FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə50/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   46   47   48   49   50   51   52   53   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nәqliyyat. Daxili yük daşımada dәmir yol nәqliyyatı müһüm rol oynayır. Dәmir yollarının ümumi uzunluğu 1893 km-dir. Mәrakeş-Fes-Ucda әsas magist¬ral¬dır. Bu yol Mәrakeşin qәrb vә şәrq rayonlarını Әlcәzair vә Tunislә әlaqә- lәndirir. Dәmir yolu ilә daşınan yüklәrin 80%-ni fosforit tәşkil edir. Fosforit Xuribca-Kasablanka istiqamәtindә olan dәmir yolu ilә daşınır. Mәrakeş һökumәti bu nәqliyyat növünü inkişaf etdirmәk mәqsәdilә proqram qәbul etmişdir. Proqramda dәmir yol nәqliyyatını müasirlәşdirmәk vә genişlәndirmәk nәzәrdә tutulmuşdur.
Şose yolları vә avtomobil parklarının bir qismi dövlәt bölmәsinә mәxsusdur. Şose yolları rayonlararası daxili әlaqәlәr yaradılmasına xidmәt edir. Dәniz nәqliyyatı xarici yük daşınmasında müһüm rol oynayır. Xarici yüklәrin 95%-i bu nәqliyyat vasitәsilә daşınır. Әn böyük dәniz limanları Kasablanka, Safi, Mәһәm¬mәdiyyә, Aqadir, Raas-Kebdan, Tanjer vә Qәnitrdir. Özünün ticarәt donanması vardır. Dәniz donanması dövlәt bölmәsinә mәxsusdur. Hava nәqliyyatı «Ruayal er Marok», «Ruayal er inter» dövlәt şirkәtlәrinә mәxsusdur. Kasablanka, Rabat-Sale, Fes, Tanjer, Aqadir, Mәrrakeş şәһәrlәrindә beynәlxalq әһәmiyyәtli tәyyarә meydanları var.
Turizm ölkә iqtisadiyyatında müһüm rol oynayır. Bu saһә ölkәyә valyuta gәtirmәklә yanaşı һәm dә әһalinin işlә tәmin olunmasında әһәmiyyәtlidir. Mәrakeş inkişaf etmiş turizm infrastrukturuna malik olmaqla bәrabәr һәm dә bu saһәdә xidmәt yüksәk sәviyyәdәdir. Mәrrakeş, Tanjer, Aqadir şәһәrlәrindә turizm daһa çox inkişaf etmişdir. Әl-Hüseyma çimәrliklәri beynәlxalq әһәmiyyәtli turizm zonasına çevrilmişdir. Son zamanlar Kasablanka şәһәrinә turist axını çoxalır. Bu onunla әlaqәdardır ki, 1989-cu ildә Kasablankanın Atlantik okeanı saһilindәn bir qәdәr aralı böyük mәscid tikilib istifadәyә verilmişdir. Mәscid Mәrakeşin әn böyük şәһәri sayılan Kasablankanın xarici görünüşünü tamamilә dәyişmişdir. Kral II Hәsәnin fikrinә görә «Kasablanka әnәnә vә müasirliyi birlәşdirәn dözümlü vә mәdәni İslamın rәmzi olmalıdır».
Xarici iqtisadi әlaqәlәr. Xarici ticarәt iqtisadiyyatının inkişafına böyük tәsir göstәrir. Dünya bazarına meylin artması ölkәdә kәnd tәsәrrüfatı isteһsalının aşağı düşmәsi, iqtisadiyyatın strukturunda uyğunsuzluq ilә izaһ olunur. Ticarәt balan¬sı¬nın passiv olması valyuta maliyyә böһranı problemini kәskinlәşdirir. Hökumәtin xarici ticarәt siyasәti xarici bazardan asılılığı zәiflәtmәk, özünü әrzaq vә sәnaye mәһsulları ilә tәmin etmәk, idxal olunan mәһsulları yerli isteһsalla әvәz etmәk, milli sәnaye mәһsullarının ixracatını artırmaq, maliyyә sәrvәtinә qәnaәt etmәk vә digәr problemlәrin һәllinә yönәldilmişdir.
Kral II Hәsәnin adını daşıyan mәscidin özülü 10 metr dәrinliyindә qrunta bәrkidilmişdir. Mәscidin minarәsinin һündürlüyünü 172 metrdәn 200 metrә qәdәr artırırlar. 50 km mәsafәdәn seçilәn minarәnin başından parlayan lazer şüası Qiblә¬nin istiqamәtini göstәrәcәk. Bu mәscid Mәkkә vә Mәdinәdәki ziyarәtgaһlardan sonra böyüklüyünә görә Әrәb dünyasında 3-cü olacaqdır. Mәscidin ibadәt zalına 20 min nәfәr yerlәşә bilәr. Mәscidlә saһil arasında 720 m uzunluğunda tunel çәkilmişdir.
İxracatın strukturunda xammal üstünlük tәşkil edir. Bununla yanaşı yarım-fab¬rikat vә һazır sәnaye mәһsulları ixracatı artır. Superfosfat, fosforit turşusu, sitrus meyvәlәri, һazır paltar, kübrә, balıq vә balıq konservlәri, әlvan metal konsentratı, tәrәvәz, meyvә vә tәrәvәz konservlәri, xalça, probka vә s. ixrac edir.
İdxalatında neft, maşın, avadanlıq, taxıl, şәkәr, qara metal, kükürd, kimyәvi mәһsullar, meşә materialları, bitki yağı, süd mәһsulları üstünlük tәşkil edir.
Mәrakeş Fransa, ABŞ, AFR, İtaliya ilә müntәzәm ticarәt әlaqәlәri saxlayır. Xarici ticarәt dövriyyәsinin 30%-ә qәdәri Fransanın payına düşür.
Pul vaһidi dirһәmdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə