Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
 


Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri 
Mövzu: 17. Hidrosferin və biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar olan 
fövqəladə hadisələrin
xüsusiyyətləri.
Mühazirəçi:
E.K.Qafarov
Mühazirənin planı : 
1.
 
Su ehtiyatlarının tükənməsinin əsas səbəbləri.
 
2.
 
Dəniz bioloji mühitinə neft çirkləndiricilərinin təsiri. 
3. Ətraf mühitin keyfiyyətinin dəyişməsinin obyektiv və subyektiktiv səbəbləri. 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
 


 
 
1.
 
Su ehtiyatlarının tükənməsinin əsas səbəbləri.
 
Otuz il bundan əvvəl ölkənin əksər rayonlarında yerli təbii su mənbələri əhalinin 
və iqtisadiyyatın suya olan ehtiyaclarını həm miqdarca, həm də keyfiyyətcə 
ödəmək üçün kifayət edirdi. Son illərdə sənaye və mülki tikintinin güclü inkişafı 
nəticəsində su mənbələrinin istifadə edilmə imkanı kəskin surətdə azalmışdır. 
Su ehtiyatlarının azalması üç əsas səbəblə izah olunur: 
1) İnsan fəaliyyətinin biosferə təsiri nəticəsində su ehtiyatlarının tükənməsi; 
2) Suya olan tələbatın kəskin surətdə artması; 
3) Su mənbələrinin kütləvi surətdə çirklənməsi. 
İnsan fəaliyyətinin biosferə təsiri nəticəsində (məsələn, su hövzələrinin 
dayazlaşması, bir sıra kiçik çayların itməsi, göllərin quruması və s.) su 
ehtiyatlarının tükənməsi meşələrin qırılması, çöllüklərin fasiləsiz şumlanması, 
meliorasiya şəbəkələrinin düşünülmədən inkişafı, maldarlıq üçün otlaqların 
tənzimlənməməsi və s. səbəblərdən baş verir. 
Suya tələbatın kəskin surətdə artması bir sıra amillərlə bağlıdır. 
Birincisi, böyük su sərfi tələb edən texnoloji proseslərin inkişafı (məsələn, pambıq 
və ya yuna nisbətən süni liflərin hazırlanması xeyli çox su sərfi tələb edir). 
Sənayenin sürətlə inkişafı nəticəsində onun suya tələbatı ildə 6-8% artır. 
İkincisi, insanların əmək və məişət şəraitlərinin yaxşılaşması nəticəsində məişət 
ehtiyaclarına sərf olunan suyun miqdarı ildən-ilə artır. Hazırda böyük şəhərlərdə 
gündə hər bir nəfərə düşən su sərfi 200 l-ə çatır və yaxın gələcəkdə bunun 400 l-ə 
çatacağı gözlənilir. 
Üçüncüsü, kənd təsərrüfatında su sərfi (suvarmaya, məişət ehtiyaclarına və s.) 
müntəzəm surətdə artır. 
Şəhərlərdə istehlakçılar arasında suyun əlverişsiz paylanması da öz təsirini 
göstərir. Belə ki, bir sıra müəssisələrində texniki məqsədlərlə içməli sudan istifadə 
edilir. 


Suyun çirklənməsi dedikdə, su obyektinə suyun tərkibini və xassələrini pozaraq 
onu su istifadəçiləri üçün yararsız edən və ya orada su orqanizmlərinin yaşayış 
şəraitini pisləşdirən miqdarda (qatılıqda) çirkləndiricilərin daxil olması nəzərdə 
tutulur. Suyun təbii çirklənmə mənbələri daşqınlar, sahillərin yuyulması, 
çirklənmiş atmosfer yağıntıları, torpaqdan yuyularaq daxil olan elementlər olur. 
Suyun antropogen çirklənməsi insanın məişət, kənd təsərrüfatı, sənaye və digər 
fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif maddələrin maye, bərk və ya kollond 
halında su hövzələrinə atılması nəzərdə tutulur. 
Su mənbələrinin çirklənməsi prosesində çox vaxt ora sənaye tullantı sularının 
atılması həlledici rol oynayır. Bəzi rayonlarda su hövzələrinin ümumi 
çirklənməsində sənaye sularının xüsusi çəkisi 70-90% təşkil edir. Su hövzələrinə 
ən böyük ziyan vuran amil kimya, neftçıxarma, neft emalı, neft-kimya, sellüloz-
kağız sənaye müəssisələrinin tullantı sularıdır. 
Su hövzələrinin digər geniş yayılmış çirklənmə mənbəyi kənd təsərrüfatında 
məhsuldarlığı artırmaq və ziyanvericilərlə mübarizə məqsədi ilə kütləvi surətdə 
tətbiq edilən kimyəvi gübrələrdir. 
Suyu çirkləndirən amillər öz xarakterinə görə bioloji, kimyəvi, mexaniki, fiziki 
(suyun isidilməsi, radiasiya təsiri və s.) ola bilər. Su hövzələrində suyun 
çirklənməsi bioloji məhsuldarlığı aşağı salır, təsərrüfat və ekoloji itgilərə şərait 
yaradır. 
Su hövzələrinin çirklənməsi onların flora və faunasının kasadlaşmasına səbəb olur. 
Bundan əlavə, şirin su mənbələrinin çirklənməsi, onun keyfiyyətinin pisləşməsi 
əhalinin sağlamlığını böyük təhlükə qarşısında qoyur və çox vaxt yoluxucu 
xəstəliklərin əmələ gəlməsinə səbəb olur. 
2. 
Dəniz bioloji mühitinə neft çirkləndiuricilərinin təsiri. 



Təbiətdə olan bütün növ çirkləndiricilər, o cümlədən, insanın fəaliyyəti nəticəsində 
əmələ gələn çirklənmələr son nəticədə Dünya okeanına daxil olur. Həmin 
çirkləndiricilərə bütün növ sənaye çirkabları və tullantıları, o cümlədən zəhərli və 
təhlükəli maddələr daxildir. 
Dəniz mühitinin çirklənməsi əsasən, insanın dəniz dilindəki fəaliyyəti ilə, məsələn, 
neft və qazın kəşfiyyatı, çıxarılması, həmçinin gəmiçilikdə, yəni gəmi sularının 
dənizə atılması ilə bağlıdır. Külli miqdarda neft və neft məhsullarının çıxarılması, 
daşınması, emal edilməsi, paylanması və istehlak dəniz mühitini müxtəlif yollarla 
çirkləndirir. 
Neftdaşıyan gəmilərdə və neft quyuları yerləşən platformalarda qəzalar baş 
verdikdə dəniz mühiti daha geniş miqyasda çirklənir. Bəzən də gəmilərdən dənizə 
neft qalıqları bilərəkdən atılmaqla mühit çirklənir. 
Dənizin bioloji mühitinə neft çirkləndiricilərinin zərərli təsiri aşağıdakı formalarda 
təzahür edir: 
1. Dəniz orqanizmlərinin neft pərdəsi ilə bürünüb boğulması nəticəsində onların 
birbaşa məhv edilməsi. 
2. Dəniz orqanizmlərinin neft məhsulu ilə təması nəticəsində zəhərlənərək məhv 
olması. 
3. Qəza nəticəsində neft dağılan yerdən müəyyən məsafədə müşayiət olunan, suda 
həll olmuş toksik komponentlərin təsirindən dəniz orqanizmlərinin birbaşa məhv 
olması. 
4. İnkişafda olan, körpə orqanizmlərin məhv olması. 
5. Dəniz orqanizmlərinin qidalandığı dəniz məhsullarının məhv olması. 
6. Dəniz orqanizmlərinin neftlə təması nəticəsində müxtəlif xəstəliklərə qarşı 
müqavimətlərinin zəifləməsi. 
7. Dənizin balıq ehtiyatlarının məhv edilməsi. 
8. Müxtəlif dəniz orqanizmlərinin yaşamaq və fəaliyyət göstərmək 
qabiliyyətlərinin aşağı düşməsi. 


Son zamanlar dənizə kimya sənayesi tullantılarının və radiaktiv tullantıların 
atılması dəniz mühitinə olduqca böyük mənfi təsirlər göstərir. 
Yuxarıda göstərilən üç əsas çirklənmə mənbələrindən (neft məhsulları, kimya 
istehsal tullantıları, radioaktiv tullantılar) əlavə dəniz mühiti bir sıra digər 
mənbələrdən də - təmizlənməmiş tullantı suların dənizə buraxılması, kənd 
təsərrüfatı sahələrindən kimyəvi gübrələrin, pestisidlərin yuyularaq dənizə 
axıdılması və s. çirklənə bilər. 
Bunun nəticəsində dəniz mühitinin flora və faunası tamamilə məhv ola bilər,hətta 
bəzi canlı orqanizmlərin nəsli kəsilə bilər.Nəzərə almaq lazımdır ki,su mühitində 
yaşayan canlılrın əksəriyyətində insanlar qidalamaq üçün də istifadə 
edirlər.Buradan belə qənaətə gəlmək olar ki,dəniz və okean mühitində yaşayan 
canlıları məhvi və nəslinin kəsilməsi ərzaq təhlükəsizliyinə ,sənayenin dayanıqlı 
fəaliyyətinə də mənfi təsirsiz ötüşmür.Həmçinin yuxarıda qeyd edilən sahə üzrə də 
işləyən insanların ,bu sahədə işsizlik problemləri meydana gələ bilər. 
Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, hidrosferin dəyişməsi ilə əlaqədar 
olan baş verən fövqəladə hadisələrin nəticələri sosial-iqtisadi tənəzzülə gətirib 
çıxarır. 
3.
 
Ətraf mühitin keyfiyyətinin dəyişməsinin obyektiv və subyektiv səbəbləri. 
Dialektik materializm öyrədir ki, təbiəti və cəmiyyəti özündə birləşdirən 
obyektiv dünyanının ən əsas xüsusiyyətlərindən biri predmetlərin və hadisələrin 
ümumi əlaqəsinin mövcudluğu təşkil edir. Bu əlaqələrin xarakteri çox müxtəlif ola 
bilər. Bundan başqa onlar durmadan qarşılıqlı fəaliyyət vəziyyətindədirlər. Məhz 
elə səbəb-nəticə əlaqələrinin mürəkkəbliyi bu və ya digər texniki ya iqtisadi 
prosesin uzaq nəticələrinin proqnozlaşdırılmasının əsas çətinliyi təşkil edir. Engels 
yazırdı: “Messopotamiyada, Yunanıstanda, Kiçik Asiyada və digər yerlərdə 
meşələri qırmaq yolu ilə əkin torpaqları əldə etmək istəyən insanların heç 
yuxusuna belə gəlməzdi ki, onlar bu yolla bu ölkələrinin hazırkı səhralaşmasının 
əsasını qoymuş, meşələrlə bərabər onları suyun yığılması və saxlanılması 
mərkəzlərindən məhrum etmişlər”. 


Eyni zamanda, özlərinin, ailələrinin yaşaması üçün yollar axtaran o nəsillərin
gələcəyi görmədən əldə etdikləri “təbiətin ram edilməsi” üsullarını düzgün 
sayaraq, bu cür hərəkət etmələrini də anlamaq olar. Engels yazırdı: “Lakin, gəlin 
özümüzü təbiət üzərində qələbələrimizlə aldatmayaq. Hər belə qələbəyə görə o 
bizdən intiqam alır. Doğrudur, hər bir belə qələbə bizim birinci mərhələdə 
gözlədiyimiz nəticəni verir, lakin sonrakı, ikinci və üçüncü mərhələlərdə, tamamilə 
başqa, özü də əksər hallarda birincinin əhəmiyyətini puç edən, gözlənilməz 
nəticələrlə, sonuclanır”. 
Belə məlum olur ki, maddi istehsalın artımı əhali artımını əhəmiyyətli dərəcədə 
qabaqlayır. Əgər son yüz il ərzində insanların sayı 3 dəfə artıbsa, həmin müddətdə 
istehsal artımı daha çox yüksəlib. Hazırda Yerin tərkindən hər il 100,0 mlrd. ton 
filiz: yanacaq, o cümlədən 4,0 mlrd. ton neft və təbii qaz, 2,0 mlrd. ton daş kömür, 
tikinti materialları çıxarılır. Əkin sahələrinə 94,0 mln. ton mineral gübrə, 2,0 mln. 
ton zəhərli maddələr səpilir. Atmosferə 200,0 mln. tondan artıq SO2, 50,0 mln. ton 
karbohidrogen, 150,0 mln. ton SO2, 53,0 mln. ton azot oksidi birləşmələri, 250,0 
mln. ton mexaniki toz qarışıqları tullanılır. Dünya okeanına ildə 10,0 mln. tona 
qədər neft məhsulu atılır. Hər il 6-7 mln. ha. torpaq kənd təsərrüfatı üçün yararsız 
hala düşür. 
MDB ölkələrində ildə 5,0 mlrd. ton bütün xammal növlərindən, yəni sutkada hər 
adambaşına 50,0 kq istifadə olunur. Bütün dünyada, o cümlədən Rusiyada da 
müasir sənaye istehsalının xüsusiyyəti ondan ibarətdir ki, istifadə olunan 
resursların 1-10%-i hazır məhsula çevrilir, qalan 90-99%-i isə enerjidaşıyıcısı, 
təkrar emal xammalı və əsas etibarı ilə ətraf mühiti çirkləndirən tullantılardan 
ibarətdir. 
Cəmiyyət və təbiət arasında maddələr mübadiləsi prosesinin strukturu və 
mərhələləri: 
Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi və bunun ətraf mühitə təsiri məsələlərinə 
baxıldıqda aşağıdakı mərhələləri qeyd etmək lazımdır. 
1. Ehtiyatların kəşfiyyatı və axtarışı. Bu mərhələdə mühitə təsir cüzidir. 


2. Təbii ehtiyatların sənaye üsulu ilə mənimsənilməsi iki mərhələdən ibarətdir: a) 
əldə olunan ehtiyatların istifadəsinə texnoloji hazırlıq; b) infrastruktur 
mənimsənilmə. 
Bu mərhələlərdə müəyyən dərəcədə müşahidə edilən ciddi ekoloji ziyan, nəticə 
etibarı ilə landşaftların düşünülməmiş dəyişdirilməsi, infrastruktur sahəsində 
perspektiv planlaşdırma qərarları ola bilər. Təmizləyici qurğulara, yeraltı 
sərvətlərinin qeyri-filiz hissəsinin istifadəsinə kifayət qədər diqqətin olmaması 
neqativ nəticələrə gətirib çıxara bilər. 
3. Ehtiyatların istehsalı 4 mərhələni birləşdirir: a) ilkin xammalın alınması; b) 
enerji və materialların əldə edilməsi; v) materiallara müvafiq forma verilməsi; q) 
materialların yığma və montaj prosesləri ilə “uyğunlaşdırılması”. Bu mərhələlərdə 
aşağıdakı, daha səciyyəvi olan çirklənmələr: daş kömür hasilatında, - şor şaxta 
suları, boş süxur terrikonları; neftçıxarmada, - lay suları, yerin üst qatının, o 
cümlədən su hövzələrinin çirklənməsi, oksigen rejiminin pozulması; filiz 
hasilatında; 
qeyri-filiz 
tullantıları. 
Əldə olunmuş materialların kondensə olunması, 
zənginləşdirilməsi zamanı mühit təkcə qeyri-filizlərlə deyil həm də hasilat 
prosesinin aparılması, təbii ehtiyatların təmizlənməsi, zənginləşdirilməsi üçün 
zəruri olan reagent və enerjinin hesabına təkrar çirkləndiricilərlə də çirkləndirilir. 
4. Ehtiyatların istehlakı. Bu mərhələdə əmələ gələn tullantılar təkrar xammal və ya 
ətraf mühitin çirkləndiriciləri ola bilər. 
5. Mineral və energetik resursların istehsalının və istehlakının tulllantılarının təbii 
proseslərin dövrü hərəkət sisteminə qaytarılması. Bu mərhələ “ekoloji resikliklik” 
adı almışdır. Bu həm təbii ekoloji resikliklik, məsələn kənd təsərrüfatı istehsalının 
tullantıları olan samanın, tağım və digərlərinin çürüyərək torpağa qaytarılması və 
ya insan tərəfindən tənzimlənən resikliklik ola bilər. 
6. Materialların və enerjinin təkrar istifadəsi. Bu mərhələ təkrar xammalın yığılıb 
istifadə edilməsidir. İnkişaf etmiş ölkələrdə təkrar xammal və enerjidən istifadənin 
həcmi ilbəil artır. 


7. Material və enerji ehtiyatlarının yenidənbərpası: a) təbii özünübərpa; insan 
tərəfindən tənzimlənən bərpa. 
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə olunmasını 
kateqoriyası mahiyyətcə eyni problemin iki tərəfidir. Bütün ölkələrdə ətraf mühitin 
çirklənmə səviyyəsi artdıqca təbii ehtiyatların, potensialın bərpasına qoyulan 
xərclər də artır. Yeni xammal ehtiyatlarının geoloji tədqiqatına, kəşfiyyatına 
qoyulan xərclər dəfələrlə artır. Su hövzələrinin həcmləri azaldıqca yenilərinin 
yaradılmasına çəkilən xərclər kəskin surətdə yuxarı qalxır. Məsələn, əgər 50,0 
mln.kub m. həcm üçün xərc indeksini 100 qəbul etsək, onda 5,0 mln.kub m. həcm 
üçün xərc indeksi 400 təşkil edər. Ekoloji resiklikliyi təmin etmək üçün də (bu 
prosesin normal keçməsi üçün bütün mane olan qıraq qarışıqlar çıxarılmalıdır) 
xərclər kəskin surətdə yüksəlir. 
Psevdoiqtisadi anlayışlara görə cəmiyyət özünün hər bir maddi istehsal 
mərhələsində, durmadan artan xərclər tələb edən təbiəti mühafizə tədbirlərinin 
həyata keçirilməsini sonraya qoymağa çalışır. Bunun nəticəsi olaraq həm ətraf 
mühitin vəziyyəti pisləşir, həm də təbii ehtiyatların tükənməsi səbəbindən onların 
qiyməti artır. Bu “ictimai dairəni” sübut edən çoxsaylı nümunələr vardır. 
Son onillikdə təbiətdən istifadənin iqtisadiyyatı kimi elmi istiqamət inkişaf 
etməkdədir. Bu elmin çərçivəsində təbiəti mühafizə maraqları ilə istehsalat 
maraqları arasında kompromis axtarışları durmadan davam edir. Mahiyyət etibarı 
ilə 
söhbət 
maddi 
istehsal 
prosesində 
təbiətə 
vurulan 
ziyanın 
minimallaşdırılmasından gedir. İstehsalçı, subyektiv olaraq vurduğu ekoloji ziyanı 
ödəməkdə maraqlı olmur və buna görə də bu ödəmələrin alınması təbiəti mühafizə 
üzrə qanunlara əsasən tənzimlənir. Bu qanunların mahiyyəti ondan ibarətdir ki, 
təbiətə vurulan ziyana görə kompensasiya xərclərinin istehsal xərclərinə onun 
ayrılmaz hissəsi kimi daxil edilməsi təmin edilir. Nəticə etibarı ilə texnologiyaların 
tullantısız və ya az tullantılı istehsal istiqamətində təkmilləşdirilməsinə, bütün növ 
təbii ehtiyatlardan qəti surətdə səmərəli istifadə edilməsinə stimul yaranır. Bu da 
ətraf mühitin səmərəli mühafizəsinə aparan əsas yoldur. 


Təbii mühitin pisləşməsinin subyektiv səbəblərinə təbiətdən istifadədə, təsərrüfat 
fəaliyyətinin planlaşdırılmasında yol verilən səhvləri, o cümlədən həddən artıq 
enerji tutumlu istehsal növlərinin yaradılmasını aid etmək olar. 
Yoxlama sualları: 
1.Su ehtiyatlarının tükənməsinin əsas səbəbləri nədir? 
2.
Dənizin bioloji mühitinə neft çirkləndiricilərinin zərərli təsiri hansı formalarda 
təzahür edir? 
3.Biosferin vəziyyətinin dəyişməsinə təsir edən amillər hansılardır? 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə