FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


- Şer hansı sözlərlə başlanır? (Dağların zərif qızı, mavi gözəli, Göy göl)



Yüklə 0,72 Mb.
səhifə57/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

- Şer hansı sözlərlə başlanır? (Dağların zərif qızı, mavi gözəli, Göy göl).
- Şair niyə Göy gölü « dağların qızı » adlandırır? ( Dağların arasında yerləşdiyinə görə).
- Bəs nə üçün zərif qızı, mavi gözəli deyə müraciət edir? (Göy göl dörd tərəfdən sıx meşəli dağlarla əhatə olunduğundan çox incə, yaraşıqlı görünür. Suyunun saflığından, həm də meşələr suda əks olunduğundan o, mavi rəng alır).
- Şair maralların güzgüsü sözləri ilə nə demək istəyir? (Göy göl dövlət qoruğudur. Meşədə çoxlu maral var. Onlar su içmək üçün gölün sahilinə enəndə suda öz əksini görürlər).
- Günəş gözlü sözlərini necə başa düşürsünüz? ( Günəşli günlərdə Göy gölün durna gözü kimi təmiz sinəsində günəş əks olunur. Yuxarıdan baxanda günəş gölün gözünü xatırladır).
- Şair Göy gölü daha nəyə bənzədir? ( Həcərin mavi örpəyinə).
- Bəs «Bu dağlarda çırpınan Koroğlu ürəyisən» sözlərini necə başa düşürsünüz? (Göy göl xalqımızın qəhrəmanı Koroğlunun ürəyi kimi xalqa məhəbbətlə döyünür, amma dağların arasından çıxa bilmir. Orada ləpələnir, dalğalanır, yenə sakitləşib dayanır).
Ə.Kərimin “Dənizdə şəhər” şerinin çox gərgin dramatik süjeti var. Müəllim şerin ideya məzmunu ilə əlaqədar müsahibə aparır. Dəniz neftçilərinin, ümumiyyətlə, fədakar əmək adamlarının qəhrəmanlığı haqqında nələri bildiklərini xəbər alır. Müsahibəni yekunlaşdırarkən müəllim şağirdlərin doğrudan da əmək adamlarının 6 nəfərdən ibarət briqadanın qorxmazlığı. Mətinliyi haqqında gözəl misallar gətirdiklərini və həqiqətən Xəzər dənizində baş vermiş bir hadisə haqqında Şer oxuyacağını söyləyir.
Müəllim şeiri ifadəli oxumağa başlayır. Sakit tonda və aramla oxuyur.
Uşaqla ata arasında sakit tonda başlanan söhbət oxucuda atanın öz iş yerini təsvir edəcəyi və orada görülən işlərdən məlumat verəcəyi təsəvvürünü yaradır. Birdən atanın söhbəti qarşıya çıxan çətinliklərə yönəlir. O, dənizin çırpıntısından söz açır:
Hirslənib səhərəcən
Yatırsa da göy dəniz,

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə