1. Güclü küləklər və onların təsnifatı, burulğan, tufan, qasırğa.
Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası
güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən
asılı olur və şərti olaraq ballarla belə ifadə edilir:
1
baldan kiçik, 18-32 m/san - zəif dağıntılar törədə bilər; 1 bal, 33-49 m/san -
mülayim; 2 bal 50-69 m/san - xeyli dağıdıcı; 3 bal, 70-92 m/san - güclü dağıdıcı; 4
bal 98-116 m/san - dəhşətli dağıdıcı. Küləyin sürətini daha ətraflı qiymətləndirmək
üçün külək sürətinin şkalasından istifadə edilir.
Bu şkala ikinci dərəcəli detallar ixtisar edilməklə və dağıdıcı potensial barədə əlavə
məlumatlar verilməklə aşağıda göstərilir;
· 0-7 ballar, 19 m/san-dən (56 km/s-dan) az, sakitlikdən güclü küləyədək;
· 8 bal, 19-23 m/san (68-79 km/s) - fırtına. Ağacların nazik budaqlarını sındırır,
gəmilər, qazma buruqları və bu tipli qurğular üçün təhlükə törədir.
· 9 bal, 23-26 m/san (79-95 km/s) - güclü fırtına, yüngül binalar, evlərin damları və
tüstü bacaları zədələnir.
· 10 bal, 26-30 m/san (95-110 km/s) - çox şiddətli fırtına ağacları kökündən çıxarır,
yüngül tikililəri xeyli zədələyir.
· 11 bal, 33-35 m/san (110-122 km/s) - tufan, yüngül
tikililərin küllü şəkildə
zədələnməsi.
· 12 bal, 35 km/san - artıq - qasırğa. Detallaşdırma:
- 12,1, 35-42 m/san (122-150 km/s). Güclü dağıdıcı külək, yüngül ağac tikililərdən
ibarət yaşayış məntəqəsində xeyli dağıntılar baş verir. Teleqraf dirəklərinin bir
qismi yıxılır.
- 12,2, 42-49 m/san (150-175 km/s). Yüngül binalardan ibarət yaşayış
məntəqələrində evlərin 50%-dən çoxu dağılır, digər tikililərin damları, pəncərə və
qapıları zədələnir. Dənizdə dalğaların hündürlüyü adi haldakından 1,6-2,4 m artıq
olur;
- 12,3, 49-58 m/san (175-210 km/s). Taxta tikilli yaşayış
məntəqələri tamamilə
dağılır, digər binalar xeyli zədələnir. Fırtınanın yaratdığı su, dalğaları adi
səviyyəsindən 1,5-3,5 m artıq olur. Dalğalar sahildəki binaları zədələyə bilər;
- 12,4, 58-70 m/san (210-250 km/s). Külək ağacları yıxır. Yüngül binalar
tamamilə, digər binalar güclü dağılır. Dənizdə dalğaların hündürlüyü 3,5-5,5 m-ə
çatır. Dəniz sahilləri güclü surətdə yuyulur. Sahildəki binaların aşağı mərtəbələrini
su ciddi surətdə zədələyir;
- 12,5, 70 m/san-dən artıq (250 km/s). Möhkəm binaların çoxu 80-100 m/san
sürətli küləyin təsiri nəticəsində, daş binaların isə adətən hamısı 110 m/san küləyin
təsirindən dağılır. Dənizdə dalğaların hündürlüyü 5,5 m-dən artıq olur.
Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80 m/san (280 km/s), dağıntıların
kəmiyyətinə görə hesablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s).
Burulğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/san (420 km/s), dağıntılarına
görə hesablanmış sürəti isə 300 m/san-dən (1000 km/s-dan) artıqdır. Küləyin belə
yüksək sürətə çatması üçün xüsusi yerli şərait olmalıdır, olmalıdır, məsələn,
qasırğa düzənliklər üzərində yaranır.
Qasırğanın dağıdıcı
təsiri küləyin sürəti ilə, eləcə də tufan və leysan yağışları
sayəsində törəyən daşqınlarla müəyyən edilir. Birdən-birə şiddətlənən qasırğa
nəticəsində on minlərlə hektar sahələrdə əkinlər məhv olar, onlarla ev və təsərrüfat
tikililəri dağılar, birdəfəlik ziyan bir neçə milyon manata çata bilər.
Yağıntıların ekstremal miqdarı və müddəti öz-özlüyündə əhali və təsərrüfat üçün
qorxu törətməklə yanaşı, digər növ təhlükələr də yaradı:
· intensiv qar yığını nəqliyyatın işini pozur, ağacların, elektrik xətlərinin, binaların
zədələnməsinə, marxal və qar uçqunları
əmələ gəlməsinə səbəb olur, bir sıra
hallarda kənd təsərrüfatına ciddi zərər yetirir;
· intensiv leysan yağışları daşqınlara, dağlarda torpağın erroziyasına, sellərə və
sürüşmələrə
səbəb olur, vaxtsız və uzun müddətli yağışlar məhsuldarlığa mənfi
təsir göstərir;
· yağıntının ekstremal dərəcədə az olması quraqlığa səbəb olur, meşə yanğınları,
çayların quruması təhlükəsini, gəmiçilik və su təchizatı üçün çətinliklər və s.
törədir.
Dostları ilə paylaş: