Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


C) Kürə formalı döyüş sursatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

C) Kürə formalı döyüş sursatı 
Kassetli döyüş sursatlarının içərisində kürə formalı bombalar yerləşdirilir. Kürə 
formalı bomba uzunluğu 35 sm, diametri 7,5 sm olan silindrik gövdədən ibarətdir. 
Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0,7-
1,0 q olan metal kürəciklər, kubiklər doldurulub. Partlayış zamanı kürəciklər 100 
m2 ətrafa yayılır və mühafizə olunmamış adamları zədələyir. 


Ç) Həcmli partlayış döyüş sursatlarında
200 kq-lıq kassetin içərisində 3 ədəd 40 
kq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın maye etilen oksidi 
yerləşdirilib. 
Konteynerlər bomba atıldıqdan sonra paraşüt vasitəsilə yerə enir, sonra yanacaq 
qarışığı havaya çilənir və aerozol buludu əmələ gəlir, onun diametri 15 m, 
hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra partladılır və 20-30 
kqQ/m
2
izafi təzyiq yaradır. 
Bu izafi təzyiq insanları məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını 
dağıdır. Rus ordusu 1999-cu ilin sentyabrında Dağıstanda gedən döyüşlərdə bu 
silahdan geniş istifadə etmişdir . 
D) Kumulyativ döyüş sursatı 
Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var Partlayış 
zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 ka/san sürətlə bir nöqtəyə yığışır 
və səthləri dağıdır. 
İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı 
400-600 mm zirehli səthləri dağıdır. Onun qəlpələri həmin səthin arxasında 
yerləşən adamları (tankın şəxsi heyətini) məhv edir. 
E) Beton (zireh) dağıdan döyüş sursatları 
Beton (zireh) dağıdan bombalar, onların zədələyici elementləri möhkəm və ağır 
qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Beton (zireh) səthə dəydikdə bombanın 
gövdəsi xaricdə qalır, özək isə betona (zirehə) keçərək onu dağıdır. İnsanları 
zədələyir, texniki vasitələri isə sıradan çıxarır. 
Bu döyüş sursatları aerodromun uçuş zolaqlarını və təyyarə anqarlarını dağıtmaq 
üçündür. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə