Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Atom bombası
- atom atımına malik aviasiya bombasıdır, nüvə döyüş sursatı 
növüdür (dəqiq adı nüvə bombasıdır). 
Aviasiya bombası /AB/
- yerüstü və dəniz hədəflərinə zərbə endirmək üçün təyyarə 
və digər uçuş aparatlarından atılan döyüş sursatı növü; içərisində partlayıcı maddə 
və ya pirotexniki tərkib yerləşən gövdədən, sabitləşdirici, partladıcı 
mexanizmlərdən, ballistik halqalardan, asqı tərtibatından ibarətdir. 
Bakterial vasitə
- qorxulu yoluxucu xəstəliklər törədici mikroorqanizmlərə deyilir. 
Bakterioloji (bioloji) yoluxma zonası
- ərazisində insanlar, kənd təsərrüfatı 
heyvanları və bitkiləri üçün təhlükəli olan potagen bioloji (bakterial) vasitələr 
yayılmış və ya düşmüş sahələr. 
Bakterioloji (bioloji) silah
- kütləvi qırğın silahlarının bir növü, bakterial 
vasitələrdən və onları tətbiq etmək üçün istifadə olunan döyüş sursatları, cihaz və 
tərtibatlardan ibarət silahdır. 
Daşqın
- qarın sürətlə əriməsi, leysan yağışları, çay məcrasının buz qalaqları ilə 
tutulması, habelə digər hallarda çayda, dənizdə su səviyyəsinin xeyli yüksəlməsi 
nəticəsində suyun geniş quru ərazi sahələrini basması. Daşqın adətən mövsümü və 
müvəqqəti xarakter daşıyır. 
Diyircəkli aviasiya bombası
- zədələyici ünsürü polad, yaxud plastik kütlə 
diyircəklərdən ibarət, qəlpələnən aviasiya bombası növüdür. 


Ehtimal olunan fəlakətli subasma zonası
- insanların, kənd təsərrüfatı heyvanları 
və bitkilərinin kütləvi surətdə tələfatı, binaların və qurğuların, digər maddi 
sərvətlərin xeyli dərəcədə zədələnəcəyi və məhv olacağı, eləcə də ətraf mühitə 
ciddi zərər dəyəcəyi gözlənilən və ya güman edilən subasma zonasına deyilir. 
Ehtimal olunan subasma zonası
- təbii fəlakət, yaxud müəyyən digər səbəblərdən 
hidrotexniki qurğuların zədələnməsi və ya dağıdılması nəticəsində su basacağı 
güman edilən ərazi sahəsi. 
Ekologiya
- insanların yaşayış mühiti barədə, o cümlədən yaşayış mühitinə və 
bioloji sistemlərə təbii amillərin və cəmiyyətin təsərrüfat fəaliyyətinin nəticələrinin 
təsiri haqqında elmdir. 
Ekoloji fəlakət
- təbii fəlakət nəticəsində və ya təbiətdə mövcud olan proses və 
sistemlərə antropogen (insan amili) təsir sayəsində müəyyən ərazidəki 
(akvatoriyada) ətraf təbii mühitdə dönməz dəyişikliklər baş verməsi və bunların 
nəticəsində insanın normal həyat fəaliyyətinin pozulmasına, onların sağlamlığının 
pisləşməsinə, təsərrüfatlara zərər dəyməsinə, yaxud təbiətdə tarazlığın, təbii ekoloji 
sistemlərin pozulmasına, heyvanat və bitki aləmlərinin tənəzzülünə səbəb olan 
qeyri-normal vəziyyət yaranması. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə