Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Nüfuzedici radiasiya, işıq şüalanması və onun xarakteristikası, elektromaqnit  impulsu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
3. Nüfuzedici radiasiya, işıq şüalanması və onun xarakteristikası, elektromaqnit 
impulsu.
 
 
İşıq şüalanması 
- nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı 
gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti 
nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq 
şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli 
yerləşmiş səthin hər bir kvadrat sanitimetrinə bütün şüalanma ərzində düşən işıq 
enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m
2
və 
yaxud kal/sm
2
qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun 
kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən 
asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq 
məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi 
korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, 
yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. 
Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm
2
işıq impulsu 
19 km; 10 kal/sm
2
-15 ka, 16 kal/sm
2
-10 km məsafədə mövcud olur ki, nəticədə 
müvafiq surətdə bədənin açıq hissələrində yüngül (I dərəcəli), orta (II dərəcəli) və 
ağır (III dərəcəli) yanğınlar baş verə bilər. İşıq şüalanması qeyri-şəffaf 
materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış 
məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilər. 
İşıq şüalanmasının təsiri metodoloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və 
qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq 
şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. 
Nüfuzedici radiasiya 
- nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa 
yayılan, gözə görünməyən qamma - şüalar və neytron selindən ibarətdir. 


Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar canlı 
toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində 
maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat 
fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə 
qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Xəstəliyin 
əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin 
aldığı şüanın dozasından asılı olur. 
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), 
rentgen (R), rad ölçü vahidlərilə ölçülür: 1 qr=100 rad;
1 r = 0,95 rad. 
Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulurlar: 
I yüngül dərəcəli D=100-200 rad (1-2 Qr); 
II orta dərəcəli D=200-400 rad (2-4 Qr); 
III ağır dərəcəli D=400-600 rad (4-6 Qr); 
IV çox ağır dərəcəli D>600 rad (6 Qr); 
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri 
zəifləyir. Məsələn, poladın - 2,7 sm, betonun - 10 sm, torpağın - 14 sm, suyun - 23 
sm, ağacın - 30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir (bunlara 
yarımzəiflətmə qatı deyilir). Nüfuzedici radiasiyadan mühafizə məhz materialların 
bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 
dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir. 
Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha 
çox zəifləyir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə