Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c


partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır: 
- zərbə dalğası; işıq şüalanması; nüfuzedici radiasiya; yerin radioaktiv 
zəhərlənməsi və elektromaqnit impulsu. 
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq 
şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i yerin radioaktiv 
zəhərlənməsinin və 1%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur. İndi 
isə nüvə silahının zədələyici amillərini nəzərdən keçirək. 
2. Zərbə dalğasının təsirindən yaranan dağıntı zonaları, raidoaktiv zəhərlənmə 
zonaları 


Zərbə dalğası
- partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə 
yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının 
zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki 
(cəbhəsinədək) izafi təzyiq (Pf); 
dalğanın sürət təzyiqi
(Psür) və izafi təzyiqin 
təsir müddətidir (tt). 
İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram - qüvvə (kqq/sm
2
) ilə ifadə 
edilir. İzafi təzyiq həmçinin (N/m
2
) və Pa ilə ölçülür. 
1 N/m
2
= 1Pa 
1 kPa = 0,01 kqq/sm

Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər aşağıdakı 
düsturlarla hesablanır: 
1) yerüstü partlayış zamanı: 
Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və 
partlayış mərkəzindən (episentrədək) olan məsafədən, yerin relyefindən və s. asılı 
olur. Məsələn, 20 kilotonluq (kt) nüvə zərbə dalğası 1 km məsafəyə - 2 saniyə, 2 
km-ə - 5 saniyə, 3 km məsafəyə - 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış 
zamanı isə bu müddətlər müvafiq sürətdə 0,5; 2 və 3 saniyə olur. 
Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm
2
(20-40 kPa) izafi təzyiq zamanı 
yüngül zədələnməyə, 0,4-0,6 kqq/sm
2
(40-60 kPa) nəticəsində orta dərəcəli 
zədələnməyə, 0,6-1 kqq/sm
2
(60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 
kqq/cm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli 
zədələnməyə məruz qalırlar. 
Belə zədələnmələr adətən ölümlə nəticələnir. Nüvə silahından qorunmaq üçün 
düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən 
qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də 
(çala, dərə, meşə və s.) müəyyən dərəcədə istifadə etmək mümkündür. Zərbə 
dalğası özünün yayılması istiqamətində rast gəldiyi binalar və başqa yerüstü 
tikililəri dağıdır və zədələyir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə