Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi


Fənnin adı:
Fövqəladə halların təhlükəli faktorları 
Mövzu: 16.Torpağın vəziyyətinin və atmosfer tərkibinin dəyişməsi ilə 
əlaqədar olan fövqəladə hadisələrin xüsusiyyətləri.
 
Mühazirəçi:
 E.K.Qafarov
Mühazirənin planı : 
1. Torpağın vəziyyətinin dəyişməsi ilə əlaqədar olan fövqəladə hadisələr. 
2. Atmosfer tərkibinin dəyişməsi ilə əlaqədar olan fövqəladə hadisələr.
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az)

Bakı-2021 
 
 
 
1. Torpağın vəziyyətinin dəyişməsi ilə əlaqədar olan fövqəladə hadisələr.
 
 


Yer səthində sürüşmələr, uçqunlar, çökmələr və s. həm təbii proseslər nəticəsində, 
həm də çox vaxt insanın təsərrüfat fəaliyyəti nəticəsində, yəni antrologen amillərlə 
əlaqədar olaraq baş verir. 
Respublikamızda geniş geoloji-kəşfiyyat işləri aparılır. Bu işlər müxtəlif qazıntı 
işlərinin - neft quyularının, şaxtaların, karyerlərin, lağımların, dərin xəndəklərin və 
b.k. aparılması ilə müşayiət olunur. Dağlıq, təpəlik relyefli yerlərdə geoloji 
kəşfiyyat işlərinin aparılması çox vaxt torpaq sürüşmələrinin aktivləşməsinə
eroziyaya və digər proseslərə səbəb olur. 
Faydalı qazıntıların işlənməsi zamanı ölkəmizdə milyonlarla hektar sahə sıradan 
çıxır və hər il belə sahələr on minlərlə hektar artır. 
Dərin çalaların açıq üsulla işlənməsində torpağın erroziyası, deflyasiyası, 
sürüşmələri, uçqunları, çökmələri kimi hadisələr təzahür edir. Bu proseslər faydalı 
qazıntıların yeraltı üsulla işlənməsində də təzahür edir. 
Yer səthinin vəziyyətinin dəyişməsi ilə əlaqədar olan fövqəladə hallar torpağın ağır 
metallarla kimyəvi çirklənməsi nəticəsində də baş verə bilər. Kimyəvi çirklənmə 
dedikdə, mühitin təbii kimyəvi xassələrinin dəyişməsi və ya mühitə orada olmayan 
kimyəvi maddələrin daxil olması, həmçinin, mühitdə kimyəvi maddələrin 
qatılığının fon qatılıqdan çox olması nəticəsində formalaşan ətraf mühitin 
çirklənməsi nəzərdə tutulur. Lazımsız yerdə, lazımsız vaxtda və lazımsız miqdarda 
aşkar edilən bütün maddə və birləşmələr kimyəvi çirkləyicilər hesab edilir. 
Torpağın ən təhlükəli çirkləyicilərindən biri də atom çəkisi böyük olan civə
qurğuşun, sink və digər ağır metallardır. İnsanın fəaliyyəti nəticəsində ağır 
metalların torpaqda yol verilən həddən artıq miqdarda yayılması canlı 
orqanizmlərin və bitkilərin zəhərlənməsinə və ya məhv olmasına səbəb ola bilər. 
Ağır materialların yol verilən qatılığı (YVQ) onların torpaqda elə miqdarına deyilir 
ki, bu zaman onlar torpağa və orada bitən bitkilərə uzun müddət təsir etdikdə belə 
bioloji proseslərə patoloji və ya anomal təsir göstərmir, həmçinin, kənd təsərrüfatı 
bitkilərində zəhərli elementlərin toplanmasına səbəb olmur, deməli, insanın və 
heyvanatın bioloji tarazlığını poza bilməz. 


İnsan fəaliyyətinin torpağa mənfi təsirlərindən biri də onun tənəzzülə uğraması, 
yəni pisləşməsidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə