Kimyəvi silahlar və onlardan qorunma üsulları Kimyəvi silah



Yüklə 16,78 Kb.
tarix28.11.2023
ölçüsü16,78 Kb.
#135760
2589(


Fənn: Mülkü müdafiə
Müəllim: Abbaszadə Günay
Mövzu: Kimyəvi silahlar və onlardan qorunma üsulları

Kimyəvi silahlar və onlardan qorunma üsulları
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub.
Kimyəvi silahın növləri
Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur:

  • İnsan orqanizminə təsir xarakterinə görə;

  • Taktiki təyinatına görə;

  • Təsir tezliyinə görə;

  • Dayanıqlığına görə;

  • Tətbiq vasitələrinə görə.

Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:

  1. Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli);

  2. Ziyanverici (Psixotrop maddələr və İrritantlar).

Təsir sürətinə görə kimyəvi silahlar:

  1. Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr);

  2. Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır.

Təsir müddətinə görə kimyəvi silahlar:

  1. Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);

  2. Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).

Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər.
İnsanlara təsiri
İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var.

  1. Mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan maddələr: zarin, zoman, tabun, V-qazlar

  2. Dəri-deşici təsirli zəhərli maddələr: iprit, lyuzit. Bu tip maddələr əsasən dəriyə təsir edir, amma onları aerozol ya buxar şəklində istifadə edəndə tənəffüs orqanlarını da zədələyir.

  3. Ümumi zəhərləyici maddələr: sinil turşusu, xlorsian. Bu tip maddələr orqanizmə düşəndə qandakı oksigenin hüceyrələrə verilişinin qarşısını alır.

  4. Boğucu təsirli zəhərli maddələr: fosgen və difosgen. Əsasən ağ ciyərləri zədələyir.

  5. Psixokimyəvi təsirli maddələr: İnuklidil-3-benzilat (BZ) və lizerqin turşusunun dietilamidi. Bu tip maddələr müəyyən müddətə düşmənin canlı qüvvəsini sıradan çıxarır. Təsiri müvəqqəti korluq, karlıq, qorxu hiss və hərəkət dəqiqliyinin itirilmasinə gətirir, amma ölümə səbəb olmur.

  6. İrritantlar, yaxud da qıcıqlandırıcı maddələr: Gözü sulandıran CS, CN, yaxud xlorasetonfenon və PS yaxud xlorpikrin; asqırdan DM (adamsit), DA (difenilxlorarsin) və DC (difenilsianarsin). Bu tip maddələrin təsiri 1–10 dəq. çəkir. Bir çox ölkələrdə polislər bu tip maddələrlə silahlanırlar.

İlk yardım: Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa, zərərçəkənə antidot (zəhərlənməyə qarşı həblər) vermək lazımdır. Zoman damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimyəvi paketdə olan polideqazasiya mayesi ilə təmizləmək lazımdır. Bundan sonra zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır
Sianid turşusu ilə zəhərlənmiş şəxsə ilk növbədə əleyhqaz geydirmək lazımdır. Ona antidot verilir və ya amilnitrit ampulunu sındırıb şlem-maskanın içərisinə yeridirlər və zəhərlənmə zonasından çıxarırlar. Təmiz havada əleyhqazı çıxarıb, geyimin yaxasını açıb zərərçəkənə süni tənəffüs vermək lazımdır.
Gözlərə bu ZM –rin damcıları düşdükdə onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) xloramin məhlulu ilə yaxalayırlar.
Tənəffüs üzvlərini və gözləri ammonyakın təsirindən mühafizə üçün xüsusi süzücü sənaye əleyhqazlarından istifadə etmək lazımdır. Ammonyakın konsentrasiyası 2,3 mq/l olarkən əleyhqazın mühafizə etmə müddəti 240 dəqiqədir. Yüksək (3,8 mq/l-dən artiq) konsentrasiyalarda – təcridedici KİP-8, İP-4, İP-5 əleyhqazlarından istifadə etmək olar. Ammonyak buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərlənmə zonasından çıxarmaq, xlorformda 10%-li mentol məhlulu iylətmək, soda qarışdırılmış isti su içirtmək lazımdır. Tənəffüs pozularkən və ya dayanarkən – süni tənəffüs verilir. Gözlərə zeytun yağı damızdırmaq lazımdır, dəri səthi zədələnərkən – bu sahəni təmiz su ilə yuyur, sirkə, limon, çaxır və ya xlorid turşularının 5%-li məhlullarında islatma qoyulur.
Yüklə 16,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə