Məsələ №1. İnfeksion şöbəyə 8 yaşlı uşaq daxil olmuşdur. Vəziyyəti ağırdır, bədən temperaturu 39ºC-yə qədər yüksəlmiş, baş ağrıları, qusma



Yüklə 10,51 Kb.
tarix26.03.2018
ölçüsü10,51 Kb.
#34003

Məsələ №1.

İnfeksion şöbəyə 8 yaşlı uşaq daxil olmuşdur. Vəziyyəti ağırdır, bədən temperaturu 39ºC-yə qədər yüksəlmiş, baş ağrıları, qusma, aşkar meningial sindrom qeyd olunur. Həkim epidemik meningitdən şübhələnmiş və xəstəni mikrobioloji müayinəyə göndərmişdir.



Suallar:

  1. Mikrobioloji müayinə üçün hansı material və necə götürülməlidir?

  2. Xəstəliyi əsasən hansı mikroorqanizmlər törədir?

  3. Hansı mikrobioloji müayinə metodu ilə diaqnozu təsdiq etmək olar?


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meningitlərin diaqnostika və müalicəsi üzrə kliniki protokol”, Bakı 2009, 40 s.
Məsələ №2.

Stasionara 55 yaşlı şəxs temperaturun qəfil 39ºC-ə qədər qalxması, titrətmə, bel nahiyəsində əmələ gələn və qarının ön-yan şöbələrinə yayılan ağrılar, tez-tez və çoxlu miqdarda sidik ifrazı şikayətləri ilə daxil olmuşdur. Qanın ümumi analizi: leykositlər- 16x 109 q/l, EÇS 28 mm/s. Sidiyin ümumi analizi: zülal, irin, bakteriyalar 4+, leykositlər - görmə sahəsində 8-10. Xəstəyə ilkin olaraq “kəskin pielonefrit” diaqnozu qoyulmuş və diaqnozu təsdiq etmək üçün mikrobioloji müayinə aparmaq qərarına gəlinmişdir.



Suallar:

  1. Mikrobioloji müayinə üçün hansı material və necə götürülməlidir?

  2. Xəstəliyi əsasən hansı mikroorqanizmlər törədir?

  3. Hansı mikrobioloji müayinə metodu ilə diaqnozu təsdiq etmək olar?


Ədəbiyyat: А.Н.Маянский «Микробиология для врачей» (Очерки патогенетической микробиологии). Нижегород.гос.мед.акад. , 1999, 392 с.
Məsələ №3.

Dəri-zöhrəvi dispanserindən konsultasiya üçün vərəm dispanserinə 57 yaşlı xəstə göndərilmişdir. Baxış zamanı xəstənin sarğı nahiyəsində 4x6 sm ölçüdə, papillomalı çıxıntılara malik, “gül kələmini” xatırladan və səthi buynuz təbəqə ilə örtülmüş qırmızımtıl rəngdə ocaq aşkar edilmişdir. Xəstə təxminən 2 ildir ki, xəstəlikdən əziyyət çəkdiyini qeyd edir və xəstəliyin başlanmasını bədəninə tikan batması nəticəsində dərisinin zədələnməsi ilə əlaqələndirir. Zədə yerində təxminən 2 aydan sonra qırmızımtıl, ağrısız papula əmələ gəlmişdir ki, onun da ölçüləri tədricən böyümüşdür. Xəstə qızdırmanı, arıqlamanı inkar edir.



İlkin olaraq “xromomikoz” diaqnozu qoyulmuş və mikrobioloji müayinənin aparılması qərarına gəlinmişdir.

Suallar:

  1. Mikrobioloji müayinə üçün hansı material və necə götürülməlidir?

  2. Xəstəliyi əsasən hansı mikroorqanizmlərtörədir?

  3. Hansı mikrobioloji müayinə metodu ilə diaqnozu təsdiq etmək olar?


Ədəbiyyat: А.Н.Маянский «Микробиология для врачей» (Очерки патогенетической микробиологии). Нижегород.гос.мед.акад. , 1999, 392 с.
Yüklə 10,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə