Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Kütləvi qırğın silahları (KQS)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Kütləvi qırğın silahları (KQS)
- müxtəlif növ kütləvi zəhərlənmələr, dağıntılar və 
təlafat törətmək üçün nəzərdə tutulan ən təsirli silahlardır. Mövcud növləri: atom 
(nüvə) silahı, kimyəvi silah, bakterioloji (bioloji) silahdır. 
XX əsrin son onilliklərindən etibarən “kütləvi qırğın silahları əvəzinə “müasir 
qırğın (zədələyici) vasitələri ifadəsi işlədilir və müasir orduların cəbhəxanalarında 
olan bütün döyüş vasitələrinin cəmi nəzərdə tutulur. 
Qarışıq zədələnmə ocağı
- eyni zamanda müxtəlif kütləvi qırğın vasitələrinin və ya 
onların bir neçə amilinin təsirinə məruz qalmış əraziyə deyilir. Burada dağıntılar, 
yanğınlar, zəhərlənmə və s. baş verir, habelə ikinci zədələyici amillər meydana 
çıxıb təsir göstərə bilir, adamlar qarışıq zədələnmələrə (yaralanma, yanıq, 
zəhərlənmə və s.) məruz qalırlar. 
Qasırğa
- təbii fəlakətin növlərindən biridir; sürəti saniyədə 32,6 metrdən artıq 
(Bofort şkalası üzrə 12 bal) olan, dağıdıcı qüvvəyə malik və xeyli müddət davam 
edən küləkdir. 
Qar uçqunu (marxal) 
- qarın, buzun sıldırım dağ yamacı boyu gözlənilmədən və 
sürətlə yuxarıdan aşağıya, əhalinin həyatına və sağlamlığına, təsərrüfat 
obyektlərinə, ətraf mühitə təhlükə yaradan və yarada biləcək balda hərəkəti. 
Qəza
- texnogen mənşəli və ya digər təsadüfi xarici təsir nəticəsində baş verən və 
texnikanın, nəqliyyat vasitələrinin, bina və avadanlığın sıradan çıxmasına, eləcə də 
insanların xəsarət almasına səbəb olan ekstremal (ifrat təsiri) hadisələr. Bunlar: 
istehsalat qəzalarından və nəqliyyat qəzalarından ibarət ola bilər. İnsan tələfatı ilə 
nəticələnən qəza - faciə (katastrofa) adlanır. 


Nüvə partlayışının ikinci zədələyici amilləri
- nüvə partlayışı zədələyici 
amillərinin təsirindən törəyən yanğınlara, uçqun qırıntılarının (daş-kəsəyin və s.) 
kənara atılmasının nəticələrinə, zəhərli maddə tutumlarının dağılması sayəsində 
baş verən zəhərlənmələrə və s. deyilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə