FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə114/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   110   111   112   113   114   115   116   117   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
119


vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki 
xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dən müvafiq 
orqana təqdim edir. 
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə 
görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş 
şəxsdən tutulur. 
Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi 
ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 
Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il 
avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın 
əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi ödəmə vaxtında 
həmin əmlakın sahibi tərəfindən ödənilir. 
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 
5. Hüquqi şəxslərin əmlak vergisi 
Mülkiyyətində vergitutma obyektləri olan hüquqi şəxslər əmlak 
vergisinin 
ödəyiciləridirlər. 
Aşağıdakılar vergitutma obyektləri 
sayılırlar: 
- müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri
- Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi 
vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident 
müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas 
vəsaitlərin orta illik dəyəri. 
Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs 
yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin 
dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları 
tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil 
olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin 
dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə 
mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq 
bəyannaməyə daxil edilir. 
Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 
(avtonəqliyyat vasitələri istisna olmaqla) 1 faiz dərəcəsi ilə əmlak 
vergisi ödəyirlər. 
Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) 
orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır: 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə