ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə1/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
  1   2   3   4   5   6   7   8   9   ...   153


ƏSRƏ BƏRABƏR BĠR ĠLĠN SALNAMƏSĠ
 
 
Elçibəy HAQQı hamımızdan çox sevən, HAQQı hamımızdan incə dərk edən və bütün varlığını 
yalnız HAQQa həsr edən əlyetməz bir ərəndi! 
ÇağdaĢ  dünyamızda  HAQQın  mahiyyətinin  Elçibəy  qiyməti  var  -  onun  öz  haqqını  baĢqaları 
daim tapdalasa da!  
Elçibəy  -  dövlət,  millət,  insan,  vətəndaĢ,  türk  uğrunda  usanmadan  çarpıĢan  ən  mübariz  bir 
insan!  
Elçibəy - Milli Azadlıq Hərəkatımızın lideri, Millətin ucalıq məktəbinin ulu memarı! 
Elçibəy məktəbdi - yetirmələrinin bir neçəsi sədaqətli çıxmasa da!  
Elçibəy Bütöv Azərbaycan ideyasını gündəmə gətirməklə millətə qüdrət qaynağı yaratdı - bu 
ideyanı oğurlamaq istəsələr də! 
Elçibəy Bütöv Vətən mürĢidiydi! 
Elçibəy siyasətin və siyasətçilərin yerini həssaslıqla biləndi - nəinki onun, hətta özlərinin yerini 
bilməyənlər meydanda olsalar da! 
Elçibəy ĠNSAN örnəyi idi:  
düĢüncəsində - Haqq! 
varlığında - Vətən! 
sevgisində - Millət! 
siyasətində - Əxlaq! 
əməlində - Ədalət!  
Bütöv Vətənə, Millətə əsgər olmaqdan sonsuz Ģərəf duyan, ömrü örnək olan Əbülfəz Elçibəy - 
sağlığında əfsanəyə çevrilmiĢ müqəddəs bir insan haqqında nə qədər danıĢsam azlıq edəcək. 
Onu dəyərləndirməyə çalıĢmağım da əbəsdir - əsl dəyərini Tanrı və millət verib! 
…Sağlığında haqqı qəddarcasına pozulmuĢ Bəyin halı bundan pozulmadı! Haqqın müqəddəs 
dərgahına  qovuĢdu,  indiyədək  haqqını  danmıĢlara  özünün  əzəməti,  qüdrəti  qarĢısında  baĢ 
əydirdi! 
«Qaçdı» deyərək lağ edənlər, «Bəy» deyərək bəyənməyənlər qaça-qaça ayağına gəldilər - öz 
sağlıqlarında bir də belə fürsəti tapa bilməyəcəklərinə görə! 


Sağlığında  bütün  əleyhdarlarını  lərzəyə  salan,  onların  yuxusunu  ərĢə  çəkdirən  BƏY'dən 
dünyasını  dəyiĢəndən sonra da qorxurdular! Türkiyədə milyonlarla insanın onunla 
vidalaĢmağa  gələcəyini,  onu  yola  salacağını  duyan  milyonları  saymaq  ustaları 
buna dözmədilər!.. 
Elçibəyi  beyinlərdən,  ürəklərdən  silməyə,  Ģəklini  kitablardan  çıxarmağa  çalıĢan  dargözlərin 
illər  boyunca  apardıqları  mücadilə  boĢuna  getdi  -  milyondan  çox  millət  övladı,  Elçibəysevər 
qızmar  günəĢin,  gurĢad  yağmurun  altında  Bəyin  ruhuyla  addımladı,  ona  bitməz-tükənməz 
hərarətli sevgisini göstərdi! 
BƏY  kommunistlərin  gözdən  saldığı  bir  torpağı  da  müqəddəsləĢdirdi!  Ailə  quranların  ilk 
ziyarəti və millətə sevginin enerci mənbəyi oldu müqəddəs məzarı!  
*** 
 
Prezident Elçibəy Azərbaycanın bütün tarixi boyunca demokratik yolla seçilmiĢ ilk (və hələlik 
son)  dövlət  baĢçısı  idi.  Məhz  onu  seçməkdən  ötrü  seçki  məntəqələrinə  getmiĢ  milyonlarla 
vətəndaĢ sevərək getmiĢdi. Bu sevgi Elçibəyin milləti sevməsindən qaynaqlanırdı.  
Sıravi Azərbaycan vətəndaĢı ürəkdən inanırdı ki, onun seçdiyi prezident Elçibəyin Ģəxsi həyatı 
onunkundan heç nəylə fərqlənməyəcək. O arxayındı ki, Elçibəy millətin sərvətlərini öz qohum-
qardaĢının  malına  çevirməyəcək,  milyonlarla  rüĢvət  yığmayacaq,  ona  yalan  söyləməyəcək, 
onun ailəsini çörəyə möhtac qoymayacaq, onunla heç vaxt barmaq hədəsiylə danıĢmayacaq, 
onu  haqsız  zindana  saldırmayacaq,  Azərbaycan  torpaqlarını  qaytaracaq,  millətimizin, 
dövlətimizin  mənafeyini  hər  zaman  uca  tutacaq.  Millətin  inamını  addımbaĢı  görən, 
səmimiyyətini duyan prezident Əbülfəz Elçibəy özünü millətin əsgəri saydı.  
Prezident Elçibəy öz vəzifələrini yerinə yetirməyə çalıĢdı və yerinə yetirdi.  
Prezident  Elçibəyi  möhkəm,  bir  əldə  cəmlənmiĢ,  Ģəxsi  sərvətini  və  Ģöhrətini  təmin  edən 
hakimiyyət yaratmaq yox, demokratik idarəetmə sistemi qurmaq düĢündürdü. 
Ömrünü  soydaĢlarının  azadlığı  uğrunda  mübarizəyə  həsr  etmiĢ  Elçibəy  prezident  olarkən 
onların  hüquqlarını  məhdudlaĢdırmağı  fikrinə  də  gətirmədi.  Buna  görə  də  o,  hər  kəsin 
sərbəstliyini istədi ki, azad insanların idarə etdiyi dövlət güclənsin, onun vətəndaĢları da azad, 
müstəqil olsun. 
Prezident Elçibəy Ali BaĢ Komandan kimi tabeliyindəki güc nazirliklərinin funksiyalarını yerinə 
yetirməli  deyildi.  Ancaq  o,  güclü  ordumuzun,  peĢəkar  təhlükəsizlik  və  polis  orqanlarımızın 
formalaĢması  yolunda,  dövlətimizin,  torpaqlarımızın,  və  soydaĢlarımızın  təhlükəsizliyinin 
etibarlı təmin edilməsi üçün əlindən gələni etdi. Nə yazıqlar ki, düĢmənlərimizlə əlbir olmuĢ 
güc qurumlarının bəzi kadrları dövlətçiliyə dönük çıxaraq hakimiyyətin qiyamla devrilməsində 
iĢtirak etdilər.  


Prezident Elçibəy öz soydaĢlarına qarĢı nə qədər humanist idisə Azərbaycan düĢmənləriylə bir 
o qədər sərt, ötkəm və barıĢmazdı. O, Ģəxsən özünə qəsd etməyə çalıĢmıĢ sıravi yurddaĢlarını 
bağıĢlayırdı, ancaq millətinin övladlarına güllə atmıĢlara qarĢı amansız idi. 
Millətinin iki əsrlik arzularını həyata keçirən prezident Elçibəy Rusiya kimi bir imperiyanın 70 
minlik ordusunu Azərbaycan torpağından çıxarmağa nail oldu. Bu yolda prezident kürsüsünü 
itirəcəyini bilsə də bundan qayğılanmadı.  
Prezident Elçibəy gecə-gündüz millətimizin varlanması, dövlətimizin güclənməsi, Azərbaycanın 
dünya dövlətləri içərisində özünəlayiq yer tutması uğrunda çalıĢdı.  
Prezident Elçibəy dinimizin və dilimizin də Ģərəfini ucalıqlara qaldırdı - o, islam bayramlarına 
həyat  verdi  və  indiyədək  Azərbaycanın  danıĢan  dilini  «kəsən»  Rusiyanın  prezidentiylə 
TÜRKCƏ danıĢdı, Helsinki zirvə toplantısında bütün dünya prezidentlərinin qarĢısında TÜRKCƏ 
nitq söylədi, TürkcəЁnin BMT-nin iĢlək dillərindən birinə çevrilməsi uğrunda mücadilə apardı! 
* * * 
Prezident  Əbülfəz  Elçibəy  fəaliyyətə  baĢlayanda  mən  Milli  Məclisin  «Qaçqınlar  və  xaricdə 
yaĢayan soydaĢlarla əlaqə» komissiyasının üzvü idim. AXC-də vəzifə tutmurdum. Elçibəyi bir 
siyasi  xadim  kimi  çox  yaxından  tanıyır,  onun  dövlət  quruculuğundakı  hər  bir  addımını, 
apardığı  islahatları  diqqətlə  izləyirdim.  Bir  vətəndaĢ,  sıravi  hərəkatçı  və  millət  vəkili  olaraq 
prezidentin  uğurlarından  fərəhlənirdim.  Mənəvi  yaxınlığımız  Bəy  Kələkidə  olarkən  silahdaĢ 
doğmalığına  çevrildi.  Elçibəyin  yaratdığı  və  ömrünün  son  gününədək  baĢçılıq  etdiyi  bir 
təĢkilatda 1993-cü ildə Bəyin sərəncamıyla AXC sədrinin təĢkilat məsələləri üzrə müavini təyin 
olundum.  
Elçibəy həm öyrənilməli tarix məktəbi, həm də tarixi öyrədən ensiklopedik bilikli müəllimdir. 
Xalqımızın  o  Məktəbi,  o  Müəllimi  incəliklə  öyrənməyə  böyük  ehtiyacı  var.  Bu  yolda  hər  bir 
təĢəbbüs  millətimizin  tərəqqisinə  aparacaq.  Bu  baxımdan  Ədalət  Tahirzadənin  kitabını  da 
Elçibəy məktəbinin öyrənilməsinə edilmiĢ dəyərli və cəsarətli bir cəhd saymaq olar.  
Ġndiyədək Əbülfəz Elçibəy haqqında onun silahdaĢlarının: professor Kamil Vəli Nərimanoğlu, 
Fazil  Qəzənfəroğlu,  Akın  Səmədoğlu,  Oqtay  Məmmədov  və  baĢqalarının  kitabları  iĢıq  üzü 
görüb. Azərbaycan oxucusu ElçibəyĢünas kimi məhz Ədalət Tahirzadəni tanıyır. Onun əsərləri 
həm tutumuna, həm də əhatə etdiyi dövrə görə daha geniĢdir.  
1992-ci  ildə  Elçibəyin  «Bu,  mənim  taleyimdir»  və  «Deyirdim  ki,  bu  quruluĢ  dağılacaq» 
kitablarını  tərtib  edərək  oxuculara  çatdıran  Ədalət  bəy  sonrakı  illərdə  onun  «Bütöv 
Azərbaycan yolunda» əsərinin də nəĢrə hazırlanmasında iĢtirak etmiĢ, 1999-cu ildə «Elçibəylə 
13  saat  üz-üzə»  adlı  möhtəĢəm  müsahibəni,  Bəy  dünyasını  dəyiĢəndən  sonra  isə  onun 
haqqında  «Savalanda  görüĢənədək,  Bəy!»  adlı  xatirələr  toplusunun  ilk  kitabını  nəĢr 
etdirmiĢdir.  Elçibəy  haqqında  çoxlu  məqalələrin  və  onunla  neçə-neçə  müsahibənin  müəllifi 
olan  Ədalət  bəyin  Milli  liderimiz  haqqında  ən  böyük  əsəri  354  səhifəlik 
"Elçi  Bəy" (1999)
 
monoqrafiyasıdır.  Bu  kitabda  Elçibəyin  uĢaqlıq  illərindən  1993-cü  ildə  Kələkiyə  getdiyi 
günədək olan 55 illik ömrü iĢıqlandırılıb. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə