Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

İonlaşdırıcı şüalanma
- ətraf mühitə təsir göstərərək neytral atom və 
molekullardan ionlar törədən şüalanmalara deyilir; ionlaşdırma sayəsində canlı 
orqanizm hüceyrələrinin bioloji strukturunda zərərli kimyəvi reaksiyalara, şüa 
xəstəliyinə səbəb ola bilən elektrik yüklü və yüksüz hissəciklərdən, o cümlədən də 
fotonlardan ibarətdir. 
Kimyəvi qəza
- təhlükəli kimyəvi maddələrin texnoloji avadanlıqlardan və ya 
zədələnmiş tutumlardan kənara sızması, yaxud atılması ilə müşayiət olunan
insanların, kənd təsərrüfatı heyvanları və bitkilərinin məhvinə, ya da 
zəhərlənməsinə və ya ətraf təbii mühitin insanlar, heyvanlar və bitkilər üçün 
qorxulu konsentrasiyada zəhərli kimyəvi maddələrlə çirklənməsinə səbəb ola bilən 
qəza. 
Kimyəvi təhlükəli obyekt 
- qəza nəticəsində və ya obyektin dağılması zamanı 
insanların, kənd təsərrüfatı heyvanları və bitkilərinin zədələnməsi, yaxud ətraf təbii 
mühitin adi səviyyədən yüksək konsentrasiyada, yaxud miqdarda təhlükəli kimyəvi 
maddələrlə zəhərlənməsi baş verə biləcək obyektə deyilir. 
Kimyəvi silah
- təsiri kimyəvi zəhərləyici maddələrin zədələyici xassələrinə 
əsaslanan kütləvi qırğın silahıdır. 


Kimyəvi şərait
- kimyəvi zəhərlənmə nəticəsində yaranmış vəziyyətə və əhalinin 
normal fəaliyyətinə təsir göstərən amillərə deyilir. 
Kimyəvi zəhərlənmə
- təhlükəli kimyəvi maddələrin ətraf təbii mühitə insanlar
kənd təsərrüfatı heyvanları və bitkiləri üçün müəyyən müddət ərzində qorxu 
törədən konsentrasiyada və ya miqdarda yayılmasına deyilir. 
Kimyəvi zəhərlənmə zonası
- üzərində insanlar, kənd təsərrüfatı heyvanları və 
bitkiləri üçün müəyyən müddət ərzində qorxu törədən konsentrasiyada və ya 
miqdarda təhlükəli kimyəvi maddələr yayılmış əraziyə deyilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə