Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Yandırıcı silahların insanlara təsiri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Yandırıcı silahların insanlara təsiri 
istilik enerjisindən, tüstüdən və yanma 
zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir. 
İnsanlara təsir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. O 
yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir. 
Birinci 30-60 saniyə müddətində insanlar şok vəziyyətinə düşürlər. 
Bunlardan əlavə napalmın təsirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ 
ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir. 
Yandırıcı silahlardan (maddələrdən) mühafizə
olunmaq üçün odadavamlı 
binalardan, qurğulardan, nəqliyyat vasitələrindən və başqa örtülü yerlərdən istifadə 
etmək lazımdır. Bunlardan əlavə fərdi mühafizə vasitələrindən də istifadə etmək 
olar. 
Şüa silahı 
- zərbə təsiri elektromaqnit enerjisinin iti istiqamətləndirilmiş şüaların 
və ya böyük sürətlə qovulmuş elementar hissəciklərinin cəmlənmiş dəstəsinin 
istifadə edilməsinə əsaslanan qurğuların (generatorların) məcmusundan ibarətdir. 
Şüa silahının bir növü lazerlərin tətbiqinə əsaslanır, digər növləri dəstəvi 
(sürətləndirici) silahlardır. 
Lazerlər
elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılarından - 
“optik generatorlarından” ibarətdir. 
Bir sıra ölkələrlə lazerlərin şüa silahı kimi istifadə edilməsi sahəsində elmi işlər 
hələ 70-ci illərin ortalarından başlayaraq aparılır. Hazırda döyüş lazer 
komplekslərinin yaradılması real əsaslara malikdir. 
Lazer şüasının zərbə təsiri obyekt təşkil edən materialların yüksək temperaturlara 
qədər qızması onların əriməsi (hətta buxarlanması), həssas elementlərin 
zədələnməsi və insanın korlaşması, dərisində termik yanıqların baş verməsi ilə 
nəticələnir. 
Lazer şüasının təsiri onun görünməzliyi (od, tüstü, səs kimi xarici əlamətlərin 
olmaması), yüksək dəqiqliyi, düz xətt boyunca yayılması, praktiki olaraq ani təsir 
etməsi ilə fərqlənir. 


Şüa silahının bir növü də sürətləndirici silahdır. Sürətləndirici silahın zərbə amili 
yüksək sürətlərlə qovulmuş yüklü və ya neytral hissəciklərin (elektronların, 
protonların, hidrogenezin neytral atomlarının) enerjisi ilə doymuş dəqiq 
istiqamətli, cəmlənmiş dəstəsidir. 
Bu silahların zərbə obyekti ilk növbədə yerin süni peykləri, qitələr arası raketlər, 
müxtəlif tipli ballestik və qanadlı raketlər, həmçinin müxtəlif yerüstü silahlar və 
hərbi texnika olur. Göstərilən obyektlərin ən zəif elementi onların elektron 
avadanlığıdır. 
Sürətləndirici silah düşmənin canlı qüvvəsinə qarşı da işlədilə bilər. Amerika 
mənbələrinin məlumatlarına görə sürətləndirici silahla kosmosdan yer səthinin 
böyük sahələrini - yüz kvadrat kilometrlərlə intensiv şüalandırmaq imkanı da var 
ki, bu da orada yerləşən canlıların və digər bioloji obyektlərin kütləvi qırğınına 
səbəb olar. 
Yoxlama sualları: 
1.Bioloji silah nədir? 
2.Bioloji zədələnmə ocağı nədir? 
3.Adi qırğın silahlarının növləri hansılardır? 

Document Outline


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə