ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə9/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   5   6   7   8   9   10   11   12   ...   153

  
"KĠÇĠK BĠR DƏRNƏYĠ BÖYÜK BĠR XALQ HƏRƏKATINA ÇEVĠRMĠġSƏ..." 
Vətən  torpağını  ana  südü  tək  müqəddəs  sayan,  onu  hər  Ģeydən  üstün  tutan  prezident 
Əbülfəz  Elçibəyi  yeni  vəzifəyə  baĢlayarkən  ən  çox  narahat  edən  məsələ,  təbii  ki,  iĢğal 
olunmuĢ  ərazilərimizin  düĢməndən  azad  olunmasıydı.  Bundan  ötrü  o,  Prezident  Aparatına 
ayaq basdığı andan beynəlxalq təĢkilatlarla iĢbirliyi yaratmağa, erməni təcavüzünün qarĢısını 
almaqçün  onların  qüvvəsindən  yararlanmağa  çalıĢdı.  Təsadüfi  deyil  ki,  Bəyin  imzasıyla  dərc 
edilən  (19 iyun)  ilk  sənəd  onun  NATO-nun  baĢ  katibi  Manfred  Vernerə,  BMT-nin  baĢ katibi 
Butros  Qaliyə,  ATƏM  Nazirlər  ġurasının  sədri  Ġrji  Dinstbirə  göndərdiyi  məktubdur.  Dağlıq 
Qarabağdakı münaqiĢənin səbəbinin burada insan hüquqlarının pozulması deyil, Ermənistanın 
Azərbaycana  qarĢı  ərazi  iddiaları  olduğunu  bildirən  Azərbaycan  dövlətinin  baĢçısı  Ģəxsən 
onlara, BMT Təhlükəsizlik ġurasının üzvlərinə, bütün dünya birliyinə müraciət edərək təkidlə 
çağırırdı ki, onlar təcavüzkarın cilovlanması, Ermənistanın Azərbaycan əhalisini cismən məhv 
etməyə,  onun  BMT,  ATƏM,  bütün  dünya  birliyi  tərəfindən  tanınmıĢ  ərazi  bütövlüyünü 
parçalamağa yönəldilən hərbi əməliyyatları dayandırmasıyçün təsirli tədbirlər görsünlər.  
Sözsüz  ki,  prezident  çox  gözəl bilirdi ki, Ermənistanın  təcavüzünü  aradan  qaldırmadan  həm 
xarici, həm də daxili siyasətdə ciddi uğurlar qazanmaq mümkün olmayacaq; bundan ötrüsə 
Azərbaycana  sədaqətli  dostlar,  müttəfiqlər  gərəkdi.  Bu  baxımdan  Ə.Elçibəyin  rəsmən  qəbul 
etdiyi (18 iyun) ilk xarici nümayəndənin qardaĢ Türkiyənin Azərbaycandakı böyükelçisi Altan 
Karamanoğlunun olması təsadüf sayılmamalıdır. DüĢməni bitərəfləĢdirmək taktikası yürüdən 
prezident  ertəsi  günsə  Ġran  səfiri  Əliəsğər  Nəhavəndiyanı  qəbul  etdi. 
(Yeri  gəlmiĢkən,  yeni 
prezidenti təbrik etməyə gələn xarici nümayəndələr ona qiymətli hədiyyələr də gətirirdilər və 
Ə.Elçibəy elə 19 iyundaca bütün mədəni dövlətlərin ənənəsinə uyğun olaraq belə sərəncam 
verdi  ki,  prezidentin  adına  alınan  bütün  hədiyyələr  dövlət  mülkiyyəti  sayılaraq  muzeydə 
saxlanılsın...).
 
Məhz Bəyin prezidentliyə baĢlamasından iki gün sonra - 19 iyunda ABġ-ın dövlət baĢçısı Corc 
BuĢ  Amerikanın  Azərbaycandakı  səfirini  (Riçard  Mayls)  təyin  etdi  və  Azərbaycan  -  ABġ 
münasibətlərində tezliklə bir çox sahələrdə mühüm irəliləyiĢlər baĢ verdi.  
Millətçi  Ģəxsin  hakimiyyət  baĢına  gəlməsi,  sözsüz  ki,  dövlət  həyatının  hər  istiqamətində  öz 
təsirini  göstərməliydi  və  göstərdi  də.  Rəsmi  dövlət  qəzeti  "Həyat"da  artıq  iyunun  20-sində 
akademik  Afat  Qurbanovun  ümumtürk  ədəbi  dilinin,  ümumtürk  əlifbasının  yaradılmasının 
zəruriliyinə  dair  məqaləsi,  ÇağdaĢ Turan  Partiyasının  yaradılması haqqında  xəbər,  professor 
Qüdrət Əbdülsəlimzadənin dövlətimizin müstəqilliyini təmin etməkçün təcili həyata keçirilməli 
iqtisadi-sosial tədbirlər kompleksi haqqında konseptual yazısı və b. dərc edilmiĢdi. Ġyunun 23-
ündə Milli Məclis dövlət gerbinin  müzakirəsinə  baĢladı,  çünki  bu mühüm  dövlət  atributunun 
yoxluğu ilk sırada dövlət möhürlərinin, olduqca mühüm dövlət sənədlərinin yeniləĢdirilməsini 
gecikdirirdi. 
Hələ  prezidentliyə  namizədkən  sevimli  müəllimi,  professor  Əlövsət  Abdullayev  mətbuatda 
onun haqqında belə yazmıĢdı: 
"Əbülfəz Elçibəy prezidentliyə layiq olan, bütün Ģüurlu ömrünü 
xalqın azadlığına həsr edən, bu yolda bir çox əzablar və məhrumiyyətlərə mətinliklə dözən, 


xüsusi təĢkilatçılıq bacarığı ilə seçilən pak bir Ģəxsiyyətdir. "Xüsusi təĢkilatçılıq bacarığı olan" 
ona  görə  deyirəm  ki,  əgər  onun  vaxtilə  mənə  boynuna  almadığı  kiçik  bir  dərnəyi 
(universitetdə yaratdığı gizli siyasi təĢkilat nəzərdə tutulur - Ə.T.)
 böyük bir Xalq hərəkatına, 
Xalq Cəbhəsi kimi sarsılmaz, demokratik bir qüvvəyə çevirmiĢsə onun təĢkilatçılıq bacarığına 
Ģübhə yeri qalırmı?! Əlbəttə, yox!".
 
Müəllimin  bu qəti inamı güclü  məntiqdən,  məntiqsə  gün  kimi aydın  gerçəklikdən  doğurdu  - 
Azərbaycan  Xalq  Cəbhəsi  Əbülfəz  Elçibəyin,  prezident  olduğu  anadək  yaratdığı  ən  dəyərli 
əsəriydi. Ġlk gündən beĢiyi baĢında dayandığı və Ġsa Qəmbər kimi yaraqdaĢlarıyla, mübarizə 
yoldaĢlarıyla  neçə-neçə  sarsıntılardan  qorumağı  bacardığı  bu  mübariz  təĢkilatı  yenilməz  bir 
qüvvəyə  çevirməklə  Bəy  əslində  öz  gücünü  də  ortaya  qoymuĢdu.  Çox  qəribədir  ki,  öz 
partiyasına  iki-üç  yüz  adam  cəlb  edə  bilməyən  bəzi  siyasi  rəqibləri  Bəyin  insanları  səfərbər 
etmək  və  quruculuq  sahəsindəki  məharətinə  kölgə  salmaqçün  onun  bacarıqsız  təĢkilatçı 
olduğu  haqda  hay-küy  qaldırır,  onların  daha  çoxbilmiĢlərisə  deyiləni  sübuta  yetirməkçün  ya 
Xalq  Cəbhəsini  onun  əlindən  almaq,  ya  da  bütövlükdə  AXC-ni  siyasi  qüvvələr  içərisində 
əritməkçün yollar axtarırdılar. Ancaq yırtıcı kommunistlərlə çarpıĢmaya giriĢdiyi andan ona ən 
etibarlı  dayağın  məhz  AXC  olduğunu  hamıdan  gözəl  anlayan  prezident  Əbülfəz  bəy 
deyilənlərə  əhəmiyyət  vermədən  Cəbhəni  siyasi  səhnədə  daha  fəal  qüvvə  kimi  görmək  və 
ondan  yeni  həyat  quruculuğunda  maksimum  yararlanmaq  niyyətindəydi.  Təsadüfi  deyil  ki, 
onun prezident kimi geniĢ auditoriyada ilk mühüm görüĢü də cəbhədaĢlarıyla oldu. 22 iyunda 
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin prezident seçkilərindən sonrakı ilk sessiyası keçirildi və 
AXC sədri Əbülfəz Elçibəy onun iĢində yaxından iĢtirak etdi. 
Yığıncaqda söz alan Bəyin çıxıĢında AXC-nin taleyi xüsusi yer tutdu. O göstərdi ki, bu təĢkilat 
Xalq  hərəkatının  güclü  qolu  kimi  yaĢamalıdır.  "Hazırda  baĢlıca  vəzifələrimiz  respublikamızın 
ərazi bütövlüyünü qorumaq, gənc Azərbaycan Respublikasının müstəqilliyini möhkəmlətmək, 
milli  dövlətçiliyimizi  bərpa  etməkdir"  söyləyən  prezident  ağır  sınaqlarda  daim  onunla  birgə 
olmuĢ yaraqdaĢlarını bu vəzifələri yerinə yetirməkdə ona yardımçı olmağa çağırdı.  
Bəy  kommunistlərin  müstəqil  Azərbaycan  Cümhuriyyətinin  (1918-1920)  yarımçıq  binasını 
xarabaya çevirərək onun yerində tikdikləri 7 milyon nəfərlik və 70 yaĢlı həbsxananı tarixdən 
silərək  elə  onun  yerindəcə  möhtəĢəm  Yeni  Azərbaycan  sarayını  ucaltmağı  qərarlaĢdırmıĢdı. 
Bu  məqsəd  və  istəklə  də  elə  ilk  gündən  baĢ  memar  kimi  qollarını  çırmayaraq  həvəslə  iĢə 
giriĢmiĢdi.  Sözün  gerçək  anlamında  onun  gecəsi-gündüzü  yoxdu.  Ancaq  qarĢıdakı  vəzifə 
həddən  artıq  böyük,  iĢ  görmək  imkanlarısa  hədsiz  məhduddu.  Tikiləcək  binanın  görünüĢü 
necə  olacaq?  Onun  layihəsi  və  maketi  necə  hazırlanacaq?  Özülü  necə  qoyulacaq?  Tikinti 
ləvazimatı haradan gətiriləcək? ĠĢ icraçıları və fəhlələr kim olacaq?.. Bu inadlı sorğuların heç 
birinin hələ cavabı yoxdu. Və bu cavabları xalq məhz ondan gözləyirdi. Ən pisi də buydu ki, 
bütün  yan-yörəsi  köhnə  həbsxananı  qoruyub  saxlamağa  çalıĢanlardan  ibarətdi;  onlar  nəinki 
yeni  sarayın  tikintisinə  kömək  etməyəcək,  əksinə,  heç  bünövrəsinin  qazılmasına  da  imkan 
verməməyə çalıĢacaqdılar. Bunu həbsxananın gerçək ağası - Rusiya, həbsxana baĢçısının fars 
və erməni dostları da onlardan tələb edirdilər.  
54 illik ömrünün yarıdan çoxunu azadlıq uğrunda güzəĢtsiz çarpıĢmaya xərcləmiĢ Əbülfəz bəy 
- azadlığın dadını, müstəqilliyin Ģirinliyini və onların necə çətinliklə əldə ediləcəyini hamıdan 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə