çəkindirməy
in, yüksələn milli azadlıq hərəkatını boğmağın tək çarəsini
dəfələrlə təcrübədən keçirdikləri üçün erməni-Azərbaycan
qırğınında görürdülər.
İllərlə xəstə beyinlərə türk düşmənçiliyi yeritmiş ermə
nilər tarix boyu Rusiyanın çaldığı havaya oynamış, hər
fürsətdə günahsız azərbaycanlı qanını axıtmağı qəhrəmanlıq
hesab etmişlər. Xalqımızın əleyhinə aparılan bu iş 3-5 ermə
ninin ağılsız hərəkəti deyil, ətrafına silahlı dəstələr, Qərb
189 Bax: «Kaspi» qəzeti, 24 dekabr 1903.
95
dövlətlərindən havadarlar yığmış, əslində siyasi strategiyası
və taktikası olan Daşnaksütunun - proqramlı bir təşkilatın
işi idi».190
«Difai»nin fəaliyyəti nəticəsində düşmənin azğınlığının
və qırğının qarşısı müəyyən qədər alınmışdı. Lakin çar reji
minin təzyiqinə məruz qalan Ağaoğlu Türkiyəyə mühacirət
etmək məcburiyyətində qalır və başsız qalan təşkilat dağılır.
M.Ə.Rəsulzadə Ağaoğlu haqqında yazmışdı: «Əhməd
bəy sadə qəzetçi deyil, eyni zamanda camaat adamı, maarif
çi, siyasətçi və inqilabçıdır». «Onunla əməkdaşlıq etmiş bir
adam kimi söyləyə bilərəm ki, o zamankı qızğın illərdə
Ağaoğlu Əhməd qədər heç bir adam milli hərəkat və milli
dava cəbhəsinin atəş xəttində durmamışdır». Onun 1904-
1910-cu illərdəki yazıları «milli oyanış hərəkatımızın ən can
lı və qızğın dövrünü təşkil edir».191
2. Osmanlı Imperatorluğu dövrü. Türkiyəyə gələndən
sonra Ağaoğlunun görüşlərində türkçülüyə doğru meyl art
mışdı. M.Ə.Rəsulzadənin dediyinə görə Ağaoğlu Z.Gökalp
və Yusuf Akçura ilə birlikdə türkçülük cərəyanının başçıla
rından olmuşdur.192
Ağaoğlu İstanbulda yaşadığı vaxt Bakıda çıxan «Kas
pi» qəzetinə «Türkiyədən məktublar» və «Türkiyədə milli
məsələ» adlı rus dilində bir sıra məqalələr göndərmişdi. Ye
nə də «Kaspi»də çap olunan «İslam və despotizm» başlıqlı
bir neçə məqaləsində rusların və avropalıların islamiyyəti -
mədəniyyət, elm və tərəqqiyə yol verməyən din hesab etdik
lərini vurğulayır, həm də bu baxışların ciddi yanlışlığa gə
tirdiyini göstərərək İslamı müdafiə edirdi. O, göstərirdi ki,
sənət və elm kimi din də bəzi hallarda mənfi və müsbət tə
rəfdən dəyərləndirilə bilər. Məsələn, orta əsrlərdə xristianlıq
inkvizisiya dövrünü keçmiş, katolik kilsəsi elmə, azad
düşüncəyə qarşı istifadə edilmişdir. İslam isə qabaqcıl və
aydınlıq gətirən bir din olaraq ortaya çıxmış, lakin bəzi
190 A.Ağaoğlu. Hatıralar. Ankara, 1940, s.29.
191 S.Ağaoğlu. Babam dan hatıralar. Ankara, 1940, s.182-183.
192 Yenə orada, s. 143.
96
xalqların əlində pozulmuşdu. Əslində isə modern demokra
tik idarəçiliyə islam heç vaxt zidd olmamışdır.193
Göstərmək lazımdır ki, belə fikirlər bir sıra müsəlman
ölkələrində qabaqcıl ziyalılar arasında geniş yayılmışdır.
Məsələn, XIX əsrin 80-90-cı illərində azərbaycanlı Cəmaləd-
din Əfqani bu fikrin qızğın təbliğatçısı olmuşdur.
İstanbula gəldikdən bir qədər sonra Ağaoğlu Calal
Nurinin rəhbərliyi altında çap olunan «Les Jeunes Turks»
(«Gənc türklər») adlı qəzetində redaksiya heyətinin üzvü
kimi fəaliyyət göstərməyə başlayır. Türk tədqiqatçısı
U.Özcan yazır: «Almaniyadakı sionistlərdən maliyyə yar
dımı alan, xüsusən parlament və xarici səfirliklərdə yaxın
dan izlənən, türkçü hərəkat ilə bilavasitə hər hansı əlaqəsi
olmayan bir qəzetdə Ağaoğlunun nədən yazdığı soruşula
bilər. Öncə onun peşəkar bir qəzetçi olduğunu və ittihadçı
təlimlərə uyğun fəaliyyət göstərdiyi unudulmamalıdır.
Ağaoğlunun Tələt paşanın təmsilçisi kimi sionistlərlə bir
müsəlman-yəhudi işbirliyi təklifini irəli sürməsi, bölgədəki
ingilis təsirini azaltmaq istəyən alman yönlü ittihadçı siyasə
tə uyğun idi».194
Həmin dövrdə Ağaoğlu, bir ittihadçı kimi xilafətçilik
siyasətini müdafiə edən, Osmanlı dövlətini bütün islam
dünyasının mənəvi təmsilçisi və siyasi lideri olduğunu göstə
rən çoxsaylı məqalələr çap etdirmişdir.
Birinci Dünya müharibəsi ərəfəsində Ağaoğlu ittihad
çıların fransız dilində çap olunan yarı rəsmi «Hilat» qəzeti
nin başçısı, müharibə başlayandan sonra isə geniş yayılmış
«Tərcümani Həqiqət» qəzetinin baş redaktoru olmuşdur.
Türkçülükdən bəhs edən məqalələrini isə əvvəlki kimi «Türk
yurdu» jurnalında çap etdirirdi. Ağaoğlu və Yusuf Akçura
oğlu burada daha çox ədəbiyyat, tarix, siyasət haqqında ya
zırdılar. Sonralar Z.Gökalp ictimaiyyət guşəsi açır. Burada
iqtisadi məsələlər də müzakirə olunurdu.
Həmin illərdə Ağaoğlu gündəlik sosial-siyasi problem
lərlə bağlı polemik məqalələr də çap etdirmişdir. Osmançılıq
tərəfdarı Süleyman Mazif və islamçılıq tərəfdarı olan Əh-
193 U.Özcan. Göstərilən əsər, s.101.
194 Yenə orada, s.l 10.
97