MühaziRƏ 2 DƏNİz neft-qaz məDƏn hidrotexniKİ qurğularinin metal konstruksiyalarinin korroziyasi plan


Şəkil 3. Korroziyaya uğramiş dəniz neft-qaz mədən hidrotexniki qurğu



Yüklə 1,33 Mb.
səhifə2/5
tarix22.02.2023
ölçüsü1,33 Mb.
#101289
1   2   3   4   5
Korroziya 2

Şəkil 3. Korroziyaya uğramiş dəniz neft-qaz mədən hidrotexniki qurğu
Elə amillər var ki, korroziya prosesinin sürətinə çox ciddi təsir edir. Həmin amillərin təsir gücü və mexanizmi isə ekoloji şəraitdən asılı olaraq müxtəlif olur. Odur ki, amilləri sistemləşdirmədən korroziya prosesi kimi çoxcəhətli və mürəkkəb prosesi aydınlaşdırma çətindir. Bu amillərə ilk növbədə aşağıdakılar aiddir;
Xarici amillər – havanın temperaturu, hakim külləklərin istiqaməti və sürəti, dəniz suyunun kimyəvi tərkibi, yağıntının miqdarı, havanin nisbi rütubəti, korroziyaya uğrayan səthin yerləşmə vəziyyəti və s.
Daxili amillər – metalın kimyəvi tərkibi, qaynaq tikişlərinin keyfiyyəti və s.
Korroziyaya təsir edən xarici və daxili amillər.
Xarici amillər. məlumdur ki, metallar ən çox elektrokimyəvi proses nəticəsində dağılır. Ona görə də, elektrolitlərdən o cümlədən, suyun xassələrindən asılı olan xarici amillər bu prosesdə əsas rol oynayır.
Dəniz suyunda (neytral elektrolitlərdə) poladın korroziyası əsasən oksigen depolyarizasiyası ilə gedir. Bundan başqda şirin sulardan fərqli olaraq dəniz suyunda Cl və SO4 ionlarının qatılığının yüksək olması metalın mühafizə örtüyünü dağıdır və korroziyanın sürətini artırır. Lakin, duzların qatılığının artması oksigenin həllolma miqdarını azaldır ki, bu da korroziyanın sürətinin zəifləməsinə səbəb olur.
Digər tərəfdən isə elektrolitlərin qatılığı artdıqda duzların miqdarı çoxalır məhlulun elektrik keçiriciliyi artır və korroziyanın sürəti yüksəlir. Şirin sudan fərqli olaraq dəniz suyunda karbon qazının suda həll olması məhlulun turşuluğunu artırır və korroziyanı sürətləndirir.
Korroziya sürətinin güclənməsinə mayenin axma sürətinin təsiri olduqca böyükdür. Istər dəniz suyunda, istərsədə şirin sularda korroziya prosesi oksigenin depolyarizasiyası ilə gedir. Lakin, dəniz suyunda bu daha sürətli olur. Bu ondan irəli gəlir ki, dəniz suyundakı xlor ionunun iştirakı metal səthinin oksigenli passivləşməsinə mane olur, mayenin axma sürəti artdıqca metalın səthində oksigenli passivləşmə azalır və beləliklə, də poladın korroziyası fasiləsiz olaraq güclənir. Digər tərəfdən metal oksidləşərkən, ilk anda əmələ gələn Fe2O3 pərdəsi dayanıqsız olduğundan səthdə çox qala bilmir. Bu da korroziyanı sürətləndirir.
Korroziya prosesində temperatur bir xarici amil kimi güclü təsirə malikdir. Belə ki, temperaturun artması bir qayda olaraq kimyəvi reaksiyanı sürətləndirir. Suyun temperaturunun artması da kimyəvi reaksiyanı sürətləndirir. Suyun temperaturunun 25-300 C artması isə korroziyanın sürətini iki dəfə çoxaldır.
Korroziya prosesini sürətləndirən amillərdən biri də suda olan oksigendir. Bu element korroziya prosesində iki rol oynayır. Bir tərəfdən depolyarizator kimi korroziya prosesini sürətləndirir, digər tərəfdən isə mühafizə örtüyü kimi əmələ gətirərək korroziya prosesini zəiflədir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə