Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Fəlakətli subasma zonası
- subasma nəticəsində əhali arasında xeyli tələfat baş 
verən, obyektlər, avadanlıq və digər maddi sərvətlər məhv olan və ya sıradan 
çıxan, habelə ətraf təbii mühitə ziyan dəyən əraziyə deyilir. 
Fırtına
- təhlükəli kortəbii meteoroloji hadisələrdən biri, sürəti saniyədə 21-24 m 
(gücü Bafort şkalası üzrə 9 baldan artıq) olan və adətən qəflətən başlayan şiddətli 
küləyə deyilir. 
Fövqəladə hadisə /hal/
- qəzalar, texnogen, təbii və ya digər fəlakətlər, epidemiya, 
epizootiya, epifitotiya, habelə müasir qırğın vasitələri işlədilməsi nəticəsində 
müəyyən ərazidə insan tələfatına, xeyli maddi itkilərə, ətraf mühitə zərər 
dəyməsinə səbəb olan, yaxud ola biləcək və əhalinin normal həyat fəaliyyətini 
pozan hadisələrə deyilir. 
Fövqəladə hadisə baş verməsi təhlükəsi (FH riski)
- fövqəladə hadisənin baş 
verməsi ehtimalına deyilir. Bu ehtimal təhlükəsinin (riskin) müvafiq göstəriciləri 
əsasında müəyyən edilir. 


Fövqəladə hallar zonası
- Fövqəladə hadisə baş vermiş və ya belə hadisə 
nəticələrinin digər rayonlardan keçməsi nəticəsində insanlar, kənd təsərrüfatı 
heyvanları və bitkiləri məhv olmuş və ya ola biləcək, habelə təsərrüfat obyektləri 
və ətraf təbii mühit üçün təhlükə yaranan ərazi (su sahəsi). 
Fövqəladə vəziyyət
- fövqəladə hadisə və hallar zamanı əhalinin təhlükəsizliyini 
təmin etmək məqsədilə respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən 
ərazidə, yaxud rayonda qoyulan müvəqqəti hüquqi dövlət idarəetmə rejimidir. 
Adətən hərbi-siyasi hadisələrlə əlaqədar elan edilir. 
Güclü təsirli zəhərli maddələr (GTZM)
- havadakı miqdarı (konsentrasiyası) 
yolverilən həddən artıq olarkən insanlara, heyvanlara və bitkilərə müxtəlif 
dərəcədə zərərli təsir göstərə bilən kimyəvi birləşmələrə deyilir. 
Son zamanlar güclü təsirli zəhərli maddələr “Qəza təhlükəli kimyəvi maddə” 
adlandırılır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə