Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Səhralaşma. 
Bu qlobal proses iqlimin istiləşməsi və antropogen təsir nəticəsində 
son 50 ildə atmosferdə parnik effektinin müntəzəm artması ilə əlaqədar olaraq 
gedir. Bundan başqa Azərbaycan Mərkəzi Afrikada yerləşən dünya quraqlıq 
(səhra) ocağının şimal-şərq kənarında yerləşdiyi üçün orada səhralaşmanın 
(quraqlığın) güclənməsi öz təsirini bəzən respublika ərazisində də göstərir. 
Məlumdur ki, 1970-1980-ci illərdə baş verən quraqlıqlar nəticəsində Afrikada 
milyonlarla adam zərər çəkmiş, yüz minlərlə yerli sakin həlak olmuşdur. 
Azərbaycanda səhralaşma prosesi ilk növbədə düzənlik və dağətəyi rayonlarda
Naxçıvan MR-nin Arazyanı düzənliyində başlanmışdır. Bu hər şeydən əvvəl 
yarımsəhra landşaftının daha da aridləşməsi (arid - quru iqlim), dağətəyi meşələrin 
aşağı sərhədlərinin çox yerdə 200-300 metr yuxarı çıxması və çöl landşaftı 
şəraitində quraqlığın artmasında özünü göstərir. 
Proqnozu, uzunmüddətli olduğuna görə dəqiq tədqiqatlar aparılmasını tələb edir. 
Ən effektli mübarizə tədbiri Azərbaycanın düzənlik və dağətəyi rayonlarında geniş 
sahələrdə tarlaqoruyucu meşə zolaqlarının salınması və suvarma sisteminin 
yaxşılaşdırılmasıdır. 
Torpağın deqratasiyası 
- onun keyfiyyətinin təbii səbəblərdən (torpaq yaranma 
şəraitinin təbii dəyişmələri) və ya insanın təsərrüfat fəaliyyəti nəticəsində 
(aqrotexniki işlərin düzgün aparılmaması, torpağın çirklənməsi, gücdən düşməsi
strukturunun və su rejiminin dəyişməsi və s.) tədricən pisləşməsinə deyilir. 


Torpaq örtüyü Yerin biosferinin başlıca komponentlərindəndir və biosferdə baş 
verən bir çox prosesləri torpaq örtüyü müəyyən edir. Belə ki: mövcud olan canlı 
aləmin həyatını torpaq təmin edir; bir çox elementlərin (karbon, oksigen, azot, 
kalium, maqnezium, fosfor, kükürd və s.) biosferdəki axınının əsas hissəsi torpaq 
örtüyündən keçir; torpağın başlıca xüsusiyyəti onun üzvü maddələri, kimyəvi 
elementləri və eləcə də enerjini toplayıb özündə saxlaya bilməsidir. Göründüyü 
kimi torpaq biosferin ümumi mexanizminin əvəz olunmaz hissəsidir. Əgər 
biosferin bu bölməsi, yəni torpaq örtüyü dağılıb məhv olsa, onda biosferin mövcud 
fəaliyyəti də bərpa oluna bilməyən dərəcədə pozular. 
Torpaq örtüyü əhəmiyyətinə görə bizim planetimizdə stratosferin ozon qatı ilə 
müqayisə edilə bilər. Belə nəticəyə gəlmək olar ki, torpaq yalnız sərvət deyil, o, 
həyatın ekranıdır. 
Torpaq örtüyünün qlobal biokimyəvi əhəmiyyətini nəzərə alaraq onun müasir 
vəziyyətinin və xüsusən də antropogen təsirlərindən dəyişməsinin öyrənilməsi 
fövqəladə dərəcədə vacibdir. Buna görə də problemin iki aspektini araşdırmaq 
lazımdır: 
I. texnogenezin torpağa təsiri; 
II. torpaqdan istifadənin ekoloji vəziyyətə (ətraf mühitə) və bütövlükdə biosferə 
təsiri. 
Antropogen gərginlik şəraitində Azərbaycan Respublikasının torpaq ehtiyatları 
ciddi təsirlərə məruz qalır. İnsanın çoxillik intensiv təsərrüfat (sənaye, kənd 
təsərrüfatı, məişət) fəaliyyəti nəticəsində torpaq ehtiyatları azalır, münbitlik 
qabiliyyəti zəifləyir. Bu problem Beynəlxalq problem olub, bütün dünya 
ölkələrində mövcuddur. Son 60-70-ci ildə torpaq problemi son dərəcə kəskinləşib, 
yararlı münbit torpaq ehtiyatları azalır (sənaye obyektləri, yollar, kanallar, su 
hövzələri və faydalı qazıntılar altında, məişət tullantıları və s.) məhsulvermə 
qabiliyyəti aşağı düşür. Dünyanın torpaq ehtiyatları sürətlə artmaqda olan əhalinin 
ərzağa olan tələbatını ödəmək qabiliyyətini tədricən itirir. 


Problemin ciddiliyini nəzərə alaraq Azərbaycanda torpaq örtüyünün departasiyası 
və ona mübarizə yollarını nəzərdən keçirək. Respublikanın ümumi torpaq 
sahəsinin 51,7% (4,4 mln.ha) kənd təsərrüfatı üçün yararlıdır. Bunun 40%-i əkin 
altında istifadə olunur. 
Suvarılan torpaqlar 1,45 milyon ha olub, kənd təsərrüfatına yararlı sahələri 32%-ni 
təşkil edir. Hər adam başına 0,18-0,20 ha əkin sahəsi düşür.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə