Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


partlayış təhlükəsini xüsusilə fərqləndirmək lazımdır. Sosial partlayış ölkədə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c


partlayış təhlükəsini xüsusilə fərqləndirmək lazımdır. Sosial partlayış ölkədə 
dövlətçiliyi ilə iqtisadiyyatı uzun müddət sarsıdaraq xalq üçün nəticələri 
əvvəlcədən görülə bilməyən çox dəhşətli hadisələrə gətirib çıxarar və dünya 
birliyində ölkənin möqeyini heçə endirər. 
Sosial təhlükəsizlik
adətən ölkədə cəmiyyətin sabit inkişafını təmin edən sosial 
institutların etibarlı müntəzəm və dayanıqlı fəaliyyəti kimi anlaşılır. Sosial 
təhlükəsizliyi - hazırda mövcud olan sosial institutların və strukturların mühafizə 
edilib saxlanılması kimi başa düşmək doğru olmaz. Əksinə, bir çox millətlərarası 
və qruplararası münaqişələrin səbəbi məhz, köhnəlmiş ictimai münasibətlər 
forması, ideoloji və psixoloji şablonlardır. Milli təhlükəsizlik konsepsiyası 
köhnəlmiş sosial struktur və institutların fəal surətdə təkmilləşdirilməsini, 
modernləşdirilməsini və onların yeni şəraitə uyğunlaşdırılmasını nəzərdə tutur. 
Ölkədaxili siyasi vəziyyətin ən vacib xarakteristikası, göstəricisi həm ölkənin 
müxtəlif regionlarında, həm də bütünlüklə ölkədə sosial-gərginliyin səviyyəsidir. 
Məhz özünü sosial-psixoloji səviyyədə birinci olaraq göstərən sosial gərginlik 
sosial böhranın münaqişənin ən vacib indikatorlarından, dərəcələrindən biridir. 
Sosial gərginlik əhalinin müxtəlif qruplarının yaranmış çətinliklərə (həyat 
səviyyəsinin aşağı düşməsi və sosial dəyişikliklərə) fizioloji, psixofizioloji və 
sosial-psixoloji cəhətdən uyğunlaşmasının, bir çox hallarda isə uyğunlaşa 
bilməməsinin dərəcəsini əks etdirir. Bu, hakimiyyətə qarşı narazılığın, 
inamsızlığın, cəmiyyətdə münaqişələrin, narahatlığın kəskin surətdə artmasında 
özünü göstərir. Həmçinin, iqtisadi və psixi tənəzzül, tələbatın kəskin artması, 
demoqrafik vəziyyətin pisləşməsi və konpensasiya reaksiyaları (təcavüz, düşmən 
axtarışı, möcüzəyə inanmaq və s.) hallar müşahidə edilir. 


Sosial təhlükələr başlıca olaraq cəmiyyətdə gedən sosial-iqtisadi proseslər əsasında 
yaranır. Bununla belə, sosial təhlükələrlə nəticələnən səbəblərin ziddiyyətli 
xaraktera malik olduğunu qeyd etmək lazımdır. İnsan təbiətinin qeyri-
mükəmməlliyi sosial təhlükələri meydana gətirən ilk şərtdir. Sosial təhlükələrin 
qarşısının alınması və onlardan mühafizənin əsas şərti isə, adekvasat hüquqi 
sistemin mövcudluğu ola bilər. Beynəlxalq əlaqələrin, turizmin və idmanın sürətlə 
inkişafı sosial təhlükələrin yayılmasına yardım edir. 
Sosial gərginliyin xarakteristikası və müvafiq olaraq iqtisadi, sosial və digər 
siyasətin dəqiqləşdirilib düzəldilməsi üçün aşağıdakı məsələlər vacib əhəmiyyətə 
malikdir. 
· sosial inkişafın arzu olunan (həqiqi) yolları barədə cəmiyyətdə hakim 
təsəvvürlərin olması və onların xarakteri; 
· əhalinin müxtəlif sosial-demoqrafik qruplarının əsas psixoloji meylləri və 
normaları; 
· ictimai səbrin, dözümün səviyyəsi və ona təsir göstərən amillər; 
· hakimiyyətin müxtəlif strukturlarına, ictimai və dövlət liderlərinə ictimai rəydə 
verilən əxlaqi qiymət. 
Sosial-siyasi vəziyyəti təyin edən göstəricilər (indikatorlar) sistemi adətən altı əsas 
qrupdan ibarət olur: iqtisadi göstəricilər; siyasi əməkdaşlıq; siyasi münaqişə; 
kommunikasiya göstəriciləri; əhalinin münasibəti göstəriciləri və rəhbər 
strukturların qarşılıqlı münasibətləri göstəriciləri (indikatorları). 
Cəmiyyətdə hökm sürən əxlaqi məqsəd və normalar, əhalinin aparıcı psixoloji 
əhvali-ruhiyyəsi iqtisadi və siyasi amillərlə münaqişədə ikinci dərəcəli amillər 
olsalar da, hazırda iqtisadi və siyasi inkişafın istiqamətlərini və sürətini xeyli 
dərəcədə müəyyən edir və bütün cəmiyyətin təhlükəsizliyini təmin edirlər. Belə hal 
cəmiyyətin böhranlı vəziyyətinin xüsusiyyətləri ilə izah olunur; yəni cəmiyyətdə 
insanların davranışını tənzimləyən bir çox mexanizmləri, siyasi, iqtisadi, hüquqi 
mexanizmlər dağılmış, bunların yerini şəxsiyyətin hüquq və dəyərləri əvəz etməyə 
başlamışdır. 


Bir çox sosial-siyasi hadisələrə əhalinin reaksiyasını, münasibətini, onların sabitlik 
dərəcəsini (səviyyəsini) hər şeydən əvvəl məhz bu amillər müəyyən edir. 
Buna görə də sosial çaxnaşmalar ehtimalını artıran əlverişsiz amillər sırasına insan 
amili, əhalinin sayı və keyfiyyəti də (əhalinin etnik, dini heyəti, mədəniyyəti; 
təhsil, sağlamlıq səviyyələri, cinayətkarlıq səviyyəsi və s.) daxil edilməlidir. 
Lakin bunlardan ən əsası iqtisadi amildir. Sovet ittifaqının dağılması ilə əlaqədar 
onun keçmiş respublikaları arasındakı iqtisadi-təsərrüfat əlaqələrinin, konsepsiya 
münasibətlərinin pozulması nəticəsində bir çox iri və orta sənaye müəssisələri 
bağlandı. İqtisadiyyat ümumən tənəzzülə uğradı. İşsizlik yarandı və sürətlə artdı. 
İnsanların həyat şəraiti kəskin surətdə pisləşdi. Bazar iqtisadiyyatına keçid 
şəraitində əhalinin bir sıra sosial müdafiəsi sistemləri iflasa uğradı. Ölkədə xeyli 
qaçqınlar və məcburi köçkünlər kütləsinin mövcudluğu iqtisadi və sosial şəraiti 
daha da mürəkkəbləşdirdi. 
Cəmiyyətin milli ənənələri, mənəvi-əxlaqi dəyərləri də xeyli mənfi təsirlərə məruz 
qalaraq aşılanmağa meylləndi. 
Bütün bunların nəticəsində keçmişdə də mövcud olan bir sıra mənfi hallar inkişaf 
edərək sosial təhlükə xarakteri almağa başladı. 
2. Sosial-siyasi təhlükələrin növləri, onların yaranma səbəbləri və nəticələri.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə