Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Tam dağıntı zonası
- nüvə partlayışı mərkəzinə ən yaxın sahələrdə tam dağıntı 
zonası deyilir ki, bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi 
təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, 
partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. 
Sığınacaqların əksəriyyəti (75%-ə qədəri) və yeraltı kommunal-energetika 
şəbəkələri (95%) salamat qalır. Küçələrdə başdan-başa uçqunlar əmələ gəlir
sığınacaqların çıxış yolları uçqunlarla tutulur. 
Güclü dağıntı zonası 
- 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalmış 
sahələr güclü dağıntılar zonası adlandırılır. Buradakı bina və qurğular güclü 
surətdə dağılır, sığınacaqlar və yeraltı kommunal-energetika şəbəkələri, habelə 
radiasiya əleyhinə daldalanacaqların əksəriyyəti salamat qalır. İşıq şüalanması 
nəticəsində başdan-başa yanğınlar baş verir, küçələrdə başdan-başa uçqunlar əmələ 
gəlir. 
Orta dərəcəli dağıntılar 
- 30 kPa-dan 20 kPa-dək izafi təzyiqin təsirinə məruz 
qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki 
binalar orta dərəcədə dağılır, yeraltı sığınacaqlar və şəbəkələr salamat qalır. 
Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması nəticəsində 
başdan-başa yağıntılar törəyir. 
Zəif dağıntılar zonası 
- 20 kPa-dan 10 kPa-dək izafi təzyiq təsir göstərən 
sahələrdə zəif dağıntılar baş verir. Bu zonada binalar zəif dağıntılara məruz qalır 
(onların qapı-pəncərələri, artırmaları, daxili arasəkmələri və s. dağılır). Küçələrdə 
tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir. 
Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa-dan az olan yerlərdə) zərbə 
dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir, binaları isə azacıq 
zədələyir (şüşələrin qırılması, pəncərə və qapı çərçivələrinin zədələnməsi və s.). 


Yerin radioaktiv zəhərlənməsi həm zədələnmə ocağında, həm də radioaktiv 
buludun yayıldığı sahələrdə, yerdən az hündürlükdə və havada nüvə partlayışları 
nəticəsində, habelə yeraltı partlayış vaxtı - partlayış keçirilən boşluğun üst səthi 
açılarkən, suda və sualtında partlayışlar zamanı baş verir. 
Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış 
məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana 
bilər. Radioaktiv buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə 
çirklənəcəkdir. Bu sahələrdə g şüalanma dozasının gücü hətta partlayışdan 1 saat 
sonra bir neçə min rentgen - saat (R/s) ola bilər və belə halda mühafizə olunmamış 
adamlar bir neçə dəqiqə ərzində ölümcül vəziyyətə çatan dozalarda şüalanmaya 
məruz qala bilərlər. 
Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxlığı - sahə vahidinə 
tökülən radioaktiv hissəciklərin miqdarından, onların radioaktivliyindən və 
dispersiya tərkibindən, habelə parlayışdan sonra nə qədər vaxt keçdiyindən asılı 
olur və sahə vahidinə düşən aktivliklə (Ki/km2, Ki/m2, Ki/sm2 və s.) Sİ-də Bk/m2 
ilə ifadə edilir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə