Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

1000 mm
diametrinə qədər və 
1000mm
- dən böyük diametrli borular qrunta 
az salındıqda boru kəmərinin dayanıqlığını təmin etmək üçün layihədə xüsusi 
qərarlar çıxarılmasına baxılmalıdır. 
Neft - qaz boru kəmərlərinin trassası boyunca ara məsafələri 
1km
- dən az 
olmayan, yer səthindən 
1,5 - 2 m
hündürlüklərdə dəmir - betondan, yaxud ağacdan 
işarə dirəkləri və üzərində uzaqdan yaxşı görünən yazılı göstərişləri olan lövhələr 
vurulmalıdır.
2. Magistral neft və qaz kəmərlərində baş verən qəzaların səbəbləri və nəticələri.
 
Magistral neft və qaz kəmərlərində baş verən qəzaları
aşağıdakı səbəblərini iki 
istiqamətə ayırmaq olar: 


-antropogen risklər (istismar zamanı qəzalar,materialın istismar vaxtının bitməsi 
və .); 
-təbii risklər; 
Neft-qaz magistral boru kəmərlərinin 
layihələndirilməsi,
çəkilməsi(tikintisi) zamanı, 
kəmərin 
qurğularının 
və 
boruların 
özüllərinin ətraf mühitin təsirindən qorunması məsələləri öz həllini tapmalıdır. 
Neft-qaz magistral boru kəmərləri yeraltı və yerüstü (tökmədə) çəkilərkən 
erroziyaya qarşı mübarizə tədbirləri kimi yeraltı materiallardan istifadə olunur. 
Yeraltı boru kəmərləri ilə kəsişmə yerində subasmayan sahillərin bərkidilmə 
səviyyəsinin qaşı, 
50 ildən 
bir baş verə biləcək daşqın səviyyəsindən və eləcə də 
sahilə çırpılan dalğaların təsirindən 
0,5m
yuxarıda olmalıdır. 
Su basan sahillərin yamaclarından başqa digər hissələrində 
l-5m
uzunluğunda yamaclara birləşən sahələr bərkidilməlidir. Sahillərin bərkidilən 
zolaqlarının eni geoloji və hidrogeoloji şəraitdən asılı olaraq layihə əsasında tapılır. 
Boru kəmərlərinin trassası sürüşmə rayonlarından keçərsə, ətraf mühitin və 
kəmərin mühafizəsi üçün borular dayaq üstü (çalınma, qazma - çalınma svaylar və 
dirəklərlə) keçirilməlidir. Boru kəmərinin trassasına yaxınlıqdakı ərazilər 
erroziyaya uğramış və çatlarla əhatə olunmuş haldadırsa, həmin sahələr kəmərin 
çəkilişindən qabaq möhkəmləndirilir. Bununla da gələcəkdə ətraf mühitin 
qorunması üçün qabaqlayıcı tədbirlər görülmüş olur. 
Boru kəmərlərinin konkret çəkilmə və istismarı şəraitindən asılı olaraq 
onların korroziyadan müdafiə örtükləri iki tipdə tətbiq olunur: gücləndirilmiş və 
normal. Müdafiə 
örütüyünün gücləndirilmiş tipi 
1020 mm
diametrli və istənilən diametrli döşənmə 
boru kəmərlərində aşağıdakı qaydada tətbiq edilə bilər: 
kəmər keçən trassa
-cənubdan şimala doğru 50°- li bucaq altında yönəldikdə; 
-üzrə ölkənin istənilən rayonun ərazisində münbit torpaq hissəsi şoranlaşdıqda və 
şorakətlişdə; 
-bataqlıq, qara torpaq və suvarılan ərazidən keçdikdə; 


-sualtı keçid, çay məcrası, avtomobil və dəmir yolları ilə kəsişdikdə; 
-digər boru kəmərləri trassası ilə kəsişdikdə hər iki tərəfdən 20m məsafədə örtüklə 
müdafiə olunur; 
-sənaye və məişət çirkab suları axan və zibil tullantıları atılan ərazilərlə kəsişdikdə; 
-313 K (40°C) temperaturunda maye nəql edən boru kəməri xətti ilə kəsişdikdə; 
-çay, kanal, göl, su anbarı, həmçinin yaşayış məntəqəsi yerləşən ərazidən 1000 m-
dən az məsafədə olduqda. 
Yerüstü çəkilən boru 
kəmərlərini atmosfer korroziyasından qorumaq 
üçün laklı boya, emal olunmuş şüşəli pambıq, metal, yaxud konsistentli sürtgü 
örtüklərdən istifadə olunur. Laklı boyanın ümumi qalınlığı 
0,2mm
- dən az, cərəyan 
keçiriciliyi isə 
1 kV
- dan çox olmamalıdır. 
Lak rəngləmədə nəzarət qalınlıqölçən 
«MT-41NÜ», «TU 25-06.2500-83»
və 
«Krona -1R»
tipli 
«TU 25-06.2515- 83»
cihazları ilə yerinə yetirilir. 
Emal olunmuş şüşəli pambıq boru kəmərinə 
«OCT 26- 01-1-90»
avadanlığı 
ilə 
0,5 mm
- dən az olmayan qalınlıqda sarınır. Şüşəli pambıq boru ətrafına 
həmçinin yuxarıda adları çəkilən avadanlıqlarla da örtülə bilər. 
Boru kəmərlərinin atmosfer korroziyasından qorunması üçün temperaturu 
(-
60
0
C)
- dən aşağı və 
+40
0
C
-dən yuxarı olan ərazilərdə konsistentli sürtgu 
örtüyündən istifadə olunur. Onun tərkibində çəkisinə görə 
20%
təşkil edən «PAK -
3» və 
«PAK-4» alüminium tozlu qarışıq vardır. Bu sürtgünün qalınlığı boru kəmərinin 
səthindən ərazidə 
havanın temperaturundan asılı olaraq 
0,2 -0,5 mm
qəbul 
edilir. 
Yerüstü boru kəmərlərinin atmosfer korroziyasından müdafiə olnmasında 
metal örüklərdən 
«SNiP III- 23- 81 »-
in tələblərinə uyğun olaraq istifadə olunur. 
Neft-qaz qurğularında metalın korroziyasına təsir edən amillər. 
Metalın korroziyası - onun ətraf mühitin təsiri ilə dağılma prosesidir. Neft- 
qaz qurğularının korroziyası onların vaxtından əvvəl sıradan çıxmasına, texnoloji 
proseslərin pozulmasına səbəb olur. 


Ümumiyyətlə, metalın korroziyası 
kimyəvi
və 
elektrokimyəvi
olmaqla iki 
yerə ayrılır. 
Kimyəvi korroziya zamanı metal ilə aqressiv kimyəvi komponentlər 
arasında gedən reaksiya nəticəsində metalın aşınması və ya dağılması baş verir. 
Məsələn, neft çənlərinin və ya boru kəmərlərinin korroziyası kükürdlü neft və 
qazın saxlanıması və nəqli zamanı baş verir. 
Kimyəvi korroziyadan fərqli olaraq elektrokimyəvi korroziya zamanı 
metalın səthində müxtəlif dərinlikli və formalı ləkə və kəha şəkilində lokal (yerli) 
dağılmalar əmələ gəlir. Bu halda korroziya prosesi mikro və makro korroziya 
proseslərinə ayrılır.Metal konstruksiyanın korroziyası havanın oksigeni və 
atmosferin nəmliyi nəticəsində baş verirsə, buna 
atmosfer korroziyası
deyilir.Bu 
tip təsirlər magistral neft və qaz kəmərlərini sıradan çıxrır.Nəticədə qəzalar 
meydana gəlir.
Magistral neft və qaz kəmərlərində baş verən qəzalar zamanı həm insan 
təlafatı,həm iqtisadi itgilər həmçinin ətraf mühitin vəziyyətinin dəyişməsi ilə 
əlaqədar fövqəladə hadisələr yarana bilər.Əsasən neft dağılmaları zamanı ətraf 
mühitin flora və faunasına ciddi zərər dəyir. 
Yoxlama sualları: 
1.Qazpaylayıcı sistem nədir? 
2. Magistral boru kəmərlərinə qoyulan əsas konstruktiv tələblər hansılardır? 
3. Magistral neft və qaz kəmərlərində baş verən qəzalar hansı səbəblərdən baş 
verə bilər? 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə