MühaziRƏ 2 DƏNİz neft-qaz məDƏn hidrotexniKİ qurğularinin metal konstruksiyalarinin korroziyasi plan



Yüklə 1,33 Mb.
səhifə1/5
tarix22.02.2023
ölçüsü1,33 Mb.
#101289
  1   2   3   4   5
Korroziya 2


MÜHAZİRƏ 2
DƏNİZ NEFT-QAZ MƏDƏN HİDROTEXNİKİ QURĞULARININ METAL KONSTRUKSİYALARININ KORROZİYASI
Plan:

  1. Ümumi məlumat

  2. Korroziya prosesinə təsir edən amillər

  3. DNQHTQ-də ölçüsündən asılı olaraq dəniz korroziyasının zonaları

  4. Korroziyadan mühafizə sistemləri

Aqressiv dəniz mühitində metalların korroziya nəzəriyyəsi xüsusi yer tutur. Bu problemin araşdırılması dəniz neft-qaz mədən hidrotexniki qurğularının layihələndirilməsində qarşıya çıxan sualların elmi və təcrübi həllərinin düzgün tapılması olduqca vacibdir.
Dəniz konstruksiyalarının korroziyası, neft çənlərinin və digər neft sənaye obyektlərinin tamamilə dağılaraq sıradan çıxması kimi ağır iqtisadi nəticələrə gətirib çıxarır. Buna görə də, korroziyadan dağılma problemi xüsusilə də müxtəlif amillərin təsirindən asılı olaraq korroziyanın həcminin, daha çox zədələnmiş sahələrinin təyini və korroziyaya davamlı materialların seçilməsi, dəniz mühitində metalların korroziyadan mühafizə üsullarının təyini böyük iqtisadi və inşaat əhəmiyyəti kəsb edir.

Şəkil 1. Dəniz neft-qaz mədən hidrotexniki qurğusu
Dəniz neft-qaz mədən hidrotexniki qurğularının tikintisinə, istismarına, iş şəraitinə görə korroziya əleyhinə tədbirlərin icrası müxtəlif olub, bir-birindən fərqlənir. Dəniz neft sənayesi qurğularının mürəkkəb korroziya prosesini araşdırırkən nəzərə almaq lazımdır ki, bu hidrotexniki qurğular olduqca aqressiv mühitdə istismar olunaraq atmosfer və dəniz suyu korroziyasına məruz qalır (Şəkil 2). Qurğunun dənizə salınma vəziyyətindən (tam, yarı) asılı olaraq korroziya müxtəlif ölçü və şəraitdə gedir. Dəniz mühitində dalğa, lay (dib qruntundan) korroziyasına rast gəlinir.

Şəkil 2. Atmosfer korroziyası
Beləliklə, demək olar ki, dəniz neft-qaz mədən hidrotexniki qurğuları istismar şəraitində müxtəlif növlü korroziya dağılmalarına məruz qalırlar.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə