Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
 
 


Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 3

Fövqəladə hadisələrin müxtəlif göstəricilərinə görə təsnifatı.
 
 
Mühazirəçi:
E.K.Qafarov
Mühazirənin planı : 
1.Təsir dairəsinə və nəticələrinin ağırlığına görə, baş vermə sahələrinə görə, idarə 
mənsubiyyətinə görə fövqəladə hadisələrin təsnifatı.
2.Həlak olnaların sayına görə,zərər çəkən əhalinin sayına görə zərərin dəyərinə 
görə fövqəladə hadisələrin təsnifatı.
 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 
Bakı-2021 


1.Təsir dairəsinə və nəticələrinin ağırlığına görə, baş vermə sahələrinə görə, 
idarə mənsubiyyətinə görə fövqəladə hadisələrin təsnifatı.
Fövqəladə hadisələrin (FH) qiymətləndirilməsinə eyni cür yanaşmaq və onlara 
qarşı adekvat tədbirlər görmək məqsədi ilə fövqəladə hadisələr tiplərinə, növlərinə, 
miqyasına, nəticələrinin ağırlığına və s. əlamətlərinə görə təsnif edilir. 
Əgər ehtimal olunan bütün fövqəladə hadisələri küll halında götürsək, onda onları 
ilk növbədə münaqişəli və münaqişəsiz hadisə növlərinə ayırmaq lazımdır. 
Münaqişəli fövqəladə hadisələrə hərbi toqquşmalar, ekstremist siyasi mübarizə, 
sosial partlayışlar, milli və dini münaqişələr, terrorizm, tüğyan edən cinayətkarlıq 
və s. aid edilə bilər. 
Biz isə burada münaqişəsiz fövqəladə hadisələri - təbii, texnogen və ekoloji 
xarakterli fəlakətləri nəzərdən keçirəcəyik. Belə hadisələri onların mənşəyinə, 
xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb təsnif etmək 
mümkündür. 
Fövqəladə hadisələrin yayılma miqyasına görə təsnifatı ən vacib əhəmiyyət kəsb 
edir. Lakin yadda saxlamaq lazımdır ki, bu zaman yalnız fövqəladə hadisənin 
təsirinə məruz qalmış ərazinin ölçüləri deyil, həm də bu hadisənin yarada biləcəyi 
dolayı nəticələr də nəzərə alınmalıdır. 
Yuxarıda göstərilən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün biz ilk 
dəfə olaraq Azərbaycan Respublikasında texnogen, təbii və ekoloji xarakterli 
fövqəladə hadisələr haqqında anlayış və baxışları sistemləşdirdik, nəzərdən 
keçirdik, tədqiq etdik və bu barədə vahid sistemin nəzəri əsaslarını dərc etdik. 
Respublikamızın konkret xüsusiyyətlərini nəzərə almaqla belə hadisələrin 
təsnifatını müəyyənləşdirdik. Bu zaman məhdud sahədə baş verən fövqəladə 
hadisələrin belə, bəzən ağır nəticələr baş verə biləcəyi ehtimalını da nəzərə aldıq. 


Fövqəladə hadisələrin mövcud olan təsnifatı müxtəlif prinsiplərə əsaslanır və 
zənnimcə heç də bütün hallarda dəqiq məqsədlərə nail olunmasına imkan vermir, 
bəzən isə formal məntiqə belə uyğun gəlmir. Bu barədəki yeni materiallarda, 
həmin nöqsanlar nəzərə alınır. Təklif etdiyimiz təsnifat daha əlverişlidir və əməli 
olaraq fövqəladə hadisələrin bütün növlərini əhatə edir. Məlumdur ki, fövqəladə 
hallar, hər hansı sahədə baş verən texnogen, texnogen-təbii, təbii mənşəli elə 
hadisədir ki, o, əhalinin və istehsalatın uzun illər boyu öz həyat fəaliyyətində 
vərdiş etdiyi hadisə və proseslərin normal parametrlərinin pozulmasına səbəb olur. 
Fövqəladə hadisələr insanların həyat fəaliyyətinə, iqtisadiyyatın işinə, sosial 
sahəyə və təbii mühitə xeyli mənfi təsir göstərir. 
Fövqəladə hadisələr zamanı ilk növbədə ümumi itkilər və ziyan müəyyən edilir ki, 
bu dərhal müvafiq tədbir görmək və zərər çəkmiş rayona kənardan yardım 
göstərmək barədə qərar qəbul etmək üçün vacibdir. 
Təsir dairəsinə (miqyasına) görə və nəticələrinin ağırlığı üzrə fövqəladə hadisələr: 
lokal (qismi), obyekt səciyyəli, yerli, regional, milli və ya qlobal xarakterli ola 
bilər

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə