MühaziRƏ 2 DƏNİz neft-qaz məDƏn hidrotexniKİ qurğularinin metal konstruksiyalarinin korroziyasi plan



Yüklə 1,33 Mb.
səhifə4/5
tarix22.02.2023
ölçüsü1,33 Mb.
#101289
1   2   3   4   5
Korroziya 2

Şəkil 4.
Qeyd etmək lazımdır ki, xüsusi hallarda bu yüklər dinamiki xarakter daşıyır. Dinamiki təsir nəticəsində metal dayaqlarda dəyişən gərginlik yaranır. Korroziyalı mühit və dəyişən gərginlik metalda “korroziyalı zəif” hal yaradır. Bu halda metalın və poladın dağılması normal şəraitdə olan dağılmaya nisbətən daha az gərginlikdə baş verir. Deməli, istismar yükü təsirinə məruz qalan hidrotexniki qurğular, daha ağır, aqressiv korroziya şəraitində olurlar və periodik islanma zonasına aid olan qurğunun metal səthləri, polad hissələri xüsusi diqqət tələb edir.
Korroziyanın geniş yayıldığı sahələr dəniz sakit səth səviyyəsindən 0,5-1 m hündürlükdə göstərilir (Şəkil 5.). Dəniz xeyli dərin akvatoriyalarında isə korroziyanın yayılma hündürlüyü 2,5-3 m olur. Korroziyanın maksimal yayılma ərazisinin sərhəddini müəyyənləşdirmək üçün dəniz neft sənaye qurğularının tikiləcəyi akvatoriyanın dalğa rejimini də bilmək vacibdir.
Ikinci zona korroziya baxımından qismən az təhlükəli hissə qurğunun daima dəniz suyunda qalan zonasıdır. Bu zonada korroziyanın sürəti ilkin perioda 0,10-0,15 mm/il, sonra tədricən azalaraq 0,06-0,08 mm/il-ə çatır. Lakin, bu zonada mərkəzləşdirilmiş korroziya zədələrinə rast gəlinir. Təbii şəraitdə qurğularda aparılan müşahidələr göstərir ki, sualtı hissədə yerli korroziyanın sürəti bəzən 1 mm/il-ə çatır. Yerli korroziya ocaqlarının yaranması dəniz canlılarının və bitkilərinin hesabına bioloji örtüyün əmələ gəlməsi hesabınadır. Ikinci zonada dayaqlar, estakadaların eninə və uzununa bağlar yerləşir.

Şəkil. 5 Müxtəli zonalar üzrə korroziyanın paylanması
Dəniz atmosferi adlanan üçüncü zona hidrotexniki qurğuların su üstü hissəsi – fermalar, qəfəsli-aşırımlı konstruksiyalar yerləşir. Bu zonada həmçinin, dəniz neft-qaz sənayesinə xidmət edən obyektlər, neftin, qazın, digər neft məhsullarının saxlanması (Şəkil 6.) və nəqli üçün qurğular, çənlər parkı, yanalma qurğuları və s. yerləşir.

Şəkil 6. Mədən avadanlıqları
Atmosfer korroziyası dəniz səviyyəsindən 3-4 m yüksəklikdə olur. Korroziyaının sürətinin əsas amili sular, nəm örtüyün tərkibində olan əriyən duzlar və onun qurumasıdır. Nəm örtüyündə duzların olması dəniz şəraiti üçün xarakterikdir. Bu duzlar poladın səthinin passivliyini tormozlayaraq, korroziyanın sürətini artırır. Atmosfer korroziyasının ölçüləri bir çox amillərdən asılıdır. Ən çox təsir göstərən amil havada olan qaz qarışığıdır ki, sulu örtükdə həll olaraq turşu məhlulları yaradır.
Quru hava korroziya yaratmır. Korroziya rütubətli nəm havada yaranır. Gözə çarpan aşkar korroziya havanın nəmliyi böhran həddə çatanda, yəni havanın rütubəti 80-90% olduqda başlayır.
Dördüncü ən az təhlükəli zona dənizin dib qruntudur, burada dəniz hidrotexniki qurğularının dayaqları bərkidilir. Bu zonada həmçinin su altı çəkilmiş neft və qaz boru kəmərləri də dib qruntu ilə təmasda olur. Bu zonada korroziyanın sürəti qruntun növündən, dənizin dərinliyindən və digər amillərdən asılıdır.
Müasir dövürdə neft və neft məhsullarının nəqlində istifadə edilən boru kəmərlərinin korroziyası xüsusilə də, qrunt və ya su mühitində öz həllini tələb edən aktual problemlərdəndir. Ətraf mühit şəraitindən və iqlim dəyişikliyindən asılı olaraq, təbii qaz, xam neft və neft məhsullarının nəqlini həyata keçirən minlərlə kilometr boru kəmərlərində və yeraltı anbarların səthində çoxlu sayda korroziya sahələri yaranır. Fiziki və mexaniki xüsusiyyətlərinə və ucuz qiymətinə görə nəql boru kəmərləri üçün istifadə olunan əsas metal poladdır. Polad ətraf mühit şərtləri və neft kəmərinin xarici korroziyasında çox həssasdır. Bununla yanaşı poladdan hazırlanmış boru kəmərlərinin korroziya sürətinə təsir edən digər faktorlar məsələn, içindən keçən neftin tərkibi, rütubət, temperatur, pH və torpaq növüdür.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə