Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


 Atmosfer tərkibinin dəyişməsi ilə əlaqədar olan fövqəladə hadisələr



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

2. Atmosfer tərkibinin dəyişməsi ilə əlaqədar olan fövqəladə hadisələr.
 
İnsan fəaliyyəti təbiətə fasiləsiz təsir göstərir. Yeni əraziləri mənimsəyərək 
meşələri qırıb yandırmaqla, torpağı şumlamaqla insanlar düşünmədən yer səthinin 
döşənəyinin xarakterini dəyişir və bununla da istilik balansının pozulmasına imkan 
yaradır. 
Yeni su anbarlarının tikintisi nəticəsində böyük çayların yatağı dəyişir, bataqlıqlar 
quruyur, meşələrin qırılması davam edir. Torpaq döşənəyinin xarakterinə torpağın 
eroziyası da təsir edir. Bütün bunlar atmosferlə qaz mübadiləsinə, atmosferlə 
döşənək səthi arasında rütubət və istilik mübadilələrinə ciddi təsir göstərir. 
İnsanın təsərrüfat fəaliyyətinin inkişafı onun ətraf mühitə və iqlimə təsirini 
durmadan artırır. Sənaye müəssisələri, istilik elektrik stansiyaları, avtomobil 
nəqliyyatı hər gün külli miqdarda yanacaq yandırır ki, bu da atmosferin tərkibində 
karbon-oksidin daim artmasına səbəb olur. 
Atmosferdə karobon-oksidin miqdarının artması iqlimin qlobal dəyişikliklərinə 
səbəb ola bilər. Alimlər hesab edir ki, atmosferdə karbon-oksidin toplanması 
“Parnik effekti” yaradaraq temperaturun qlobal artmasına səbəb ola bilər. Karbon-
oksid sıx olan hava təbəqəsi günəş şüalanmalarını Yer səthinə sərbəst buraxır, 
amma Yerin istilik şüalanmalarının kosmosa qayıtmasını çətinləşdirir. 
Atmosferə az da olsa fotokimyəvi aktiv maddə və birləşmələr – flefonlar, ftor, 
brom, xlor birləşmələri də daxil olur ki, bunlar azon təbəqəsini dağıdaraq 
planetimizin istilik rejiminə təsir göstərirlər. 


İqlimin dəyişməsinə təsir göstərən digər amillərə - okeanın neft məhsulları ilə 
çirklənməsi nəticəsində atmosferlə okean səthi arasında istilik və rütubət 
mübadiləsinin pozulması; atmosfer çöküntülərini stimullaşdırmaq məqsədi ilə 
buludlara göstərilən təsirlər; atmosferə atılan su buxarının artması; suvarma 
sistemlərinin təsiri; buxarlanmanın artması və s. aid edilir. 
Nüvə silahının sınağı zamanı yaranan və atmosferdə toplanan aerozollar, azot 
oksidləri, radioaktiv karbon və digər komponentlər azon qatının dağılmaqla və 
atmosferin istilik balansını pozmaqla iqlimə fəlakətli təsir göstərir. 
Karbon-oksidin miqdarının atmosferdə artma təmayülü gələcək nəsillər üçün ciddi 
nəticələr verə bilər. Troposferdə temperaturun artması nəticəsində Yerin polyuslara 
yaxın zonalarında buzlar əriyə bilər, dünya okeanının səviyyəsi qalxar, qurunun 
sahəsi azalar və quraqlıq torpaq sahələri arta bilər.
 
Müasir istilik energetikasının bütün dünyada və o cümlədən MDB dövlətlərində 
səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, bu günə kimi o hələ də karbohidrogen 
mənşəli (daş kömür, neft, mazut və s.) yanacağın yandırılması ilə müşayiət olunur 
ki, bu da atmosferin, oradan litosferin, o cümlədən torpağın və su mənbələrinin 
çirklənməsinə gətirib çıxarır. Ölkənin əhalisi daha sıx olan regionlarında bir vaxtlar 
atom elektrik stansiyalarının tikintisinin artımı müşayiət olunurdu, lakin, buna 
baxmayaraq, ölkənin ümumi istilik enerjisi balansında daş kömür və neftin mütləq 
çəki etibarı ilə istifadəsi artacaqdır. 
İstilik energetikası ölkə üzərində atmosfer qatının çirklənməsinin 50%-ni 
(akademik Laskorinin göstəriciləri) təşkil edir. Şimal yarımkürəsinin bütün 
ölkələrinin istilik və enerji istehsalçıları atmosferə ildə 150000000 ton kükürd qazı 
və 30000000 ton azot oksidi birləşmələri atırlar. 


Artıq 1990-cı ildə MDB-də 800,0 mln.ton daş kömür və 600,0 mln.ton neft hasil 
olunurdu. Nəzərə alınmalıdır ki, bu yanacaq növlərində 1-2% kükürd mövcuddur. 
Beləliklə, il ərzində 1400,0 mln.ton daş kömür və neftin yandırılması nəticəsində 
28-56 mln.ton kükürd iki oksidi (SO2) əmələ gəlir ki, bu da atmosferin 
özünütəmizləməsi prosesində 42 -84 mln.ton kükürd turşusuna çevrilə bilər. 
Hesablamalara görə istilik elektrik stansiyalarında 1kVt saat elektrik enerjisinin 
alınması ətraf mühitə 1000 qr. karbon qazının (CO2), 20 qr. qədər kükürd iki 
oksidi (SO2), 4-5 qr. azot oksidi birləşmələrinin (NO), 80 qr. şlak və 100-300 qr. 
kül zərrəciklərinin atılması ilə müşayiət olunur. Qeyd edək ki, azot oksidi 
birləşmələri təkcə yanacağın tərkibindən asılı olaraq deyil, yanma zamanı havadan 
da əmələ gəlir. Yanacaqda bir çox elementlər mövcuddur. Bunun nəticəsi olaraq 
karbohidrogenli yanacağın yanmasında ətraf mühitə oksid birləşmələri şəklində bir 
sıra metal da yayılır. (cədvəl 4.1. professor A. M. Alpatov tərəfindən 1983-cü ildə 
tərtib olun 
Neft və mazutun yandırılmasından əmələ gələn toksiki çirkləndiricilərə vanadiy və 
nikel metallar aiddir. Bu metalların xam neftdən əldə edilməsi nəzərdə tutulur. 
Vanadiy çox qiymətli legirləmə metalı olmaqla bərabər, neftayırma zavodlarının 
ən qorxulu düşmənidir. O katalizatorları zəhərləyir, mühərriklərin, istilik 
qazanlarının iş müddətini azaldır. 
Yanacağın aşağıdakı göstəriciləri maraq kəsb edir.İstilik və elektrik enerjisi 
istehsalı ilə bağlı çirklənmələrin xüsusiyyəti ondan ibarətdir ki, bu çirklənmə 
nəinki ayrılıqda götürülmüş region, ölkə ərazisində hətta Yerin bütövlükdə 
yarımkürəsində də azad yayıla bilir.
Yoxlama sualları: 
1.Torpağın vəziyyətinin dəyişməsi ilə əlaqədar hansı fövqəladə hadisələr meydana 
çıxır? 
2.
Torpağın deqratasiyası nədir? 
3.
Atmosfer tərkibinin dəyişməsi ilə hansı fövqəladə hadisələri yaradır?.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə