Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Ə) Yandırıcı silahlar 
Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. Yandırıcı silahların 
əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir. 
Yandırıcı maddələrin növləri: 
1. Neft məhsulları əsaslı yandırıcı maddələr (Napalmlar) 
2. Metallar əlavə edilmiş yandırıcı maddələr (Pirogellər) 


3. Termit və termit əsaslı yandırıcı maddələr 
4. Adi və plastik fosfor 
5. Qələvi metallar (natrium və kalsium) 
6. Öz-özünə alışan trietilen alüminium. 
Ən çox yayılmış yandırıcı maddələrdən neftəsaslı yandırıcı maddələrdən (napalm). 
Napalm 90-70% benzindən və 3-10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, 
polmetin və oleyn turşularının alüminium duzlardan ibarətdir. Napalm sözü naften 
və polmetin sözlərinin ilk iki hərfindən alınmışdır. Yandırıcı maddələrin açıq 
havada öz-özünə alışması üçün onlara natrium, maqnium və yaxud fosfor əlavə 
olunur. 
Pirogellər neft əsaslı yandırıcı maddələrə (napalma) maqnium, alüminium tozlarını 
və yaxud yonqarlarını, kömür tozu, asfalt və s. maddələr əlavə olunmaqla alınır. 
Onun yanma hərarəti 1600oS-yə bərabərdir. 
Pirogellər başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1-3 dəqiqə 
ərzində yanırlar, insanların dərisinə və paltarına düşdükdə dərin yanıqlar əmələ 
gətirirlər. 
Napalm yandırıcı maddəsi nəm səthlərə yapışır və alışır. 1000-1200
0
S hərarətilə 5-
10 dəqiqə müddətində yanır. O, sudan yüngül olduğundan suyun üzündə üzür və 
yanğın ocağını söndürməyi çətinləşdirir, yüksək hərarətlə yanır, sıyıqlaşır və 
çatlardan (deşiklərdən) binaların, qurğuların, texniki vasitələrin içərisinə keçir. 
1 qr yanan maye mühafizə olunmamış dəriyə düşdükdə insan ağır xəsarət alır. 
Termit və termit əsaslı yandırıcı dəmir maddələr
dəmir oksidi ilə alüminium 
oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici 
(birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000
0
S-yə qədər qalxır. 
Bu temperaturda metallar əriyir, beton və kərpic isə çartlayır, dağılır. 
Ağ fosfor
- arı mumuna oxşar zəhərli maddədir. O, havada özü-özünə alışa bilər. 
Yandıqda ağ zəhərləyici tüstü buraxılır. Yanma hərarəti 900-1200
0
S olur. 
Fosfordan Napalm və Pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə 
olunur. 


Plastik fosfor
- ağ fosfor hissəciklərindən və plastik sintetik kauçuk kütləsindən 
ibarətdir. Tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır. 
Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş suratları hazırlanır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə