ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə2/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   2   3   4   5   6   7   8   9   ...   153

Ə.Tahirzadənin  «Prezident  Elçibəy»  adlı bu yeni kitabı  «Elçi Bəy»  əsərinin  «Prezident»  fəsli 
əsasında,  lakin  ciddi  əlavələrin  və  yenidən  iĢlənmənin  nəticəsində  yaranıb  və  yalnız  bir  illik 
dövrü (iyun 1992 - iyun 1993) əhatə edir.  
Bu əsərin əlyazmasını oxuyaraq onunla «Elçi Bəy» kitabı arasında müqayisələr aparmıĢ, xeyli 
irad  və  təklifimi  müəllifə  bildirmiĢəm.  Bu  səbəbdən  onların  üzərində  dayanmır,  yalnız  bəzi 
düĢüncələrimi oxucularla bölüĢürəm. 
Elçibəylə  1973-cü  ildən  ünsiyyətdə  bulunan,  1987-ci  ildən  onunla  bir  elm  ocağında 
(Əlyazmalar  Ġnstitutunda)  çalıĢan,  1989-cu  ildən  onun  tövsiyəsiylə  «Azadlıq»  qəzetində 
redaktor müavini iĢləməyə baĢlayan, 1992-ci ildə AXC sədrinin mətbuat xidmətinin rəhbəri və 
1998-ci  ildən  Elçibəyin  Ģəxsi  mətbuat  katibi  iĢləyən  Ədalət  Tahirzadə  1988-ci  ildən 
Azərbaycan  Xalq  Hərəkatının  əliqələmli  üzvüdür  və  Əbülfəz  bəyi  yaxından  tanıyır,  onun 
həyatını incəliklə bilir.  
Azərbaycan Xalq Hərəkatının tarixini əks etdirən 2 cildlik «Meydan: 4 il 4 ay» əsərini yazan 
Ə.Tahirzadənin 1988-ci ildən baĢlanan azadlıq mücadiləmizin tarixinin və hərəkat liderlərinin, 
daha  çox  Əbülfəz  bəyin  mübarizə  yolunun  öyrənilməsində  və  təbliğində  gördüyü  iĢlərin 
çağdaĢ tarixĢünaslığımızda mühüm  yeri var.  «Prezident  Elçibəy» kitabına  da müəllifin  məhz 
tariximizin son dövrünü araĢdırmağa cəhdi kimi yanaĢmaq doğru olardı.  
«Prezident  Elçibəy»  kitabı  ümummilli  liderimizin  prezidentlik  fəaliyyətinin  incəliklərinə  nüfuz 
edən, onun dövlət quruculuğunda gerçəkləĢdirməyə çalıĢdığı ana xəttin, apardığı islahatların 
mahiyyətinə,  eyni  zamanda  onun  hakimiyyətdən  uzaqlaĢdırılmasının  səbəblərinə  müxtəlif 
rakurslardan  iĢıq  salan  bir  araĢdırmadır.  Oxucu  çoxlu  inkaredilməz  faktlar  və  sənədlər,  ən 
etibarlı  qaynaqlar  əsasında  nəinki  prezident  Elçibəyin,  bütövlükdə  Azərbaycanın  ikinci  milli 
hakimiyyətinin  taleyi  ilə  tanıĢ  olacaq.  Faktlarla  iĢləməyi  və  oxucunu  inandırmağı  ustalıqla 
bacaran müəllif qarĢısına qoyduğu məqsədə, məncə, nail ola bilib. 
Kitabın  üstünlüklərindən  biri  onun  böyük  bir  qisminin  Elçibəyin  öz  sağlığında  yazılaraq  nəĢr 
edilməsi və Bəyin onunla tanıĢ olmasıdır. ġübhəsiz, Bəy həmin hissə iĢıq üzü görməzdən öncə 
müəllifə öz prinsipial tələblərini, nəĢrdən sonra isə irad və təkliflərini bildirib.  
Oxucuların 1992-1993-cü illərə aid, demək olar ki, istədiyi məlumatı tapa biləcəyi «Prezident 
Elçibəy»  kitabında  müsbət  cəhətlərdən  biri  də  müəllifin  o  dövrün  Azərbaycan  mətbuatını 
səbrlə araĢdırması, eləcə də mürəkkəb hadisələrin Ģahidi olmuĢ bir çox sıravi soydaĢımızın və 
dövlət  adamlarının  söylədiklərini  toplayaraq  xeyli  mətləblərə  ilk  dəfə  aydınlıq  gətirməsidir. 
Xüsusən 4 iyun qiyamıyla bağlı gətirilən mənbələri uğurlu sayıram. 
Əsəri oxuduqca 1992-93-cü illərin mürəkkəbliyini yenidən yaĢadım. Eyni hissi həmin illərin və 
o ağır təlatümlərin Ģahidi olmuĢ bütün insanlar keçirəcək, zamanın doğurduğu və indiyədək 
cavabsız  qalmıĢ  suallara  hərtərəfli  və  inandırıcı  cavablar  alacaq,  iĢtirakçılar  özləri  də 
danıĢacaqlar.  Bu  əsərin,  fikrimcə,  ictimai  rəydə  yetərincə  əks-sədası  olacaq.  Təbii  ki, 
yazılanların birmənalı qəbul ediləcəyi fikrindən uzağam. 


Əsərin  yalnız  Əbülfəz  Elçibəy  haqqında  yazıldığını  düĢünmək  yanlıĢlıq  olardı.  «Prezident 
Elçibəy»  kitabı  birillik  Elçibəy  hakimiyyətinin  qürur  doğuran  möhtəĢəm  uğurlarını  və  ürək 
göynədən ağır məğlubiyyətini özündə əks etdirən əsrə bərabər bir il haqqında elmi-publisist 
salnamədir.  Müəllif  Elçibəy  iqtidarının  mahiyyətini  açıqlamağa  çalıĢıb  və  buna  nail  olub.  Bu 
əsərin prezident Elçibəyin Azərbaycan dövlətçiliyi tarixində gördüyü iĢləri gözdən salmaq və 
tarixi  saxtalaĢdırmaq  cəhdlərinin  qarĢısında  ciddi  sipər  olacağına  da  əminəm.  «Prezident 
Elçibəy» 1992-1993-cü illər Milli Hökumətimiz haqqında yazılmıĢ ilk monoqrafik əsər olduğuna 
görə  o  dövrü  təqdir,  yaxud  tənqid  etməsindən  asılı  olmayaraq  tədqiq  edənlərin  hamısı  bu 
əsərə istinad etməli olacaq. Əsərə uğur gətirən cəhətlərdən biri də bu olacaq. 
1992-93-cü  illər  Milli  Hökumət  üzvlərinin  böyük  əksəriyyətinin  «Prezident  Elçibəy»  əsərini 
oxumaq  imkanları  olacağından  onun  növbəti  nəĢrinin  və  baĢqa  əsərlərin  daha  mükəmməl 
olacağı Ģübhəsizdir.  
Ġnanıram  ki,  «Prezident  Elçibəy»  Azərbaycanın  çağdaĢ  azadlıq  və  müstəqillik  mübarizəsi 
tarixini  öyrənmək  istəyən  bütün  insanların  masaüstü  kitabına  çevriləcək  və  bu  tarixi  daha 
dərindən araĢdıracaq alimlərə yaxından köməklik göstərəcək. Müəllif Ədalət bəyə yeni uğurlar 
arzulayıram!  
Bakı, 9 mart 2001
  
 
ġEYX SƏDRƏDDĠN NADĠR ġAH TAXTINDA 
("Ön söz" yerinə) 
Böyük  Əmir  Teymur  (1336-1405)  Ərdəbili  alanda  o  Ģəhərin  ən  nüfuzlu  adamı  olan  səfəvi 
ġeyx  Sədrəddini  (1305-1392)  mütləq  öldürdəcəyinə  söz  vermiĢdi.  Ancaq  Teymur  kimi 
hökmdarı  saymayaraq  öz  ayağına  gətirtmiĢ,  onu  yalnız  Allah  qonağı  kimi  qarĢılamağa  razı 
olmuĢ  bu  böyük  insanla  görüĢəndən,  onun  kimi  gerçəkdən  ecazkar  Ģəxsiyyətiylə  tanıĢ 
olandan, Tanrıya qırılmaz bağlılığına inanandan sonra Əmir Teymur nəinki öldürmək fikrindən 
daĢındı,  hətta  belə  müqəddəs  bir  insanın  yaĢamasıyla  ĢərəflənmiĢ  Ərdəbil  Ģəhərinin  əhalisi 
üzərindən  vergiləri  biryolluq  götürdü,  tutduğu  bütün  hərbi  əsirləri  də  (rumlular,  Ģamlılar, 
ustaclılar...) ġeyxin xahiĢiylə azad etdi.  
Əbülfəz  Elçibəy  kökcə  həmin  ġeyx  Sədrəddinin  nəslindəndir  (Elçibəyin  30-dan  artıq  ulu 
babasının adı göstərilmiĢ 1172/1758-59 tarixli Ģəcərə bunu təsdiqləyir). 
Əbülfəz  Elçibəy  də  ġeyx  Sədrəddin  kimi  dünya  hökmdarlarına  yox,  yalnız  DÜNYALARIN 
YĠYƏSĠ'nə ibadətdə bulundu.  
Əbülfəz  Elçibəy  də  ġeyx  Sədrəddin  kimi  böyük  ƏRƏN'di,  sufi  Ģeyxiydi.  Bütün  sufi  Ģeyxləri 
dünyada hökmdar olmağı yox, Tanrıya qul olmağı üstün tuturdular. Ancaq ulu Ģeyxlər Seyid 
Nəsimi  və  Mövlana  Füzulinin,  Cəlaləddin  Rumi,  Əhməd  Yəsəvi  və Yunus  Əmrənin…  birbaĢa 
davamçısı olan Əbülfəz Elçibəy bütün ġərqin tarixində ilk dəfə köklü ĠNQĠLAB etdi  - ruhani, 
mənəvi  SUFĠLĠKLƏ  dünyəvi  HÖKMDARLIĞI  QOVUġDURDU!  Düzdür,  Qazi  Bürhanəddin,  ġah 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə