Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Dərini zədələyən ZM
- elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda 
bədənin dəri örtüyünü zədələyə bilərlər. 
Kimyəvi təmiz iprit - zəif gənəgərçək iyli şəffaf, yağlı, rəngsiz mayedir. Üzvi 
əridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif (10
0
S-də-0,07) 
həll olunur. 
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki 
məmulatlara asanlıqla hopur və onların uzun müddətli zəhərlənməsinə səbəb olur. 
Ərazi uzun müddət: yayda - 7 sutka, qışda bir neçə həftə zəhərli qalır. 


İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir). Qələvilərin 
təsirindən ipritin hidrolizi sürətlənir. 
Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir. 
İprit təmasda olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəri, 
mədə-bağırsaq sisteminə) təsir edir, bədənin zədələnmiş yerindən qana sorulması 
nəticəsində isə ümumzəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iptil 
damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə 
heç bir ağrı hissi törətmədən orqanizmdə tamamilə sorulur. İprit davamlı zəhərli 
maddədir. 
Boğucu təsirli ZM
- elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını 
zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmirlər. 
Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir. Son zamanlar 
fosgen güclü təsirli zəhərli maddələrə (GTZM) aid edilir. 
Fosgen - çürük ot iyi verən rəngsiz qazdır, havadan 3,5 dəfə ağırdır. 8,3
0
S-dən 
aşağı temperaturda rəngsiz mayeyə çevrilir. Özünün yüksək təzyiqi sayəsində 
fosgen aşağı temperaturlarda da sürətlə buxarlanır. Suda az - 0,9% həll olunur. 
Benzində, toluolda, ksilolda və sirkə turşusunda yaxşı həll olunur. 
Fosgen qaz halındakı və suda həll olunmuş ammonyakla tez reaksiyaya girərək 
zəhərsiz maddəyə çevrilir. 
Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir. 
Fosgen buxarları ilə nəfəs alarkən ağ ciyərlərin spesifik zəhərlənməsi baş verir. 
Bundan başqa o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə 
təsir etmir. 
Difosgen qaynama temperaturu 128
0
S olan mayedir, fosgenə nisbətən yavaş 
buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda ərazini açıq yerlərdə - 1 saata, meşəlik 
yerlərdə isə bir neçə saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman 
xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su hovuzlarını 
zəhərləmir. 
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O, davamsız zəhərləyici 
maddələrə aiddir. 


Qıcıqlandırıcı ZM (Sİ-ES) və adamsit aid edilir. 
Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur: üzvi əridicilərdə, xüsusən 
qızdırılarkən və asetonda yaxşı həll olunur. Yavaş buxarlanması və pis həll 
olunmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi 
maddələr onun suda hidrolizini sürətləndirir və nəticədə fenassazin oksidi yaranır. 
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq. və ya 0,28 mq/l 
konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül zəhərlənmə baş verir. 
Su-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir qədər, asetonda, 
dioksanda, metilxloriddə, etilasetatda, benzolda isə yaxşı həll olunur. Aerozol 
şəklində tətbiq edilir. 
Su-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırıcı təsirə malikdir ki, bu 
da asqırtıya, öskürəyə, gözlərdən bol yaş, burundan selik axmasına, tənəffüsün 
çətinləşməsinə səbəb olunur. Bunlardan başqa, dəriyə gicitkən kimi qaşındırıcı 
təsir göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və qusma törədir. Sıradan 
çıxarıcı orta konsentrasiyası 0,001-0,005 mq/l-dir. Gözyaşardıcı və ya lakrimator 
(yunanca “lakrime - gözyaşı) maddələr gözlərin burun-qırtlağın selikli qişalarını 
qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik 
axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan üzvi maddələrdir. Belə 
maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir. 
Xlorasetonfenon bənövşə və ya meşəgilası iyi verən bərk maddədir. Üzvi 
əridicilərdə yaxşı həll olunur. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət 20 
0
S-
də buraxılması 0,105 mq/l-ə bərabərdir, buxarları havadan 5,3 dəfə ağırdır. Yayda 
ərazidə bir neçə gün təsirini saxlayır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə