Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Birinci dərəcəli

ağır FH
demək olar ki, xüsusi 
narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan 
qısa müddətli gur leysan suları hətta maraqlı bir epizod kimi qəbul edilir. 
İkinci 
dərəcəli - xüsusən ağır FH
əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə 
narahatlıq, əsəbilik və s. kimi pis əhval-ruhiyyə yaradır. Ü
çüncü dərəcəli - 
katastrofik FH
isə sözün əsl mənasında fəlakətdir: belə hadisələr sosial-psixoloji 
vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər. 
Dördüncü dərəcəli 
- böhranlı FH
ümumi ümidsizlik yaradır və həyat dəyərləri haqqında təsəvvürlərin 
prinsipial surətdə dəyişməsinə, sosial çaxnaşmalara səbəb ola bilər. 
Beşinci 
dərəcəli - əvəzolunmaz tikili FH
- salamat qalmış insanların (köçkünlərin) 
yadında onların həyatını pozmuş hadisə olaraq həmişə qalar. Fövqəladə hadisələrin 
belə dərəcələndirilməsi, aydındır ki, həm keçmişdə, həm də indi baş verən və 
gələcəkdə ehtimal olunan hadisələr zamanı təbii və digər risklərin idarə edilməsinə 
aid bütün problemlərin həllində tətbiq edilə bilər. 
Yuxarıda deyildiyi kimi, əlverişsiz təhlükəli hadisənin (ƏTH) törətdiyi ziyan təsir 
sahələrinə görə sosial və iqtisadi ziyan növlərinə ayrılır. Əgər bu təbii-texnogen 
tipli fövqəladə hadisədirsə, onda bu hadisənin törədə biləcəyi ekoloji zərəri də 
nəzərə almaq lazımdır. 
Sosial zərəri, adətən, FH ocağında həlak olanların, yaralıların və zərər çəkənlərin 
(ev-eşiyini itirənlərin və başqalarının) sayı ilə ölçürlər; FH ocağından kənarda olan, 
lakin bu hadisənin təsirinə bu və ya digər dərəcədə məruz qalan adamlarının sayını 
da həmçinin nəzərə almaq olar. FH-in müxtəlif növlərində bu nisbət xeyli dərəcədə 
müxtəlif olur. Məsələn, zəlzələ zamanı həlak olanların və ağır yaralananların 
(şikəst olanların) sayı 1/3 - 1/10 nisbətində, həlak olanların və zərər çəkənlərin sayı 
isə 1/100 - 1/300 nisbətində olur. 


İnsanların həlak olması və şikəst olması (iş qabiliyyətini itirməsi) nəticəsində 
yaranan itkiləri pul formasında müxtəlif üsullarla qiymətləndirmək mümkündür: 
əlil olmuş şəxsin təminatının dəyəri ilə; işçinin itirilməsi nəticəsində gəlirin 
azalması ilə; peşə üzrə risk üçün əlavə ödənişin miqdarına görə; ölüm hallarının 
azaldılması üçün görülən lazımi tədbirlərin dəyərinə görə və s.
Məlum olur ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ətrafı çirkləndirən 
tullantıları azaltmaq, xəstəliklərin ilkin diaqnostikasını keçirmək, avtonəqliyyatda 
təhlükəsizliyi yüksəltmək və s. yollarla bir adamın həyatının xilas edilməsi 10 
mindən 100 milyon dollara qədər vəsait sərfi tələb edir. 
Əlverişsiz və təhlükəli hadisələrin dolayı sosial zərərini müəyyən edərkən bu 
zərərin etnik-mədəni zərər və psixoloji zərər olmaqla iki tərkib hissəsini də nəzərə 
almaq lazımdır. Etnik-mədəni zərər yalnız sadəcə insanların məhv olmasından 
ibarət deyil, bu həm də etnosun (müəyyən bir xalqın) məhv olmasıdır. Vətənin 
həmişəlik tərk edilməsi və ya tarixi abidələrin, yaşayış məntəqələrinin dağılması və 
onların yeni tikilən standart şəhərlərlə əvəz edilməsi və s. nəticəsində insanların öz 
etnik mənşəyini, cəmiyyətdəki mövqeyini və rolunu unutmasıdır. 
Sosial-psixoloji zərər isə baş vermiş fəlakətin ağır xatirələrinin təsiri altında, bəzən 
isə bilavasitə uzun müddətli narahat yaşayış nəticəsində normal həyat duyğularının 
sönükləşməsindən, bədbəxtlik hissinin yaranmasından ibarətdir. 
Təbii fəlakət sosial-psixoloji vəziyyət kəskinləşən dövrdə baş verdikdə, bərpa 
olunma zəifləyir, uzun sürür, fövqəladə hadisə mürəkkəb xarakter kəsb edir və 
onun nəticələrinin ağırlıq dərəcəsi artır. Tarixi keçmişdə bir sıra etnosların 
məhvinə yəqin ki, hadisələrin məhz belə inkişafı səbəb olmuşdur. Müasir dövrdəki 
belə hallara misal olaraq Çernobıl radioaktiv çirklənmə zonasının göstərmək 
mümkündür. Bunların nəticələrini təsərrüfatların məhsuldarlığının azalması; 
əhalinin köçürülməsi və s. kimi iqtisadi göstəricilərlə də ölçmək mümkündür. 


Əlverişsiz və təhlükəli hadisələrin təsirindən yaranan iqtisadi zərər, hər şeydən 
əvvəl binaların, qurğuların, avadanlığın və s. bilavasitə itkilərindən (əsas fondlar 
üzrə itkilər); dövriyyə fondu üzrə (xammal, yanacaq, yarımfabrikatlar) itkilərdən; 
hazır məhsul, kənd təsərrüfatı məhsulları, mal-qara, şəxsi əmlak və s. itkilərdən 
ibarətdir. Bunlar birbaşa itkilərdir ki, onların siyahısı xeyli böyük ola bilər. Belə 
hesab edirik ki, fövqəladə hadisənin vurduğu ziyan qiymətləndirilərkən, onun 
kəmiyyətinin 30 faizə qədəri nəzərdən qaçırılır. 
FH-in dolayı iqtisadi zərəri - zədələnən və onların işi ilə bağlı kooperasiyada olan 
müəssisələr dayanarkən məhsul istehsalının azalması, işçilərin və texnikanın 
xilasetmə işlərinə cəlb olunması, məhsulun maya dəyərinin artması və 
keyfiyyətinin pisləşməsi, müəssisə ilə əlaqədə olan başqa obyektlərin təchizat və 
nəqliyyat üçün digər variantlardan istifadə etməsi və s. sayəsində meydana gəlir. 
Təsir göstərdiyi iqtisadi “məsafədən” asılı olaraq dolayı iqtisadi zərər: yerli zərər 
və xalq təsərrüfatı miqyaslı zərər növlərinə ayırd edilə bilər. 
Təbii fəlakətlər zamanı baş verən itkilər barədə dərc olunan məlumatlar yalnız 
birbaşa itkiləri xarakterizə edir. Dolayı iqtisadi itkilər isə birbaşa itkilərə nisbətən: 
yüngül və ərzaq sənaye sahəsinin xırda müəssisələri dağılarkən 30-50%; 
kommunikasiyalar dağılarkən 103-104%, energetika müəssisələri dağılarkən isə 
105% təşkil edir. İnzibati rayon və ya vilayət miqyaslı ƏTƏK fəlakətə məruz 
qaldıqda orada dolayı itkilər birbaşa itkilərdən 3-4 dəfə artıq, ölkə və dünya 
miqyaslı fəlakət zamanı isə, orta hesabla bir neçə il üçün təxminən 2 dəfə artıq ola 
bilər. Çernobıl fəlakətinin vurduğu dolayı zərər birbaşa zərərdən 20-25 dəfə 
artıqdır.Ekoloji zərər təbii-texnogen və ya təbii-antropogen xarakterli hadisələr 
(torpaq eroziyasının insan fəaliyyəti sahəsində sürətlənməsi, əlverişsiz və təhlükəli 
hadisələrin törətdiyi texnoloji qəzalar zamanı ətrafa xeyli çirkləndirici maddələrin 
yayılması və s.), eləcə də müasir zədələyici vasitələrin (silahların) tətbiqi 
nəticəsində baş verə bilər. Zərərin bu növünü də qısaca nəzərdən keçirək: istismar 
olunan təbii ehtiyatların birbaşa itkilərinə iqtisadi-ekoloji zərər deyilir; biosferanın 
bir qismi olmaqla təbii mühitdəki itkiləri əsl ekoloji itkilər adlandırmaq 
mümkündür.


Qeyd olunan məsələlər və fövqəladə hadisələrin təsnifatı aşağıdakı cədvəldə 
verilmişdir: 
Cədvəl 1
.
1.Əsas əlamətlərinə görə fövqəladə halların təsnifatı 
Yoxlama sualları: 
1.Təsir dairəsinə görə fövqəladə hadisələr necə təsnif olunur? 
2.Həlak olanların sayına görə fövqəladə hadisələr necə təsnif olunur? 
3.
Fövqəladə hadisələr sahələr üzrə necə bölünür? 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə