Fənn: Farmakologiya Müəllim: Rəsulova Aytən



Yüklə 17,1 Kb.
tarix28.11.2023
ölçüsü17,1 Kb.
#137184
farma 3.4.tb4


SƏRBƏST IŞ

Fənn:Farmakologiya


Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,Tibb bacısı 4
Tələbə:
Mövzu:Dərmanların orqanizmə təsir növləri

Dərman maddələrinin orqanizmlə qarşılıqlı təsiri mürəkkəb bioloji prosesdir. Bu təsir dərmanların kimyəvi təbiətindən, dozasından və orqanizmə yeridilmə yolundan asılı olaraq müxtəlif olur.


Dərman maddəsinin toxunduğu və ya yeridildiyi nahiyəyə göstərdiyi təsir yerli təsir adlanır. Bu təsir özünü qıcıqlandırıcı, büzüşdürücü, bürüyücü, anesteziyaedici (keyləşdirici), qankəsici və s. şəkildə göstərir. Məlhəm və liniment dərman formalarının, xaricə işlənən məhlulların, yerli anesteziyaedici dərmanların təsiri yerli təsirə misal ola bilər.
Dərman maddəsinin qana sorulduqdan sonra orqanizmə göstərdiyi təsir rezorbitiv (resorbtio — sorulma deməkdir) və ya ümumi təsir adlanır.
Dərman maddəsinin hər hansı bir orqanda yerləşən reseptorlara göstərdiyi yerli, yaxud ümumi qıcıqlandırıcı təsir reflektor yolla başqa orqanlarda dəyişiklik törədə bilər. Belə təsir reflektor təsir adlanır. Məsələn, ağızın selikli qişasında yerləşən reseptorları qıcıqlandırmaqla mədə şirəsi ifrazını artıran acı maddələrin təsiri, bayılmalar zamanı xəstəyə iylədilən naşatır spirtinin burunun selikli qişasında yerləşən reseptorları qıcıqlandırmaqla mərkəzi sinir sisteminə göstərdiyi oyadıcı təsir reflektor təsirlərdir.
Dərman maddəsinin bilavasitə təmasda olduğu orqana göstərdiyi təsir birbaşa, bu təsir nəticəsində başqa orqanda yaratdığı dəyişiklik isə dolayı təsir adlanır. Ürək qlikozidlərinin ürəyin fəaliyyətində törətdikləri dəyişikliklər onların ürək əzələsinə göstərdikləri birbaşa təsirin, bu dəyişikliklərin qan dövranını yaxşılaşdırması ilə əlaqədar olaraq böyrəklərin fəaliyyətinin yüksəlməsi isə dolayı təsirin nəticəsidir .
Dərman maddəsinin orqanizmə ümumi təsiri hər hansı bir orqanın fəaliyyətində özünü daha aydın şəkildə göstərərsə, bele təsir seçici təsir (selektiv təsir) adlanır (məsələn, ürək qlikozidlərinin ürəyə təsiri).

Farmakoloji xassələrinə əsaslanaraq dərman maddəsinin konkret xəstəliyin müalicəsi üçün istifadə olunan məqsədəuyğun təsiri əsas təsir adlanır. Məsələn, müxtəlif mənşəli ağrıları aradan qaldırmaq üçün analginin ağrıkəsici təsirindən istifadə olunur. Bu təsir analginin farmakoloji xassələri ilə bağlıdır və əsas təsir adlanır.



Ağrıkəsici təsirlə yanaşı, analgin mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı təsir göstərərək onu zədələyir. Bu təsir arzuolunmazdır və analginin tətbiqini müəyyən dərəcədə məhdudlaşdırır. Dərman maddələrinin bu cür arzuolunmaz təsiri əlavə təsir adlanır.
Dərman maddəsinin xəstəliyin səbəbinə qarşı yönəlmiş təsiri etiotrop təsir (aethios - səbəb, tropeo- yönəldirəm) adlanır. Vərəm əleyhinə preparatların təsiri vərəmi törədən səbəbə vərəm mikobakteriyalarına qarşı yönəldiyi üçün etiotrop təsirdir.
Dərman maddəsinin xəstəliyin səbəbini deyil, əlamətlərini aradan qaldırmağa yönəlmiş təsiri simptomatik təsir adlanır (Symptomla - əlamət). Məsələn, analginin ağrıkəsici və qızdırmasalıcı təsiri simptomatik təsirdir. Bu zaman ağrı yaradan və qızdırma törədən səbəb aradan qaldırılmır.
Dərman maddələri təsadüfən və ya məqsədli şəkildə yüksək dozalarda istifadə olunduqda orqanizmə toksiki (zəhərləyici) təsir göstərir. Toksiki təsir maddənin kimyəvi təbiətindən, dozasından, orqanizmə yeridilmə yollarından asılıdır. Dərmanın toksiki təsiri nəticəsində böyrəklərin, qanın, mərkəzi sinir sisteminin, mədə-bağırsaq siteminin və digər organ ve sistemlərin fəaliyyəti pozula bilər. Bəzi dərman maddələri hamilə qadınlar tərəfindən qəbul edildikdə dölün normal inkişafını pozmaqla uşağın eybəcər şəkildə doğulmasına səbəb olur. Belə təsir teratogen təsir (teras - eybəcər, genesis - doğulma) adlanır.
Yüklə 17,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə