Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Burulğan. 
Müəyyən mərkəz və ya ox ətrafında havanın yer və ya su səthi üzərində 
fırlanma hərəkəti. Ən iri əmələgəlmə forması - siklon, ən kiçiyi isə Azərbaycanın 
düzənlik rayonlarında gicəvar adlanan burulğandır. Dünyanın müxtəlif yerlərində 
tromb, smerç kimi növləri var. Burulğanın amerikan sinonimi mornanodur
Rusiyada isə smerç, kimi məşhurdur. Böyük dağıntılara səbəb olur. 
Əmələ gəlməsi atmosferdə güclü qeyri-sabit stratifikasiya ilə əlaqədardır. Fırlanma 
hərəkəti nəticəsində mərkəzdə hava kəskin surətdə seyrəlir və yüngül predmetləri
tozu, hisi özünə çəkib yuxarı qaldırır. 
Azərbaycan ərazisi üçün burulğanın kiçik forması yayda səthi güclü sürətdə qızan 
Kür-Araz ovalığı və Naxçıvan MR-da Arazyanı düzənlik üçün səciyyəvidir. Bu 
hadisə çox vaxt əkin sahələrində torpağı sovurur, bitkilərə ziyan vurur. Onun daha 
təhlükəli olan smerç forması Xəzər dənizi üzərində nadir hallarda müşahidə edilir. 
Smerç, gəmi hərəkəti üçün təhlükəlidir. 


Proqnozu çətin verilir, ona qarşı fəal mühafizə tədbirləri yoxdur. 
Qasırğa.
Böyük dağıdıcı qüvvəyə malik olan küləkdir. Qəfil fırtınadan fərqli 
olaraq bu, uzun müddət davam edir, tikililəri, evlərin çardağını dağıdır, iri ağacları 
yıxır. Qasırğa zamanı küləyin gücü çox vaxt 12 baldan yuxarı (saniyədə 30 m və 
daha çox) olur. 
Qasırğa ən çox tropik en dairələrində baş verir. Bizim şəraitdə ən güclü xəzri 
zamanı yaranan vəziyyəti qasırğa hesab etmək olar. Güclü xəzri zamanı küləyin 
sürəti bir neçə saat və hətta gün ərzində 35-45 m/san-yə çata bilir. 
Ən çox Abşeron yarımadası, o cümlədən Bakı və Sumqayıt üçün səciyyəvidir. 
Sinoptiklər onun proqnozunu çox vaxt dəqiq verirlər. 
Qasırğaya qarşı fəal təsir üsulları yoxdur. Lakin onun ildə bir neçə dəfə Bakı və 
Abşeronda baş verməsi nəzərə alınmalıdır. 
2. Quraqlığın yaranma səbəbləri, dolu və doluvurma. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə