Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Radioaktiv bulud
- nüvə partlayışının od kürəsi genişlənib soyuyarkən yaranan 
radioaktiv tərkibli bulud. Yerüstü nüvə partlayışı zamanı buludun arxasınca yuxarı 
qalxan çoxlu radioaktiv toz və su buxarları xeyli yüksəkdə ona birləşərək göbələyə 
bənzər forma alır, bir neçə dəqiqədən sonra dağılır və qismən əraziyə çökür. 
Radioaktiv bulud külək vasitəsilə uzaq məsafələrə aparılaraq ərazidə radioaktiv 
zəhərlənmə (çirklənmə) törədir. 
Radioaktiv çirklənmə
- yerin səthində, atmosferdə, suda, ərzaq məhsullarında, 
yemlərdə və müxtəlif əşyaların səthində təbii adi hallardakından artıq və ya 
radiasiya təhlükəsizliyi normaları və radioaktiv maddələrlə iş qaydalarında 
göstəriləndən yüksək səviyyədə radioaktiv maddələrin olması, yaxud yayılması 
hallarına deyilir. 
Radioaktiv çöküntülər 
- nüvə partlayışının göbələyəbənzər buludundan əraziyə 
çökən və tərkibində radioaktiv maddələr olan toz, qaz və ya buxar halındakı 
zərrəciklərdən ibarətdir. 
Sel
- dağ çaylarında tərkibi gil, qum, çınqıl və daş parçalarından ibarət müvəqqəti 
coşqun palçıq axını. 
Seysmik - partlayış dalğası
- nüvə partlayışı nəticəsində torpaqda (yerin səthində 
və tərkində) yaranan titrəyiş dalğasına deyilir. 
Subasma zonası
- təbii fəlakət, yaxud müəyyən digər səbəblərdən hidrotexniki 
qurğuların zədələnməsi və ya dağılması nəticəsində su basmış ərazi sahəsi. 
Texnoloji fəlakət
- istehsalatda texnoloji prosesin pozulması nəticəsində qəflətən 
baş verib adamların məhvinə, maddi sərvətlərə və ətraf təbii mühitə xeyli zərər 
dəyməsinə səbəb olan fəlakətə deyilir. 
Texnosfera
- əvvəllər biosferanın bir regionu, olmuş, sonralar isə özlərinin maddi 
və sosial-iqtisadi tələbatlarının daha yaxşı ödənilməsi üçün insanlar tərəfindən 
texniki vasitələrin birbaşa və ya dolayı təsiri ilə başqa şəklə salınmış sahə. 


Təbii fəlakət
- təhlükəli kortəbii, yaxud təbii-antropogen xarakterli hadisə 
nəticəsində hər hansı bir regionda adi həyat şəraitinin və təsərrüfat fəaliyyətinin 
sürətlə pozulması və xeyli sosial və iqtisadi ziyan (insan tələfatı da daxil olmaqla) 
törəməsi halları. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə