Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Elektromaqnit impulsu
- nüvə partlayışı anında ətrafa külli miqdarda qamma 
kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə 
qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə - kabel 
xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısa 
müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit 
impulsu deyilir. Elektromaqnit impulsları radio-elektron cihazlarını sıradan çıxarır, 
xarici xətlərə qoşulmaq elektrik qurğularının işini pozur. İmpulslar, həmçinin 
yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab 
edib sıradan çıxarır. Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir 
görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə adamları 
zədələyə bilər. Elektromaqnit impulslarından mühafizə vasitəsi kimi qoruyucu 
avtomat tərtibatlarından istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi). 
Nüvə zədələnmə ocağı (NZO) - o əraziyə deyilir ki, orada nüvə partlayışının 
zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insan, heyvan və bitki 
tələfatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv 
maddələrlə zəhərlənsin. 
Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda 
dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər. 
Zərbə dalğasının önündə izafi təzyiqi (DPf) 10 kPa-dan artıq olan sahələr nüvə 
dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı 
zonasına (zolağına) ayrılır (tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları): 
- tam dağıntı zonası DP
f
>50 kPa; 
- güclü dağıntı zonası DP
f
=30-50 kPa; 
- orta dağıntı zonası DP
f
= 20-30 kPa; 
- zəif dağıntı zonası DP
f
= 10-20 kPa; 
Misal üçün bir milyon tonluq (q=1 Mt) nüvə silahı partladıqda, tam dağıntı zonası - 
4 km, güclü dağılma zonası - 5,4 km, orta dağılma - 7,2 km, zəif dağılma - 11 km 
radiusunda təsir göstərəcək. 


Nüvə zədələnmə ocağının ölçüləri, burada dağıntının dərəcəsi və təlafatdan 
tikintinin xüsusiyyətlərindən, yerin relyefindən və s. asılı olur. Zədələnmə ocağı 
sahəsinin 13%-ni tam dağıntı zonası, 10%-ni güclü, 15%-ni orta dərəcəli və 62%-
ni zəif dağıntılar zonası təşkil edir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə