Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Terror - fiziki zorakılıqlar, o cümlədən də insanların fiziki cəhətdən məhv  edilməsidir. Çox geniş yayılmışdır.  Narkomaniya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Terror
- fiziki zorakılıqlar, o cümlədən də insanların fiziki cəhətdən məhv 
edilməsidir. Çox geniş yayılmışdır. 
Narkomaniya
- (yunanca, paçke - donubqalma və narkomaniya - ağılsızlıq, vəcdə 
gəlmə) - insanın narkotik maddələrin qəbulundan asılılığı. Narkomanlıq 
orqanizmin həyat fəaliyyətinin yalnız narkotik maddə qəbul edərkən müəyyən 
səviyyədə saxlamağın və ancaq bu şəraitdə fiziki və psixi funksiyaların mümkün 
olması ilə xarakterizə edilən xəstəlikdir. Narkotik maddələrin qəbulunun kəskin 
surətdə dayandırılması orqanizmin bir çox funksiyalarının pozulmasına - 
abetinensiya halına səbəb olur. 


Narkomanlığın iki növü olur: hər hansı bir maddəyə həvəs növü - 
mononarkomaniya (morfinizm, heroinizm, kodeinizm, həşişizm, kokonnizm və s.) 
və belə maddələrin birləşməsinə həvəs növü - polinarkomaniya (tiryək-alkoqol 
qatışığı, tiryək-barbitir qatışığı və s.). Narkomaniyanın meydana gəlməsi narkotik 
maddələrin fərəhləndirici, baş gicəlləndirərək xoş əhval, ovqat yaratması ilə (buna 
eyforiya deyilir) və ya stimullaşdırıcı təsiri ilə əlaqədardır. Bu təsirlər nə qədər 
güclü meydana çıxarsa, narkotiklərə vərdiş o qədər sürətlə, tez baş verir. 
Narkomanlıq belə maddəyə olan marağın, “onu, təcrübədən keçirməyin”, eləcə də 
belə maddələrdən ağrıkəsən vasitə, yuxu dərmanı kimi istifadə edilməsi 
nəticəsində də inkişaf edə bilər. Qeyri-sağlam xırda insan qrupları “kompaniyası” 
belə mühit, habelə insanda intellektual və müsbət sosial keyfiyyətlərin 
olmaması narkomanlığın yayılmasına xeyli şərait yaradır. Narkomaniya bütün 
dövrlərdə təqib edilmişdir. 
Sosial təhlükəsizliyin təmin edilməsi üçün hazırda əsas diqqətin cəmləşdirilməsi 
tələb olunan ən başlıca istiqamətlər - iqtisadiyyatın stabilləşdirilməsi, millətlərarası 
münasibətlər, müxtəlif sosial qruplar arasında, eləcə də xalqla hakimiyyət 
arasındakı münasibətlərdə ideoloji və sosial-siyasi gərginliklərin aradan 
qaldırılmasıdır. 
Respublikada sosial təhlükəsizliyin təmin edilməsi xeyli dərəcədə millətlərarası 
münasibətlərin vəziyyətindən asılıdır. 
millətlərarası münasibətlərin təhlili göstərir ki, bu münasibətlər əsas üç səbəbdən 
kəskinləşir. 
· xalqların sosial-iqtisadi və siyasi hüquqlarının pozulması (və ya bunun bir səbəb 
kimi qələmə verilməsi); 
· onların qanuni tələblərinə biganəlik göstərilməsi və diqqət yetirilməməsi; 
· milli ədavətin yaranmasına imkan verən şəraitin və səbəblərin habelə milli 
düşmənçiliyi qızışdıranların aradan götürülməsi üçün hüquq mühafizə orqanlarının 
vaxtında və təsirli tədbirlər görməməsi. 


Millətlərarası münasibətlərdən danışarkən onu nəzərə çatdırmaq vacibdir ki, belə 
münaqişələrin yaranması üçün həqiqi səbəb deyil, ancaq bilavasitə bəhanə - son 
illər millətlərin özünütəyin hüquqlarına ziddiyyətli, ikili münasibətlərin olmasıdır. 
Belə bəhanələrin tipin variantları: 
-“Bu ərazidə qədimdə bizim əcdadlarımız yaşamışlar, indi isə burada digər 
millətlərdən olan insanlar məskunlaşmışlar. Bizim torpaqlardan çıxın!”. 
-Özgə torpaqlarına sahib çıxmaqla “dənizdən-dənizə” qədər uzanan “böyük 
imperiya” yaratmaq kimi sərsəm xülyalar və s. 
Onu da qeyd edək ki, millətlərarası düşmənçiliyin qızışdırılmasında ictimai 
təşkilatlar və kütləvi informasiya vasitələri xüsusən böyük rol oynayırlar. 
Əlbəttə, millətlərarası problemlər çox mürəkkəb problemlərdir və hər bir konkret 
halda onların həllinə müvafiq yanaşma tələb olunur. 
Yoxlama sualları: 
1.Sosial təhlükəsizlik nədir? 
2.
Sosial gərginliyin artmasının səbəbləri hansılardır? 
3.
Sosial-siyasi təhlükələrin növləri hansılardır? 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə