MühaziRƏ 2 DƏNİz neft-qaz məDƏn hidrotexniKİ qurğularinin metal konstruksiyalarinin korroziyasi plan



Yüklə 1,33 Mb.
səhifə3/5
tarix22.02.2023
ölçüsü1,33 Mb.
#101289
1   2   3   4   5
Korroziya 2

Daxili amillər. Metalların elektrokimyəvi korroziya prosesinin sürəti və xarakteri eyni vaxtda təsir edən bir çox daxili amillərdə də asılıdır. Daxili amillərə metalın təbiəti, quruluşu, səthinin vəziyyəti və bu səthdə əmələ gələn ilkin örtüklər (təbəqələr), adsorbsiya olunmuş maddələr, mexaniki deformasiya və metalın gərginliyi aiddir.
Termodinamiki cəhətdən dayanıqlı olan metallar korroziyaya məruz qalmır. Metalların korroziyaya qarşı davamlı olmasında səthinin vəziyyətinin işlənməsinin də böyük əhəmiyyəti vardır. Metalların səthinin yaxşı hamarlanması və pardaxlanması korroziyaya qarşı davamlılığını artırır. Belə ki, səthləri müxtəlif üsullarla işlənmiş polad nümunələri uzun müddət neytral elektrolit məhlullarında qaldıqda belə korroziayaya çox az uğrayır. Səth nə qədər hamar cilalansa da səthə yenə də su buxarı hopur və metal atmosfer korroziyasına uğrayır. Səth kələ-kötür olduqda isə su buxarı orada mayeləşərək atmosferdən olan qarışıqları özündə həll etməklə elektrolit məhlulu təbəqəsi əmələ gətirir ki, bu da prosesi daha da sürətləndirir.
Metal üzərində qoruyucu pərdə bütöv olmadıqda korroziya gedə bilər. Bu xüsusi ilə elektrolit məhlullarında daha təhlükəli hesab olunur. Çünki, metalın açıq səthi oksid pərdəsi ilə qalvanik element əmələ gətirərək korroziya prosesinin müəyyən qədər intensivləşməsinə səbəb olur.
Daxili gərilmə və xarici qüvvənin təsirindən deformasiyaya uğrayan metallar materialın kimyəvi dağılmasını sürətləndirir. Daxili gərilmə çox zaman kristallararası korroziya yaradır.
Metalların tərkibində başqa qarışıqlar olduqda, o korroziyaya daha tez uğrayır. Bu onunla izah olunur ki, qarışıq metallarda korroziyaya uğrayan metal səthin əsas hissəsi aktiv anod, kiçik səthli qarışıqlar isə katod rolunu oynayır.
DNQHTQ-nın istismarından və korroziyanın yüksəklikdə olan hissələrdə ölçüsündən asılı olaraq paylanmasına görə dəniz korroziyasını dörd əsas zonaya bölürlər:
Intensiv dağılmaya məruz qalan ən təhlükəli hissə dənizin üzən səthindən bir qədər yüksəklikdə olan, qurğunun periodik olaraq dəniz suyu ilə islanan hissəsidir. Bu hissə periodik islanma zonası adlanır. Burda korriziyanın orta sürəti 0,4-0,6 mm/il-dir. Bu zonada metalın yüksək korroziya meyilliyi daimi oksigen axınınından onun səthində yaranan nəm örtüyünün mütəmadi yenilənməsi ilə izah olunur. Dalğanın islatması ilə yaranan nəm örtüyünün havanın yüksək temperaturlarında buxarlanma sürəti də böyük əhəmiyyət kəsb edir. Nəmin tez quruması təkcə diffuziyanın deyil, konveksiyanın da hesabına metalın səthinə oksigen axını üçün şərait yaradır.
Dəniz suyunda yaranan nəm örtüyündə həll olan duzların olması onun elektrik keçiriciliyini artırır. Metal və polad səthlərin periodik islanmasından yaranan müəyyən qalınlıqlı daimi nəm örtük ilin soyuq fəsillərində buxarlanmır və səthə hava axının intensiv müdaxiləsinə mane olaraq, müəyyən dərəcədə korroziyanın sürətini azaldır. Ilin isti fəsillərində yüksək temperaturda buxarlanma nəzərə çarpacaq dərəcədə artır. Bu qurğunun polad metal səhtlərinə oksigen axını üçün yaxşı şərait yaradır. Nəticədə, hidrotexniki qurğunun periodik olaraq dəniz suyu ilə islanan polad və metal hissələri ilin isti fəsillərində korroziyaya, soyuq fəsillərinə nisbətən daha çox məruz qalır.
Korroziyanın sürətinə periodik islanan zonada korroziya məhsulu örtüyü də təsir göstərir. Maraqlıdır ki, daimi günəş altında olan polad svayların səthi, kölgədə qalan svayların səthinə nisbətən daha çox korroziyaya məruz qalır.
Dəniz suyunun periodik islatmasında dağılma fərdi əsasların və estakadaların dayaqları, həmçinin estakada dayaqlarının uzununa və eninə bağları, fərdi əsasların qaynaq tikişləri və çəp dayaqları məruz qalır (Şəkil 4.). Konstruksiyanın bu elementləri əsas yükdaşıyıcı elementləri olduğundan daimi istismar yüklərinin və avadanlıqların ağırlığına məruz qalırlar. Istismar dövründə fərdi əsasların və estakadaların svay dayaqları şaquli və üfüqi qüvvələrin əsaslı təsirinə məruz qalır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə