FəNN: FƏLSƏFƏ TƏLƏBƏ: almuradli əLİ



Yüklə 77,36 Kb.
səhifə2/2
tarix25.02.2022
ölçüsü77,36 Kb.
#84113
1   2
Fəlsəfənin funksiyaları

Fəlsəfənin predmeti

Fəlsəfə termininininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.

Fəlsəfədə varlıq problemi

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya aparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən "var olmaq", "mövcud olmaq", "üzə çıxmaq", "reallıq" mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:



  1. Dar mənada — şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;

  2. Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları.

Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddi şeylər deyil, həm də ideal olanlar varlığa malikdirlər.

Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan "həqiqi" varlıq "qeyri-həqiqi" varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.

Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çıxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağa imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

Fəlsəfi kateqoriyalar

Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfənin zamanca inkişaf səviyyəsinə görə dəyişir.

Materialist dialektikada "materiya" ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

Fəlsəfəyə ilk kateqoriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalar aşağıdakılardır:


  • Məkan

  • Zaman

  • Səbəb

  • Hərəkət

  • Kəmiyyət və keyfiyyət

  • Oxşarlıq və əkslik, ziddiyyət

  • Təkcə, xüsusi və ən ümumi

  • Mahiyyət və hadisə

  • Zərurət

  • Təsadüf

  • İmkan və gerçəklik

  • Məzmun və forma

  • Həqiqət

Fəlsəfə tarixi

Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir.

Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəmiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan — roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.



  • Qədim dünya fəlsəfəsi

    • Qədim Şərq fəlsəfəsi

    • Yunan-roma fəlsəfəsi (Antik fəlsəfə)

  • Orta Əsrlər fəlsəfəsi

    • Avropa fəlsəfəsi

    • Şərq fəlsəfəsi

  • Yeni dövr fəlsəfəsi

    • Şərq fəlsəfi düşüncə tərzi

    • Qərb fəlsəfi düşüncə təzi

    • Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi

  • Müasir fəlsəfə

Fəlsəfənin əsas istiqamətləri

Mifologiya

Ontologiya

Qneseologiya (idrak nəzəriyyəsi)

Epistemologiya

Məntiq

Etika

  • Estetika

  • Siyasət fəlsəfəsi

  • Din fəlsəfəsi

  • Dil fəlsəfəsi

  • Hüquq fəlsəfəsi

  • Tarix fəlsəfəsi

  • İnsan fəlsəfəsi

  • Elm fəlsəfəsi

  • Fəlsəfənin beş bölməsi var:

  • Ontologiya — varlıq haqqında təlim

  • Qneseologiya — idrak haqqında təlim

  • Sosiologiya — cəmiyyət haqqında təlim

  • Praksiologiya — insanın əməli haqqında təlim

  • Aksiologiya — insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim

Fəlsəfənin iki əsas metodu var:

  • Dialektika

  • Metafizika

İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün mahiyyətınin və qanuna-uyğunluqlarının dərk edilməsinə kömək edir. Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşə yiyələnmiş insan, dünyanın təbiı-elmi mənzərəsini mənimsəyir, ətrafında baş verən çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında elmi-obyektiv nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün həyat proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında ümumiləşdirir, dünyagörüşü faktına çevirir.

Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün ontolojı funksiyasını (ontologiya - yunanca «ontos» (mövcudluq) və "loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları ilə isə aksioloji («aksios» - yunanca dəyər, sərvət deməkdir) fünksiyasını həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur.

       Metodoloji funksiya cəhətdən fəlsəfə, dialektik metod prinsiplərinə(ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə onu silahlandırır.

Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və əhəmiyyətini müəyyən edir.

Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir. Lakin fəlsəfənin mahiyyətcə ümumbəşəri səciyyə daşıması, müəyyən konkret-tarixi şəraitdə onun sinfi-siyasi məzmun kəsb etməsini də rədd etmir. Tarix sahəsində mübarizə aparan qüvvələr, xüsusilə XX əsrin sonlarında, inkişaf meyli seçərkən və bəşəri dəyərləri qiymətləndirərkən öz sosial-siyasi və iqtisadi mənafeləri baxımından hərəkət edirlər. Bu baxımdan fəlsəfədə materializm və idealizm cərəyanlarının, dialektik dayanmasını, fəlsəfi nəzəriyyələrin sosial istiqamət götürməsini bir çoxları «fəlsəfənin partiyalılığı» anlayışı ilə ifadə etmişdir. Bunu, kobud mənada, bu və ya digər filosofun bu və ya digər partiyaya və sosial qruplaşmaya mənsub olması kimi başa düşmək düzgün deyildir. Fəlsəfənin partiyalılığı - fəlsəfi konsepsiyanın sosial istıqamətlənməsi, müəyyən sinfin, millət və cəmiyyətin sosial-iqtisadi və siyasi mənafeyini əks etdirməsi, bəşəri sərvətləri (dəyərləri) qiymətləndirməsi və s. mənada başa düşülməlidir.

Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə müraciət edir. 0, yeni-yeni nəzəri konstruksiyalar qurmağa, gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir. Məhz bu yolla şəxs inkişafın qanunauyğun, daxili, zəruri, mahiyyətli əlaqə və münasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hipotezlər, ehtimallar, nəzəriyyələr yaradır.

Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır. Dünya haqqında yeni fəlsəfi baxışların hazırlanması prosesi,həmişə müxtəlif növ yanılmaların, gerçəkliyin dərk edilməsindəki səhvlərin, dinin, mövhumatın və i.a. tənqidi təhlili yolu ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün məqsədi yeniliyə mane olan hər şeyin - ehkamçılığın, köhnəlmiş baxışların, zərərli mənəvi stereotiplərin tamamilə aradan qaldırılmasından ibarətdir. Fəlsəfənin bütün inkişafı tarixi köhnəliyə qarşı yeniliyin qələbəsi uğrunda necə mübarizə etdiyinə və özünün tənqidi funksiyasını necə həyata keçirdiyinə dair zəngin nəzəri və konkret material verir.

Fəlsəfənin bu ən mühüm funksiyası bütövlükdə dünyamn mənzərəsini əks etdirıhək, müxtəlif elmlərin məlumatlarım, incəsənət və praktiki fəaliyyətin bütün sahələrində qazamlmış bilikləri birləşdirə bilməsindən ibarətdir. Fəlsəfə bütövliikdə bəşəriyyətin intellektual, mənəvi və praktikihəyati nailiyyətlərini əhatə etməyə, ümumiləşdirməyə və dərk etməyə çahşmaqla bərabər, həm də gerçəklik haqqında ümumi biliklərm məzmununu və onlann əldə edilməsi üsullannı nəzəri cəhətdən əsaslandırır. Fəlsəfə dünyagörüşünün qeyri-fəlsəfi formalarım tənqid etmək və rasionallaşdırmaq yolu ilə həqiqi idrakın yolunu təmizləyir, dünya haqqında yeni təsəwür formalaşdırır, insanlarm dünyaya münasibətind, ictimai hadisələrin qiymətlərinin nəyin əsasmda yaranmasmı, gerçəkliyin bu və ya digəfejfakiäanmn nəyə görə qəbul edilməsini və ya edilməməsini aydmlaşdırmağa kömək edir



Fəlsəfənin metodoloji famksıyası elm. incəsənət və ya sosial praktika sahəsində qarşıj a qoyulmasmdan asılı olmayaraq hivəvi və başqa funksiyaları da vardır.

Fəlsəfənin təmnatu Fəlsəfənin əsas təyinatı dünyanı və insan həyatmı anlamaq prinsiplərinə yiyələnməkdir. O, inşan təfəkküriinü rasionallığa doğra istiqamətləndirməlidir. Keçmişin və bu günün mədəni-tarixi təcrübəsinə müraciət etməklə fəlsəfə dünyanı anlamağın köhnə baxışlarını və sxemlərini şübhə altına alır, onları tənqid edir və puç etməyə çalışır, onların əsasında gələcəyə istiqamətlənmiş prinsipcə yeni ideyalar, dünyagörüşü obrazları və idealları formalaşdırmağa imkan verən təfəkkür üsulu yaradır. Fəlsəfə onu öyrənən insamn adiliklərin fövqünə qalxmasına, özünü təkmilİəşdirməsinə və gələcək taleyini aydm təsəvvür etməsinə kömək edir. Fəlsəfə olmasa, insan öz mövcudluğunun mənəvi bütövlüyünün ən ümumi əsaslarını dərk edə bilməz. Fəlsəfə, mifologiya və ditı. Qeyd etdiyimiz kimi, fəlsəfə dünyagörüşü formalarmdan biridir, lakin birincisi deyildir. Fəlsəfə üç min il bundan əwəl, ilk böyük filosoflann yaşayib-yaratdığı dövrdə meydana gəlmişdi. O dövrdə şüurun hakim formaları mifologiya və din idi. Fəlsəfənin genezisinin, onun sosial funksiyalarmm və ictimai şüurda tutduğu yerin dərk edilməsi yolunda fəlsəfənin mifologiyaya və dinə münasibətinin başa düşülməsi böyük əhəmiyyət kəsb edir. Elmin son nailiyyətləri ilə əlaqədar bu məsələnin təhlili tarixi-fəlsəfi prosesin bəzi adi sxemlərindən müəyyən qədər kənarlaşmağı nəzərdə tutur. Mifoloji şüur dini və ya fəlsəfi şüurdan daha qədim şüur tipidir. O, sinkretikdir və dinin, bədii yaradıcılıq başlanğıcmm, əxlaqi norma və məqsədlərin elementlərinin bölünməmiş vəhdəti kimi çıxış edir. Mifoloji şüurda təxəyyüldə canlandırılan, fantastik anlayışlar reallığa çevrilir, həqiqətdə mövcüd olanlar kimi qəbul edilir. •ı. \ Mifolöji və dini şüurun nisbəti məsələsi maraq doğurur. Əlbəttə, mifOİoji şüur dini şüurun bir sıra cəhətlərini və xüsusiyyətlərini ehtiva edir: dünyanm fantastik inikası, mifik, illüzor obrazlara reallıq kimi münasibət, xaosu mifoloji vasitələrlə kosmosa "çevirməklə" mövcud ı ictimai münasibətlərin sakrallaşması. İnsanmözünü və ətratf aləmi dərk etmək kimi ümdə tətebab hərri: dmdə, həm də mifologiyada ifadə olxmur. Lakin dinin əsas əlaməti fövqəltəbiiliyə inamdırsa, bu əlaməti mifotoji şüura tətbiq etmək çətindir. Çünki mifoloji şüurda təbii aləmin fövqəltəbiiliyə zidd olması yalnız pqtensial imkan kimi verilmişdir. Təbii ilə fövqəltəbiinin tamatnilə və ya qismən eyniləşdirilməsi, onlardan birinin digərinə çevrilməsi mifologiyamn xüsusiyyətidir. Məhz bu xüsusiyyət mifologiyamn fövqəltəbiiliyinə baxmayaraq, insan məntiqinə tamamilə uyğun olmaq xüsusiyyətini qoruyub saxlamağa imkan verir. Y.E.Qolosovker göstərir ki, mifik qəhrəman müəyyən düşüncənin təcəssümüdür və onun mifdə təsvir edilən bütün hərəkətləri bu düşüncənin müxtəlif təzahürləridir: məsələn. Düşüncənin qızı olan Afinamn Zevsin başmdan, düşüncə mənbəyindən, yəni Zevsin düşüncəsindən doğulması təbiidir; Tesey Poseydonun mağarasırun dibinə düşmüş, ancaq ölməmişdir, lakin Nikomed onu qayadan dənizə atanda Tesey batır, çünki o artıq öz mənasmı itirmiş və lazımsız olmuşdu. Dinlə bağlı halda isə Allaha inam xüsusi məna kəsb edir. Dinə görə, o cümlədən islam dininə görə, Allaha inam insanm yaradıldığı andan ona xas olan təbii qabiliyyət, həqiqi həyat və davraluş tərzidir. Quranın 30-cu surəsinin 30-cu ayəsində deyilir: "Üzünü Allahın ütri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut... Doğru din budur". Quranın bu ayəsindəki "din" ("fitrə") anlayışını mütəxossislər irisarun Allahı bütün varlığın yaradıcısı kimi tammaq, Onun tək olmasinı qəbul etmək və bu təkallahlılıq əsasmda Allahın adlarnın və ätributlarınınn məcmusunun inikası olan dünyam dəfk etmək kimi fiİtri qabiliyyət hesab edirlər. Onun mahiyyəti prinsip etibarilə dərkedilməz və transsendentdir. Allahm transsendent olttıası o deməkdir ki, O, hər bir anlayışm, dilin və təcrübənin fövqündədir. AMah hüdudsuz olduğuna görə, elə bir yer yoxdur ki, O, orada olmasm. Eyni qayda ilə əgər O, hüdudsuzdursa, onun yaratdıqlarından nəyisə eyni zamanda yaşamadan onu təcrübədə dərk etmək üsulu yoxdur. İnsan özünü də eyni əsasla dərk edir, həqiqəti yanılmadan, doğrunuyalandan fərqləndirir.

Elm insanrn təbiət, cəmiyyət və şüur haqqında obyektiv biliklərinin yaranmasma, sistemləşdirilməsinə və yoxlanıknasına yönəlmiş fealiyyətidir. Hər hansı bilik yox, yalmz arqumentlərlə əsaslandırılmış bilik elmi bilik hesab edilir. Elfn bütün məntiqi sxemlərdən mürəkkəbdir. Qnun inkişafı təkcə elmi ideyalann hərəkət məntiqi ilə deyil, ilk növbədə həyatm özü ilə, onun tələbləri və şərtləri ilə müəyyənləşir. Elmin inkişafımn gedişinə mövcud dini, fəlsəfi dünyagörüşü vəideoloji cərəyanlar, zəmanənin sosial-psixoloji mühiti və başqa amillər təsir göstərir. Elmin formalaşması çox qədim dövrlərdə başlamışdır. O, piraktikı həyatın tələblərindən qaynaqlanmışdır. Fəlsəfi fikrin, ilk növbədə qədim Hindistanda inkişaf etməsi elmin təşəkkülündə mühüm rol oynamışdxr. Asiya qitəsinin sivilizasiyalarxna fəlsəfi fikrin təsiıi qədim Hindistandan yayılmışdır. Qədim Hindistan fəlsəfəsi Aristotelə də təsir göstərmiş, onun məntiqi Avropa elmində hakim rol oynamağa başlamışdır. Fəlsəfə kimi, elm də qədim Yunamstanda yaranmxşdxr. Äkademik V.İ.Vemadşki yazxr: "Elm müxtəlif dövrlərdə, müxtəlif yerlərdə, onun strukturunun əsas cizgiləri üçün müxtəlif şəkildə yaranmış və özünün tarixi köklərindən - bədii ilhamdan, dini təfəkkürdən (magiyadan, teologiyadan və s.), fəlsəfədən aynlrşışdır". Bütün kainatx ehtiva edən vahid müasir elm ellin elmiıxdən bəhrələnmişdir. Elm Çinə, Hindıstana və Amerikaya özünün yeni formaslnda Avropadan gəlmişdir. İät dövrlərdə, elm yalnız riyaziyyat/astr»no«ı«ya,həndəsə və digəf erkən biliklərin başlanğıcından ibarət olanda, o, qədim isanların fəlsəfə adlandırdığı biliklərin tərkib hissəsi idi. Başqa sözlə desək, qədim dövrdə fəlsəfə dünyagörüşü qəbilindən olan mühakimələrlə Vanaşı, elmin başlanğıc vəziyyətini dəəhatə edirdi. Fəlsəfə yenicə yarandığı o uzaq dövrlərdən başlayaraq ta XVII əsrə qədər universal elm hesab olunür, bütün digər elmlər isə onun tərkib hissələri kimi çıxış edirdi. Antik yunan alimləri, orta əsrlərdə müsəlman və Avropa alimləri həm də filosoflar idi. Lakin tədricən, xüsusən ən yeni dövrdə fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsinə yanaşmada iki meyil aşkar şəkildə təzahür etmişdir. Bir tərəfdən, fəlsəfi mühitin özündə fəlsəfənin elm kimi qəbul edilməsinə qarşı çıxan meyil yararımışdı. Məsələn, alman filosoflan Artur Şopenhauer (1788-1860) və Fridrix Nitsşe (1844-1900) iddia edirdilər ki, fəlsəfə elm deyil, incəsənətdir. Digər tərəfdən, fəlsəfə təməlində yaranmış və ondan ayrılmış elm özünəməxsus təfəkkür tərzi, onım üçün spesifik sübut, biliyin əsaslandırılması və smaqdan keçirilməsi formaları, həqiqət haqqında təsəvvürlər, tədqiqat vasitə və metodlan yaratmaqla fəlsəfədən uzaqlaşmış və omm müstəqil eksperimental bazaya malik olmadığını iddia etməyə başlamışdır. Müasir dövrdə fəlsəfə ilə elmin qarşılıqlı münasibətləri probleminə bu baxışlarm hər birinin öz tərəfdarlan vardır. Biz də bu problemə aydxnlıq gətirməyə çalışacağıq. Hər hansı biliklər sisteminin elmi biliklər sistemi hesab edilə bilməsi üçün:

1) ohun necə təşkil edilməsi;

2) yerxi biliyin necə yaranmasə;

3) onun nəyi əks etdirməsi;

4) onun necə fəaliyyət göstərməsi;

5) onun gerçəkliklə əlaqəsinin nədən ibarət olması aydınlaşdırılmalıdır.

Birinci iki əsasa görə, fəlsəfə elmdir, sonrakı iki əsasa görə o, dünyagörüşüdür, beşinci əlamətə görə fəlsəfə və elm eyni şeylərdir. Beləliklə, fəlsəfə təşkil üsuluna görə elmdir, lakin spesifik şüur forması kimi elm deyildir. Fəlsəfə elmi məzmuna malikdir, buna görə o, elmdir. Fəlsəfə fikrin aynca və xüsusidən ümumiyə, hadisədən mahiyyətə doğru hərəkətini nəzərdə tutur.

Fəlsəfə elmdir, lakin o, bütünlüklə elmdən ibarət deyildir. İlk növbədə, dünyagörüşünün kateqorial refleksiyası ölan fəlsəfə təkcə elmin deyil, bütövlükdə mədəniyyətin, bütün insani münasibətlər sisteminin, insanın qüwələrinin mahiyyətinin həmin münasibətlərdə təzahür etməsi baxrmmdan, insanın dünyada tutduğu yeri dərk etmək mövqeyindən özünüdərk kimi çıxış edir. Əgər fəlsəfəyə bu cür yanaşsaq, o, ontoloji və qnoseoloji məzmunla bitmir. Fəlsəfədə əsas yeri aksiologiya tutur. Fəlsəfə elmi-idrak fəaliyyətinin xüsusi növü olmaqla onun öz mövzusu, vasitələri, son məhsulları, subyektləri və digər struktur elementləri vardır. O, əsas etibarilə insana, onun daxili həyatına və ruhuna yönəlmişdir. Fəlsəfədə olduğu kimi, elmin də öz metodları, kateqoriyaları, gercək dünyanın ən mühüm cəhətlərini, xassələrini, münasibətlərini əks etdirən ümumi anlayışlan vardır. Lakin fəlsəfi kateqoriyalar ən ümumi xarakter daşıyır, elmi kateqoriyalar isə bütövlükdə gerçəkliyin xassələrini deyil, onun müəyyən fraqmentinin xassələrini əks etdirir. Elmi idrak metodu təfəkkürün və praktiki fəaliyyətin elə üsulları və qaydaları siStemidir ki, tədqiqatçılar onları tətbiq etməklə yeni bilik əldə edirlər. Elmin strukturunda idrakın empirik və nəzəri metodları fərqlənir. Empirik tədqiqatm əsası müşahidə və eksperimentdir. Müsahidə hadisələrin Öyrənilməsi üçün müstəqil üsul, eksperiment isə həmin hadisələrin nəzarət və idarə edilə bilən şəraitdə smaqdan keçirilməsi deməkdir. Elmi idrakda fəlsəfi metodlar xüsusi yer tutur. Əgər çıxış nöqtəsi kimi idrak prosesinin hissi-predmet əsaslarmı və deməli, praktiki əsasmı, subyekt ilə obyektin qarşılıqlı təsirini götürsək, elmi idrakm metodoloji problemlərinin təhlilini və sistemləşdirilməsini kifayət qədər səttıərəli şəkildə həyata keçirmək.

olar. Bu qarşılıqlı təsirin təkamülü elmi idrakm inkişafım əhəmiyyətli dərəcədə şərtləndirən amildir. Bu halda müşahidələr və ölçmələr vahid prosesin - daxili ziddiyyətlərə malik olan idrak fəaliyyəti kimi eksperimental tədqiqatın ayrır ayrı məqamları, cəhətləri hesab edilir. Bu səbəbdən nəzəriyyənin idrak statusu onun anlayışlar aparatınm altenativliyi vasitəsilə üzə çıxır, yəni eksperimental fəaliyyətin ziddiyyətli xarakteri nəzəriyyədə idrak prosesinin ziddiyyətliliyinin məntiqi-qnoseoloji ifadə forması kimi antinomiya yaranmasına gətirib çıxarır. Beləliklə, antinomiya subyekt ilə obyektin qarşılıqlı təsirinin nəzəriyyədə spesifik inikasıdır, çünki subyektin rolu artıq hissi məlumatlann sadəcə qeydə alınmasmdan ibarət olmür. Əksinə, o, həqiqi biliyin formalaşmasmın mühüm ilkin şərti olur.



İctimai şüurun spesifik formaları olan fəlsəfə və incəsənət arasmda qarşıiıqlı münasibətlərin kökləri çox qədimdir. Bu qarşılıqlı münasibətlərin bütün tarixi boyımca fəlsəfə gerçəkliyin incəsənət sahəsinə aid olan bədii mənimsənilməsi üçün tətbiq edilmişdir. Fəlsəfə və incəsənət arasında qarşılıqlı münasibətlərin təkamülü estetik ideal və onun tarixi taleləri nümunəsində daha asan izlənilə bilər. Çünki gerçəkliyi dərk etməyin bu iki üsülu arasında mübahisələr qədim tarixə malikdir. Estetik idealın miföloji-kosmoloji bünövrəsini daha universal və daha mücərrəd mənəvi bünövrə ilə əvəz etmək perspektivini, gözəlliklə mənəvi-ağlabatan olanı eyniləşdirmək perspektivini ilk olaraq nəzərdə tutanlardan biri Sokrat olmuşdur. Buna görə o, həm mifoloji ənənələrlə, həm də bu ənənələrin real daşıyıcıları ilə çox kəskin münaqişəyə girmişdi. "Komediyarun atası" Aristofanm (e.ə. təqribən 445-385-ci illər) qızışdırdığı bu münaqişə Sokratın faciəli şəkildə həlak olması ilə nəticələnmişdir. Onun işini davam etdirən Platon gerçəkliyi dərk etməyin bədii üsuluna qarşı fəlsəfi əqli nəticələr çıxarmaq üsulunun həqiqiliyini təsdiq etməyə çalışırdı. Y.N.Davıdovun sözlərinə görə, antik dünyamn siiqutu dövründə estetik ideal yaranır. Qnun üçün, birincisi, ruhun təbiətə, daxilin zahirə, qəlbin bədənə, şəxsi həyatın ictimai fəaliyyətə qarşx qoyulması və ikincisi, fərdin daxili aləminə, onun mənəvi həyatma diqqətin artması mühüm əlamətdir. Bu idealm ən adekvat ifadəsi Roma heykəltəraşlıq portretində və tənha müdrik stoikin fəlsəfi-estetik idealında təcəssüm olunmuşdur. Orta əsrlərdə estetik ideal xristian şüuru zəminində kamillik səviyyəsinə çatır - Platonun dihi-etik münasibəti estetik-hissi münasibətə qarşı qoymaq ruhunda baxışlarını Avqustin inkişaf etdirir. Əşyalar aləminin estetik-hissi xarakteristikaları mənəvidini iztirablar, Allahın intellektual seyri sahəsinə keçir. Foma Akvinski gözəlliyi mənəviyyatla, daha doğrusu, idrak sahəsi ilə əlaqələndirir və Allahın özünü estetik xüsusiyyətlərlə səciyyələndirirdi. Analoji prosesi Orta əsrlərdə müsəlman aləmində də müşahidə edirik. Məşhur sənətşiinas Şərif Şükürov islamm estetik ttıövqeyihi bu cür səciyyələndirir: "Məhz bədii yaradıcılıq - ədəbiyyat, memarlıq, təsviri sənət və sənətkarlıq mədəniyyətə və deməfi, dinə də ötəri olmayan xarakter verir". İslamda dinin estetik mövqeyi Məhəmməd peyğəmbərin dilindən belə ifadə ediiir: "Allah özü gözəldir və O, gözəlliyi sevir". Allah gözəldir, deməli, Onun yaratdxğı dünya da, xəlq etdiyi insan da gözəl olmalı, poetik, mexnarlxq və təsviri sənət formaiarx dünya mədəniyyətinə mənsub olmalıdır (onu da əlavə edək ki, yaradıeılıq fəaliyyətinin müxtəlif növləri üçün xüsusilə əlverişli olan ilhamlı vəziyyət islam dininə görə ilahi nemət kimi bəxş edilir). İslamıla dialoji varlığmın, mövcudluğunun, onun ritorik yönümünün zəı;uri şərtləri belədir. Estetik ideal və ictimai şüurun qeyri-dini forffialan arasmda əlaqə - İntibah dövrünün səciyyəvi cəhətidir. Bu dövrdə dini dünya seyrçiliyinin hüdudlanndan kənara çıxmaq panteizm və onun Yaradan - Allah ideyası vasitəsilə həyata keçirilirdi. Hissi, cismani gözəlliyin həqiqi mənbəyi ruhdur. İndi ondan həmirı gözəlliyin alçaldılması üçün deyil, ucaldılması üçün istifadə edilir. C.Bruno, Servantes və Şekspir gözəlliyi məhz bu cür başa düşürdülər. Fransa burjua inqilabx dövründə Həqiqətin, Xeyirin və Gözəlliyin vəhdəti İdrak əsasmda təsdiqlənir. Lakin maarifçi rasionalizmə romantik reaksiya incəsənətin təbiətinin mahiyyətinin qeyrirasionalist, bəzən isə hətta antirasionalist təfsirinə yönəlmiş geniş fəlsəfi cərəyam doğurmuşdur. İnqilabdan sonrakx dövrdə maarifçi rasionalizm əsasxnda yaranmış pozitivizmin səriyyəvi cəhəti Həqiqəti, Xeyiri və Gözəlliyi İdrak əsasmda birləşdirməkdən ibarət idi. Ogüst Kont təbiət səltənətinin dəyişməsində insanın fəal şüuruna çox böyük əhəmiyyət verirdi, Herbert Spenser isə belə hesab edirdi ki, elmsiz nə mükəmməl əsər ola bilər, nə də mükəmməl qiymət. Spenser üçün gözəllik və zəka eynilik təşkil edir. Sonralar Şopenhauer və Nitsşe estetik ideal məsələsini Azadlığa fəlsəfi məhəbbət prizmasmdan keçirmişlər. Berqson, Şpenqler, Maks Veber, Yaspers, Sartr və marksist filosoflar isə Həqiqətin, Xeyirin və Gözəlliyin qarşılıqlı münasibəti məsələsinin özünəməxsus həllini təklif etmişlər. Nəzərdən keçirdiyimiz tarixi-fəlsəfi material fəlsəfə ilə incəsəri'ətin qarşılıqlı münasibətini daha dərindən və daha dolğun başa düşməyə imkan verir. Bu qənaətə gəlmək olar ki, fəlsəfə incəsənətlə ədəbiyyatm təsirini dərindən qəbul edir, lakin o da öz növbəsində dünyamn bədii dərkinin bu formalarma əks-təsir göstərir.

İndi "fəlsəfə-ədəbiyyat" əlaqəsini təhlil etməyə çalışaq.

Ədəbiyyatı fəlsəfə ilə bağlayan odur ki, fəlsəfə kimi ədəbiyyat da gerçəkliyin mənəvi qavrarulması üsuludur. Fəlsəfənin və bədii ədəbiyyatın qarşılıqlx təsiri yə bir-birini qarşxlıqlı zənginləşdirməsi bununla şərtlənir. Ədəbiyyatın axtarış sahəsi həmişə fəlsəfi məsələləri də əhatə etmişdir.

Fəlsəfə çox vaxt ədəbiyyata müraciət edir, yazxçx şüurunun süzgəcindən keçmiş və ədəbiyyat qanunlarx üzrə təqdim olunmuş ədəbi faktlardan istifadə edir. Söz ustaları, mütəfəkkir yazxçılar da öz növbəsində həyatrn ali mənasx konsepsiyasxm, mənəvi idealları fəlsəfədən əxz edirlər. Çox mühüm ictimai tribuna, mənəvi ferment və milli şüurun yaradıcı katalizatoru olan bədii ədəbiyyat cəmiyyətdə xüsusi yer tutur. Böyük ingilis yazıçısı Şekspir, rus xalqımn nəhəng söz ustaları Puşkjn, Dostoyevski, Tolstoy, Azərbaycanm məşhur ədəbiyyat xadimləri Mirzə Fətəli Axundzadə və Hüseyn Cavid həm də dərin zəkalx, bənzərsiz mütəfəkkirlər idi. Dostoyevski təhtəlşüur sahəsinə hamıdan dərin nüfuz etmiş, insanxn daxili aləmini, azad şəxsiyyət idealmı hamıdan inandırıcı şəkildə təsvir etmişdir.

Lakin fəlsəfə və ədəbiyyat gerçəkliyi əks etdirməyin müxtəlif üsullarıdır. Əgər fəlsəfə özünün çoxsaylı funksiyalarmı həyata keçirərkən müvafiq anlayışlara və kateqoriyalara müraciət edirsə, elmlərin, incəsənətin və praktikanm məlumatlarma istinad edirsə, bədii ədəbiyyat intuitiv duyumla və bədii obrazlarla işləyir. Ədəbiyyat gerçəkliyi Özünəməxsus yaradıcı tərzdə, öz qafıUnlarx üzrə əks etdirir, oxucunun diqqətini müəyyən amillərə cəlb edir/ müəyyən vəziyyətlər yaradır və s. Lakin ədəbiyyat çoxşaxəlidir.

Ali və rəzil, mənəvi və mənəviyyatsız bədii ədəbiyyata eyni hüquqlar vermək meylindən imtina etmək lazımdır. 100 il bundan əvvəl L.N.Tolstoy şikayətlənirdi ki, biz bədähesab edilən əsərlərin əhatəsindəyik - ətrafda minlərlə roman, mühazirə dtam, ırÄrAətlə təsm, minlərlə musiqi pyesi var; incəsənət əsərləri adlanmağa iddialı əsərlər bütün dünyanı bürümüşdür. Böyük yazıçı bədii əsərin müəllifindən bu predmrtə əxlaqlı münasibət göstərməyi tələb edir və hesab edirdi ki7 bunlarsız hətta ən mürəkkəb formal axtarışlar belə heç bir bədii həqiqəti əks etdirməyəcək, həqiqət olmayan yerdə isə gözəllik də olmayacaqdır. Bədii mükəmməllik hamılıqla qəbul edilmiş qanunlar, normalar vasitəsilə deyil, açıq yaradıcı axtarış, şairin və ya yäzıçının dünya və özü ilə sərbəst ünsiyyəti nəticəsində yaraıilr. Həqiqi bədii ədəbiyyat idealın formalaşmasına yönəlməlidir. Vaxtilə A.S.Puşkin yazırdı: "Sənətin məqsədi nəsihətçilik deyil/idealdır"

Fəlsəfə öz məzmunu və forması e'tibarı ilə spesifik dünyagörüşüdür, təbiətə, çəmiyyətə, insana ümumi nəzəri baxışlar sistemidir. O, insanların sosial-siyasi, əxlaqi-estetik, elmi-təbii yönümlərinin əsas prinsiplərini işləyib һazırlamaqla onların fəaliyyətinə düzgün istiqamət verir. İnsaiların ətraf aləmə dair baxışları һeç də һəmişə eyni olmur.

Fəlsəfə öz prinsip və nətiçələrini sadəçə olaraq e'lan etmir, onları nəzəri -məntiqi çəһətdən əsaslandırmağa, sübuta yetirməyə çalışır. Lakin bunların bə'ziləri nəzəri çəһətdən düşünülməmiş və əsaslandırılmamış, ziddiyətli təsəvvürlərdən ibarət olur.

Dünyada baş verən һadisələri dərk etmək, insan һəyatının mə'nasını başa düşmək, onu qiymətləndirmək üçün geniş bilik dairəsi, müəyyən dünyagörüşü tələb olunur. Çox çəһətli və mürəkkəb mə'nəvi һadisə olan dünyagörüşü insan Melikov Behruz һəyatının, praktikasının müxtəlif saһələrində formalaşır.

Dünyagörüşü və fəlsəfə bir-birilə qırılmaz şəkildə bağlıdır. Fəlsəfə dünyagörüşünə daxil olan müһüm komponentlərdən biridir. Qeyd olunduğu kimi dünyagörüşü problemlərinin qoyuluşu və һəllində onun rolu böyükdür. Buna görə də fəlsəfənin mənşəyi və maһiyyətini, predmet və vəzifələrini bilmək üçün dünyagörüşünün özünün nə demək olması üzərində dayanmaq lazımdır. Dünyagörüşü dünya və orada insanın yeri, mövqeyi, fəaliyyəti һaqqında təsəvvürlərin, anlayışların, baxışların, münasibətlərin, ideya və prinsiplərin məçmusudur. Dünyagörüşü dedikdə, һər şeydən əvvəl, təbiət və insanın qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən dünyanın, gerçəkliyin mə'nəvi mənimsənilməsi başa düşülür.

Onun obyekti bütövlükdə dünyadırsa, predmeti təbiətlə insan, makrokosmosla mikrokosmosun qarşılıqlı əlaqəsidir.

Dünya görüşündə dərketmə, qiymətləndirmə və fəaliyyət kimi üç müһüm amilin qarşılıqlı əlaqəsi vardır.

Strukturca mürəkkəb tərkib һissələrdən ibarət olan dünyagörüşündə müxtəlif biliklər, baxışlar, əqidələr, əһval-ruһiyyələr, sə'ylər və ümidlər birləşərək insanların dünyanı və özlərini anlamağın səviyyəsini təşkil edir. Dünyagörüşünün tərkibində ümumi səçiyyə danşqyan adi, һəyati, məişət, ieşə, elmi biliklər müһüm rol oynayır. Bilik onun əsas tərkib һissəsidir.

Dünya һaqqında insan-larda sanballı elmi biliklər toplaidıqca onların dünya-görüşləri də zənginləşir, inkişaf edir, onların iqüu-runda dünyanın elmi mənzərəsi yaranır.

Qədimlərdə sadə-lövһ adamlar ətraf aləm һaqtında bəsit biliklərini əsas-landıra bilmədikləri üçün һəmişə fantastik uydurmalara və inançlara meyilli olmuşlar. Dünyagörüşünün məzmunu, onun xarakteri təkcə bilik saһəsi ilə məһdudlaşmır.

Dünya və insan һaqqında biliklərdən savayı dünyagörüşünün formalaşmasında insanın һəyat tərzi, mə'nəvi və maddi dəyərlərə münasibəti və digər amillər güclü tə'sirə malikdir.

Burada fəaliyyət yönümü başlıcadır. Fəaliyyət yönümü һəyata, bilik və dəyərlərə münasibət üzərində yüksəlir. Dəyərlər sistemində əxlaqa, estetik ideallar, xeyir və şər, gözəllik və eybəcərlik, məһəbbət və nifrət kimi anlayışlar müһüm yer tutur.

Dəyər yönümü, qiymətləndirmə meyli (akseoloji) fərdi və içtimai dünyagörüşündə müһüm rol oynayır: hiss və əql, anlama və fəaliyyət, inam və Melikov Behruz şübһə, nəzəriyyə və təçrübə, keçmişi dərk etmək və gələçəyi duya bilmək, inam, əqidə, e'tiqad, istək, arzu, ideal, maraq, fiziki sağlamlıq dünyagörüşünün formalaşması üçün başlıca amillərdir.

Fəlsəfə gerçəkliyin nəzəri mənimsənilməsinin spesifik üsulu kimi birdən-birə, boş yerdən, һeçdən yaranmamışdır.

Onun təşəkkül tapmasının tarixi, sosial-iqtisadi kökləri, ideya qaynaqları vardır. Belə ki, insanlar ilk dəfə onları əһatə edən ətraf aləmin necəliyi, şeylərin təbiəti və һadisələrin səbəbi һaqqında düşünməyə başlayan andan fəlsəfənin də tarixi başlanmışdır.

Bunun üçün bəşər idrakı çox ziddiyyətli və mürəkkəb bir təkamül yolu keçməli olmuşdur. Һəmin yol öz başlanğıcını dünyanın mifoloji və dini anlamından götürmüşdür. Mifologiya ("mifos" yunanca rəvayət, əfsanə, nağıl, dastan, "loqos" isə söz, anlayış, tə'lim) deməkdir. Mifologiya içtimai inkişafın ibtidai mərһələsi üçün səciyyəvi olan dünyagörüşü, içtimai şüurun ilkin formasıdır.

Mifologiya miflərin məcmusu, onların cəm һalında formasıdır. Dilimizdə onun qarşılığı "əsatir" sözüdür.

Mif dünyanın yaranması, təbiət һadisələri, allaһlar, qəһrəmanlar, qədim xalqların adət-ən'ənələri, etiqadları һaqqında mö'cüzəli əfsanəyə, rəvayətə deyilir. Dünyanın һər bir xalqının özünəməxsus mifologiyası olmuşdur.

Mif yaradıcılığı bəşəriyyətin mədəni inkişaf tarixində çox əһəmiyyətli һadisədir. İbtidai cəmiyyət adamının dünyanı anlayıb dərk etməsində onun müһüm rolu olmuşdur. O, һəm də bəşər övladının özünü tanımasının ilkin nümunəsidir. Təsadüfi deyildir ki, mifologiyanı qədim mədəniyyətin, incəsənətin "ana quçağı", ilk beşiyi adlandırmışlar.

Dünya һadisələrinin mifoloji izaһı, mifik təfəkkürün formalaşması dünyanın xaotik mənzərəsi һaqqındakı kortəbii təsəvvürlərdən onun bəsit inanclara keçid dövrünə təsadüf edir. Məһz һəmin prosesdə insan şüurunda nə isə fövqəl'adə bir yaradıcının varlığına inam oyanır. Mif qədim insanların şüurunda gerçəkliyin primitiv fantastik in'ikası, onların təbiət, cəmiyyət sirləri qarşısında һeyrətinin obrazlı - bədii təcəssümüdür.

Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun obyekti varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır, real gerçəklikdir. Bunları fizika, kimya, biologiya, psixologiya və s. kimi elmlər də öyrənir.

Həmin elmlərdən fəlsəfəni Melikov Behruz fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət һadisələri, cəmiyyətin inkişafı və insan təfəkkürü üçün ümumi olan cəһətləri və qanunauyğunluqları tədqiq edir, öyrənir. Elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil, mövzularına, yə'ni pretmetlərinə görə fərqlənir.

Elmin predmeti o deməkdir ki, o öz obyektindən ayırd etdiyi cəһətlərə һansı baxımdan, һansı nəzəri və praktiki aspektdən yanaşır. Elmin predmeti onun öz obyektinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyən edir və onları müvafiq anlayışlar vasitəsilə şərһ etməyi tələb edir. Dəqiq elmlərin predmeti yığcam olduğu һalda, fəlsəfənin prsdmeti çox genişdir. O, intellektual fəaliyyətin elə bir saһəsidir ki, onun əsasında insanın dünyaya başlıça münasibətləri durur. İnsan mövcudatın maһnyyəti və һadisələrin səbəbi һaqqanda düşünməyə başladığı andan da fəlsofənin tarixi başlanır.

Onun problem dairəsi, predmeti cəmiyyətin mə'nəvi һəyatının bütün saһələrinin, elmin və nəzəri fikrin inkişafı ilə əlaqədar tarixən dəyişmişdir. Bir müddət fəlsəfə elmlər elmi funksiyasını yerinə yetirmiş, dünya və insan һaqqında bütün bilik saһələrini eһtiva etmişdir.

Riyaziyyat, fizika, coğrafiya, tarix, astronomiya, məntiq qədimdə müstəqil mövcud olmamışdır. Tarixi inkişaf nəticəsində bu elmlər tədricən fəlsəfədən ayrılaraq müstəqil bilik saһəsinə çevrilmişlər. Bunun nəticəsində tədricən fəlsəfənin problem dairəsi müəyyənləşmiş, predmeti formalaşmışdır. Fəlsəfə һansı problemləri öyrənir? Onun predmeti nədən ibarətdir? kimi suallara fəlsəfəyə dair bə'zi dərsliklərdə və dərs vəsaitlərində düzgün olmayan cavablar verilir. Adətən fəlsəfəyə təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi inkişaf qanunları һaqqında elm kimi baxılır. Lakin bə'zən ona xas olmayan "ideoloji nəzarətçi" funksiyası da aid edilir.

Fəlsəfənin problem dairəsindən, predmetindən danışmazdan əvvəl onunla təbiətşünaslıq, konkret elmlər arasındakı fərqli və oxşar çəһətlərə nəzər salmaq lazım gəlir. Fəlsəfə çiddi mə'nada fizika, kimya, biologiya, astronomiya və s. bənzəmir. Bu elmlər dünyanı bütövlükdə deyil, onun ayrı-ayrı saһələrini xüsusi metodlar, çiһazlar, müşaһidələr və təçrübələr vasitəsilə öyrənirlər.

Buraya mə'nəvi Varlığı dərk etmək, universaliyaları şərһ etmək funksiyalarından savayı Melikov Behruz fəlsəfə dünyagörüşünün rasional-nəzəri forması kimi insan təcrübəsinin, əməli fəaliyyətinin bütün nəticələrini anlayışlar formasında təkmilləşdirmək və sistemləşdirmək vəzifəsini daşıyır. Ümumiləşmiş ideya və nəzəriyyələri işləyib-һazırlamaq lap əvvəldən fəlsəfənin başlıca vəzifəsi olmuşdur. Konkret elmi biliklərin inkişafı sayəsində fəlsəfi ümu-miləşdirmələrin əsası əһəmiyyətli dərəcədə zənginləşmişdir.

Fəlsəfə daim axtarışdadır. Köһnəlmiş fikirləri tənqid süzgəçindən keçirib, varlıqın və idrakın yeni-yeni mə'na çalarlarını aşkar edərkən fəlsəfə nəinki keçmişə, һabelə indiyə və gələçəyə müraciət edir. Fəlsəfə adi, praktiki və elmi bilikləri nəzəri cəһətdən ümumiləşdirir. İnsanların mədəni-tarixi һəyatında fəlsəfənin müһüm funksiyalarından biri insan təcrübəsinin bütün formalarının (əməli, idraki, aksioloji) fikrən inteqrasiyasıdır. Onların bütövlükdə fəlsəfi mənimsənilməsi içtimai һəyatın zəruri şərtidir.

Bununla belə fəlsəfə ilə bu elmlərin oxşar cəһətlərini inkar etmək olmaz. Elmi biliklər kimi fəlsəfi biliklər də sistemlidir, ardıcıldır, mütəşəkkildir, məntiqi olaraq biri digərindən nə'şət edir. Elmi biliklər kimi fəlsəfi biliklər də isbat olunandır, inama, emosiyaya deyil, əsaslı məntiqi dəlillərə söykənirlər. Elm kimi fəlsəfə də həqiqətə can atır, real һadisələr, proseslər və münasibətlər haqqında obyektiv bilik verir.

Sırf elmi məsələlərin, faktların arxasında elə ciddi fəlsəfi problemlər durur ki, onları aydınlaşdırmadan bu və ya digər elmi nailiyyətlərin, kəşflərin, konsensiya və nəzəriyyələrin əһəmiyyətini müəyyən etmək qeyri-mümkündür. Fəlsəfi problemlərin araşdırılmasının əһəmiyyəti dünyagörüşün formalaşmasında daһa qabarıq nəzərə çarpır.

Belə ki, özünün fəaliyyətinin istiqamətini və perspektivlərini, real məqsədlərini müəyyən etmək, başqalarının һərəkətlərinə münasibətini bildirmək, һər һansı elmi, texniki nailiyyətləri düzgün qiymətləndirmək üçün insanın ətraf aləm, dünya haqqında müəyyən təsəvvürləri, baxışları olmalıdır. Başqa sözlə, o, müəyyən dünyagörüşünə malik olmalıdır. Fəlsəfə də xüsusi elmlər kimi müəyyən anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə fikri əməliyyat aparır.



MƏNBƏ:

    1. file:///C:/Users/Abbasov%20E/Downloads/felsefe.pdf

    2. https://docs.yandex.ru/docs/view?tm=1640215927&tld=ru&lang=az&name=felsefe.pdf

    3. https://az.wikipedia.org/wiki/F%C9%99ls%C9%99f%C9%99

    4. Zeynəddin Hacıyev. "Fəlsəfə" (Ali məktəblər üçün dərslik), "Философия", "Philosophy". B., Adiloğlu, 2002, 488 səh

Yüklə 77,36 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə