MühaziRƏ 2 DƏNİz neft-qaz məDƏn hidrotexniKİ qurğularinin metal konstruksiyalarinin korroziyasi plan



Yüklə 1,33 Mb.
səhifə5/5
tarix22.02.2023
ölçüsü1,33 Mb.
#101289
1   2   3   4   5
Korroziya 2

Korroziyadan mühafizə sistemləri. Dəniz hidrotexniki qurğularının korroziyadan mühafızə sistemləri arasında ən çox effektivli elektrokimyəvi mühafızə sistemidir. Bu mühafızə sistemi korroziyanın sürətini azaldır və ya tam saxlayır. Elektrokimyəvi mühafızə zamanı iki tip mühafızə sistemindən istifadə edilir:
- xarici elektrik mənbəyi olan katod stansiyası və mühafızənin anod qurğusundan istifadə etməklə;
- protektor qurğusundan istifadə etməklə.
Hal-hazırda Xəzər dənizində quraşdırılmış hidrotexniki qurğuların sualtı hissələri korroziyadan elektrokimyəvi üsulla alüminium və ya maqnezium əsaslı ərintilərdən tökülmüş protektorlardan istifadə edərək mühafızə olunur. Dənizdə hidrotexniki qurğuların sualtı hissələrinin protektor mühafızəsinin mahiyyəti mühafızə olunacaq qurğunun katod polyarizasiyasına uğradılmasından ibarətdir. Buna görə qurğuya dəniz suyunda elektrod potensialı, onun elektrod potensialından daha mənfı olan metal-protektor birləşdirilərək qalvanik cüt əmələ gətirilir. Dəniz suyunda protektor-polad qurğu qalvanik cütü arasında əmələ gələn potensiallar fərqinə əsasən sabit elektrik cərəyanı əmələ gələrək axır və mühafızə olunan qurğunun səthi katod polyarizasiyasına uğrayır. Protektor isə bu cütün anod elementi olub, onun dövrəsindən axan sabit elektrik cərəyanına uyğun sürətlə əriyir və anod polyarizasiyasına uğrayır. Protektor mühafizəsində mühafizə olunacaq konstruksiya daha elektromənfi potensiala malik olan metala-protektora birləşdirilir. Polad və çuqun üçün Mg, Zn və ya tərkibində 9% Al və 10% Zn olan protektorlardan istifadə olunur.

Şəkil 7. Katod mühafizə
Qazın nəql xətlərində korroziyadan mühafizə tədbirləri. Magistral qaz kəmərlərini korroziyadan mühafizəsi aktiv və passiv üsulla yerinə yetirilir. Aktiv mühafizə üsuluna katod, protektor və drenaj üsullarını göstərmək olar. Passiv mühafizə üsulunda boru kəmərlərinin korroziyadan qoruyucu örtüklər vasitəsi ilə mühafizəsidir.
Drenaj mühafizə üsulu qaz kəmərlərinin elektrik stansiyaları, dəmir yolu yaxınlığında salınması zamanı onu azmış cərəyanlardan qorumaq üçün istifadə olunur. Qoruyucu örtüklər kimi epoksid, polietilen, polipropilen örtüklərdən istifadə olunur. Epoksid örtüklər ABŞ, Kanada və s. ölkələrdə geniş yayılıb. Avropa ölkələrində isə əsasən polietilen və polipropilen örtüklərdən istifadə olunur.
Ədəbiyyatlar

  1. “Neft-qaz qurğularının korroziyadan mühafizə üsulları” Z.S.Musayev, K.M.Məmmədov, V.V.Məmmədova, A.Ə.Mürsəlov, Bakı 2011, səh. 164.

  2. Ağa Axundovun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans mateiallar;


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə