Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
Qaz sənayesi
 
təbii qaz yataqlarının kəşfiyyatı, istismarı, təbii qazın boru 
kəmərləri vasitəsi ilə uzaq məsafələrə nəql edilməsi, təbii qazın emalı, süni qazın 
alınması, xalq təsərrüfatının müxtəlif sahələrinə və kommunal-məişət təsərrüfatına 
qaz verilməsini reallaşdırır. İstehlakçılar təbii, süni və mayeləşdirilmiş qazlarla 
təhciz olunur. Qaz sənayesinin yaranması XIX əsrin əvvəlinə aiddir. 
Qazpaylayıcı sistem
 
– bir-biri ilə texnoloji, təskilatı və iqtisadi əlaqəsi olan 
qazın mütəşəkkil sürətdə nəqlini və birbasa istehlakcılara verilməsini həyata 
kecirən istehsalat. 
Məlum oldugu kimi, Azərbaycan Respublikasının ərazisi karbohidrogen 
ehtiyatları ilə zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan 
sektorunda iri həcmli neft və qaz yataqları mövcuddur.
Lay daxılındə olan qazın təzyiqi lay üzərində olan yer təbəqəsinin təzyiqinin 
təsiri altında yaranır. Məhz lay təzyiqinin təsiri altında qaz yatağı açılan zaman 
sıxılmış halda olan qazın elastiki enerjisi hesabına fontan rejimində qaz istehsal 
olunur. Lay temperaturu onun istismarı üçün əsas parametrlərdən biridir. Lay 
temperaturunun göstəricisi-geotermik qradiyent- 1 m dərinliyə düşən temperatur 
artımıdır. Yer səthində ümumi sahədə və vahid struktur elementində toplanan bir 
neçə qaz layının məcmusu qaz yatağını təşkil edir. Qaz yataqları bir və ya çox laylı 
olur. Qaz yataqlarının qazın layda yerləşməsinə görə növləri :tam dolu qaz yatağı; 
yarı dolu qaz yatağı. 
Qaz yataqları əsasən daban suları ilə, neft-qaz yataqları isə neft ilə əhatə 
olunur. Neft və su üzərində, layın tağ hissəsində sərbəst qaz yığımı yaranır-qaz 


papağı.Abşeron və Sahdəniz- qaz-kondensat yataqları Xəzər dənizinin Azərbaycan 
sektorunda yerləşən nəhəng yataqlarıdır. 
 
Şəkil 16.1.Qaz yatağının sxemi: 
1-qaz quyusu ; 2-qaz; 3-su; 4- qazkeçirməyən laylar. 
Magistral qaz kəmərləri sistemi 
Vahid qaz təchizatı sistemi əhatə edir: 
qaz mədənlərini;qaz təmizləyici zavodları;qaz şəbəkələrini;qaz paylayıcı 
stansiyalarını;kompressor stansiyalarını;qaz anbarlarını;maye qaz istehsalı 
müəssisələrini;yaşayış məntəqələrdə qaz paylayıcı şəbəkələri.Bu sistemin əsas 
elementindən biri də maqistral qaz kəmərləridir (MQK).
Magistral qaz kəmərlərinin sxemi 
Qaz quyusundan hasil olunan qaz separatorlarda verilir. Burada ondan bərk və 
maye qatışıqlar ayrılır. Sonra mədən qaz kəmərilə kollektorlara və mədən qa 
paylayıcı stansiyaya daxil olur. Burada mayeli toztutucularda qaz təmizlənir, 
qurudulur, odorantlaşdırılır, təzyiqi tələb olunan heasbı təzyiqə gədər endirilir və 
magistral qaz kəmərinə verilir. Başlanğıc dövrdə qazın təzyiqi kifayət qədər olur, 
yalnız layda qazın təzyiqi aşağı düşəndən sonra 
baş kompresor stansiyası
tikilir.
MQK-də qazın təzyiqi tədricən aşağı düşür. Buna səbəb kəmər boyu 
sürtünməyə və yerli müqavimətlərə
görə təzyiq itkisinin mövcud olmasıdır. Təbii 
qazın təzyiqini tələb olunan səviyyədə saxlamaq üçün
aralıq kompressor 
stansiyaları
istifadə olunur.


Şəkil 16.2. Qaz təchizatı sisteminin prinsipial sxemi:Q-mədən quyuları; Sep- 
separatorlar;MQ-mədən qaz kəmərləri;MQPS-mədən qaz paylayıcı stansiya;MQK- 
magistral qaz kəməri;KS- kompressor stansiyası;XBA - xətti bağlayıcı 
armatur;QPS- qaz paylayıcı stansiya;YQA-yeraltı qaz anbarı. 
Neft nəql edən kəmərlər və əsas tələblər 
Neft nəql edən kəmərlərin trassasının seçilməsi optimallıq meyarı ilə yerinə 
yetirilməlidir. Optimallıq kriteriyasında aşağıdakılar gözlənilməlidir: neft nəql 
edən mühəndisi qurğuların tikintisinə çəkilən xərclərin (kapital qoyuluşunun) 
miqdarının normalar hüdudunda olması; ətraf mühitin qorunmasına nəzarəti 
saxlamaqla istismar dövrü boru kəmərində təmir işlərinin və texniki xidmətin 
yerinə yetirilməsi; sərf olunan neft həcminin müəyyən edilməsi; boru kəmərinin 
yerləşdirilməsinin konstruktiv sxemləri üzrə təhlükəsizliyinin təmin olunması və 
tikintinin nəzərədə tutulan vaxtda başa çatması. 
Trassanın seçilməsində daha effektiv, iqtisadi cəhətdən əlverişli və 
quraşdırılma işlərində yüksək istehsallı metodlara əsaslanan tikinin aparılma şəraiti 
nəzərə alınmalıdır. 
Neft və neft məhsulları nəql edən boru kəmərləri yaşayış məntəqələri və 
sənaye obyektlərinin yaxınlığından keçdikdə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə