Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 5
.
Meteoroloji və aqrometeoroloji
təhlükəli hadisələr və onların 
xüsusiyyəti.
Mühazirəçi:E.K.Qafarov
Mühazirənin planı : 
1.Güclü küləklər və onların təsnifatı, burulğan, tufan, qasırğa.
2.İldırımın baş vermə səbəbləri və növləri. 
3.Quraqlığın yaranma səbəbləri, dolu və doluvurma.
 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 

Bakı-2021 


1. Güclü küləklər və onların təsnifatı, burulğan, tufan, qasırğa.
Atmosferdə müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası 
güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən 
asılı olur və şərti olaraq ballarla belə ifadə edilir: 
1 baldan kiçik, 18-32 m/san - zəif dağıntılar törədə bilər; 1 bal, 33-49 m/san - 
mülayim; 2 bal 50-69 m/san - xeyli dağıdıcı; 3 bal, 70-92 m/san - güclü dağıdıcı; 4 
bal 98-116 m/san - dəhşətli dağıdıcı. Küləyin sürətini daha ətraflı qiymətləndirmək 
üçün külək sürətinin şkalasından istifadə edilir. 
Bu şkala ikinci dərəcəli detallar ixtisar edilməklə və dağıdıcı potensial barədə əlavə 
məlumatlar verilməklə aşağıda göstərilir; 
· 0-7 ballar, 19 m/san-dən (56 km/s-dan) az, sakitlikdən güclü küləyədək; 
· 8 bal, 19-23 m/san (68-79 km/s) - fırtına. Ağacların nazik budaqlarını sındırır, 
gəmilər, qazma buruqları və bu tipli qurğular üçün təhlükə törədir. 
· 9 bal, 23-26 m/san (79-95 km/s) - güclü fırtına, yüngül binalar, evlərin damları və 
tüstü bacaları zədələnir. 
· 10 bal, 26-30 m/san (95-110 km/s) - çox şiddətli fırtına ağacları kökündən çıxarır, 
yüngül tikililəri xeyli zədələyir. 
· 11 bal, 33-35 m/san (110-122 km/s) - tufan, yüngül tikililərin küllü şəkildə 
zədələnməsi. 
· 12 bal, 35 km/san - artıq - qasırğa. Detallaşdırma: 
- 12,1, 35-42 m/san (122-150 km/s). Güclü dağıdıcı külək, yüngül ağac tikililərdən 
ibarət yaşayış məntəqəsində xeyli dağıntılar baş verir. Teleqraf dirəklərinin bir 
qismi yıxılır. 
- 12,2, 42-49 m/san (150-175 km/s). Yüngül binalardan ibarət yaşayış 
məntəqələrində evlərin 50%-dən çoxu dağılır, digər tikililərin damları, pəncərə və 
qapıları zədələnir. Dənizdə dalğaların hündürlüyü adi haldakından 1,6-2,4 m artıq 
olur; 


- 12,3, 49-58 m/san (175-210 km/s). Taxta tikilli yaşayış məntəqələri tamamilə 
dağılır, digər binalar xeyli zədələnir. Fırtınanın yaratdığı su, dalğaları adi 
səviyyəsindən 1,5-3,5 m artıq olur. Dalğalar sahildəki binaları zədələyə bilər; 
- 12,4, 58-70 m/san (210-250 km/s). Külək ağacları yıxır. Yüngül binalar 
tamamilə, digər binalar güclü dağılır. Dənizdə dalğaların hündürlüyü 3,5-5,5 m-ə 
çatır. Dəniz sahilləri güclü surətdə yuyulur. Sahildəki binaların aşağı mərtəbələrini 
su ciddi surətdə zədələyir; 
- 12,5, 70 m/san-dən artıq (250 km/s). Möhkəm binaların çoxu 80-100 m/san 
sürətli küləyin təsiri nəticəsində, daş binaların isə adətən hamısı 110 m/san küləyin 
təsirindən dağılır. Dənizdə dalğaların hündürlüyü 5,5 m-dən artıq olur. 
Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80 m/san (280 km/s), dağıntıların 
kəmiyyətinə görə hesablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s). 
Burulğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/san (420 km/s), dağıntılarına 
görə hesablanmış sürəti isə 300 m/san-dən (1000 km/s-dan) artıqdır. Küləyin belə 
yüksək sürətə çatması üçün xüsusi yerli şərait olmalıdır, olmalıdır, məsələn, 
qasırğa düzənliklər üzərində yaranır. 
Qasırğanın dağıdıcı təsiri küləyin sürəti ilə, eləcə də tufan və leysan yağışları 
sayəsində törəyən daşqınlarla müəyyən edilir. Birdən-birə şiddətlənən qasırğa 
nəticəsində on minlərlə hektar sahələrdə əkinlər məhv olar, onlarla ev və təsərrüfat 
tikililəri dağılar, birdəfəlik ziyan bir neçə milyon manata çata bilər. 
Yağıntıların ekstremal miqdarı və müddəti öz-özlüyündə əhali və təsərrüfat üçün 
qorxu törətməklə yanaşı, digər növ təhlükələr də yaradı: 
· intensiv qar yığını nəqliyyatın işini pozur, ağacların, elektrik xətlərinin, binaların 
zədələnməsinə, marxal və qar uçqunları əmələ gəlməsinə səbəb olur, bir sıra 
hallarda kənd təsərrüfatına ciddi zərər yetirir; 
· intensiv leysan yağışları daşqınlara, dağlarda torpağın erroziyasına, sellərə və 
sürüşmələrə səbəb olur, vaxtsız və uzun müddətli yağışlar məhsuldarlığa mənfi 
təsir göstərir; 


· yağıntının ekstremal dərəcədə az olması quraqlığa səbəb olur, meşə yanğınları, 
çayların quruması təhlükəsini, gəmiçilik və su təchizatı üçün çətinliklər və s. 
törədir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə