Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Radioaktiv zəhərlənmə
- yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda 
radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə 
bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. 
Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv 
buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz 
buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan 
hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış 
mərkəzindən kilometr məsafələrə aparılır. 
Radioaktiv zəhərlənmənin dərəcəsi - partlayışın növündən və gücündən, 
partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, 
meteoroloji şəraitdən, yerin relyefindən asılı olur. 
Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş izi) formaca 
ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını 
adətən dörd zonaya ayırırlar; çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) 
zəhərlənmə zonaları. Əgər zəhərlənmə izini en kəsimi üzrə götürsək, radiasiyanın 
səviyyəsi izin kənar hüdudundan mərkəzə tərəf atmağa başlayır və izin oxunda 
maksimum dərəcəyə çatır. 
Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur, 
zəhərlənməni ancaq xüsusi doza ölçən (dozometrik) cihazlar vasitəsilə aşkar etmək 
mümkündür. 
Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə 
edilir və rentgen - saatla (R/s) ölçülür. 
Adamları radioaktiv zəhərlənmələrdən mühafizə etmək üçün onları ümumi xarici 
şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, 
gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin 
qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, 
sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator
tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini 
zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə 
etmək mümkündür. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə