FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Ovladılar // dovşanı // tədbir ilə



Yüklə 0,72 Mb.
səhifə49/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Ovladılar // dovşanı // tədbir ilə.
Olmadılar // razı onu // bölməyə,
Çıxdı iş // axır ölüb// - öldürməyə.
Axırıncı misrada ölçü əslində belə olmalıdır.
Çıxdı iş a // xır ölüb- öl// dürməyə.
(A.Səhhət. «Ayı və şir»)
Ritmi mütənasiblik, ahəngdarlıq, cəldlik və sürətliliklə qarışdırmaq olmaz.
Şer iki, üç və daha çox ölçülü ola bilər.
İkiölçülü:
Əsdi xəzan // payız yetişdi,
Bağların əhvalı // tama dəyişdi.
Küləklər taladı // bağçanı,bağı.
Söndü al güllərin // yanar çırağı.
(N.Gəncəvi)
Üçölçülü:
Göyərin, // göy çəmənlərim, // göyərin!
Sünbülüm , // yasəmənlərim,// göyərin!
Açılın, // iyli gülləri, // açılın!
Allı,// əlvanlı güllərim// açılın!
(A. Səhhət)
Klassik poeziyada, adətən, hər bir misrada fikir tam və ya qismən tamamlanır. Oxucu hər bir sətrin axrında dayanır. Belə şerlərdə ritmi gözləmək də asan olur.
Bəzən fikir iki və ya üç misrada tamamlanır:
İnsan insanla,
Dosta inamla,
Yaşar dünyada.
Dostluğun gücü,
Qüdrəti vardır.
Həmdəmi, dostu
Olan insanın
Qəlbi bahardır.
(İ.Tapdıq)
Bəzən yeni fikir misranın ortasında başlanır:
Evimizdə\ mən hamıdan
Çox sevirəm / nənəmi//.
Qış gecəsi / dizi üstə/
Oturdaraq / o məni/
Heç yorulmur. // Şirin – şirin/
Gah o mənə / mahnı deyir/,
Gah ceyrandan danışır//.
(G.Fəzli)
Bu parçada «Qış gecəsi dizi üstə oturdaraq o məni heç yorulmur» cümləsi üç misrada verilmişdir, lakin kiçik fasilələrlə birnəfəsə oxunur.
Bəzən bir bənddə fikirbir cümlə ilə verilir:
Hər zəmidən /bi sünbül/,
Hər bağçadan /çiçək, gül/

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə