ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə17/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   13   14   15   16   17   18   19   20   ...   153

"Moskovskiye  novosti"  qəzetində  (5  iyul  1992,  N27)  jurnalist  Dmitri  Furmanın  Əbülfəz 
Elçibəylə  "Bütün  dünya  demokratik  olacaq"  baĢlıqlı  müsahibəsi  dərc  edildi.  Elçibəyin 
hakimiyyətə  gəlməsindən  bir  neçə  gün  qabaq  götürülmüĢ  bu  müsahibədə  baĢlıca  olaraq 
demokratiyadan və Qarabağ müharibəsindən danıĢılır. 
D.Furman  deyir:  "Belə  bir  oturuĢmuĢ  təsəvvür  var  ki,  demokratiya  Avropayla,  xristian 
mədəniyyətiylə bağlıdır. Müsəlman ölkələrindəsə demokratiya bərqərar etmək qəliz iĢdir". Bəy 
ona etiraz edir: "Bu, cəfəngiyyatdır. Həm müsəlman, həm də xristian aləmində siyasi inkiĢafın 
müxtəlif  tipləri  olub  və  demokratik  inkiĢafın,  məsələn,  Rusiyada  Türkiyədəkindən  asan 
olduğunu  demək  olmaz.  Orada  ilk  liberal  konstitusiya  Rusiyadakı  kimi  1905-inci  ildə  yox, 
1876-cı  ildə  qəbul  edilib  və  indi  bu  cəmiyyətin  demokratik  siyasi  sistemi  və  inkiĢaf  etmiĢ 
iqtisadiyyatı  var,  Rusiyasa  yenicə  demokratiya  yaratmağa  çalıĢır.  Görünür,  hər  bir  xalqda 
demokratiya quruculuğunda  istinad  edilən  və bu  quruculuğa  maneçilik  törədən  bir  Ģey  var. 
Müsəlman  xalqlarında  onların  birincisi  xristianlarda  olduğundan  az,  ikincisisə  çox  deyil. 
Yadımıza  salaq  ki,  müsəlmanlar  heç  zaman  öz  ölkələrindən  xristianları  ispanların  mavrları 
qovduğu  kimi  qovmayıb,  inkvizisiyanı  da  müsəlmanlar  icad  etməyib.  Hitleri  də,  Stalini  də 
dünyaya onlar bəxĢ etməyib".
 
D.Furman  bunlara  baxmayaraq  "stereotiplər  çox  güclüdür"  dedikdə  Əbülfəz  bəy  bildirir: 
"Əlbəttə. Rusların çoxu, məncə, azərbaycanlıların həqiqətən də demokratiyaya can atmasına 
çox  da  inanmır.  Hə,  Ermənistan,  Gürcüstansa  -  baĢqa  məsələ.  Və  sözsüz  ki,  erməni  - 
azərbaycanlı  münaqiĢəsini  siz  öncədən  müəyyənləĢmiĢ  təsəvvürlə  qavrayırsınız.  Mənə  elə 
gəlir  ki,  rusların  çoxu  Azərbaycan  tərəfini  yeniçərilər,  baĢıpozuqlar  surətində  qavradı,  "türk 
vəhĢilikləri"ni xatırladı (müsəlman xalqlarının çoxunda "rus vəhĢilikləri" surətinin olmasına da 
ruslar,  bir  qayda  olaraq,  Ģübhə  etmirlər).  Ermənilərləsə  o  saatca  "genosid"  surəti  bağlandı. 
Azərbaycanın  belə  qalın  mənfi  stereotiplər  qatını  dəlib  keçməsi  çox  çətindi.  Ġndi,  məncə, 
münasibət  bir  qədər  dəyiĢir.  Xocalıdan  və  Laçının  alınmasından  sonra  nəhəng  müsəlman 
kütləsinin kiçik xristian xalqı əzməyə çalıĢmasını daha demək olmaz". 
Söhbətin  bundan  sonrakı  hissələri  də  maraq  doğurur,  ancaq  daha  önəmli  yerləri  oxuculara 
təqdim edirəm. 
"-Siz Qarabağ münaqiĢəsinin çözülməsi mümkünlüyünə inanırsınız?
 
-[...]  DanıĢıqların  mövzusu  hər  Ģey  ola  bilər  -  ərazidən  baĢqa.  Biz  indi  Amerikanın  və 
Avropanın yardımına çox umud bəsləyirik.
 
-Bəs Rusiyanın yardımına, vasitəçilik xidmətinə?
 
-Biz belə yardıma sevinərdik. Ancaq Rusiyanın, məncə, indi Zaqafqaziyaya da, ümumiyyətlə, 
keçmiĢ  SSRĠ  respublikalarına  da  yönəlik  aydın  siyasəti  yoxdur.  Sizin  siyasətinizdə  gah 
demokratik, gah da böyük dövlətçilik meylləri meydana çıxır. Bir lider belə, digəri baĢqa cür 
danıĢır...
 
-Rusiyanın siyasi xadimləri içərisində hansı Sizə daha yaxındır?
 


-Mən Rusiyanın demokratik yolla seçilmiĢ bütün liderlərinə hörmətlə yanaĢıram. Ancaq, hər 
halda,  Rusiyada  demokratiyayçün  hamıdan  çox  iĢ  görmüĢ  adam  Qorbaçovdur.  Bütün 
yanlıĢlıqlarına (o sıradan bizə münasibətdə də) baxmayaraq onunçün öncə Ģəxsi hakimiyyət 
yox, demokratiyaydı. O, hakimiyyətdən də ikiəlli yapıĢmadan ləyaqətlə getdi...
 
-Siz Ġranın diplomatik cəhdlərinə necə baxırsınız?
 
-Ġrançün demokratik, dünyəvi Azərbaycan - Ġranın nəhəng və hüquqsuz azərbaycanlı əhalisini 
göz  önünə  gətirərək  -  iti  bıçaq  kimidir.  Onunçün  islam  boyasıyla  cildini  dəyiĢmiĢ  partiya 
nomenklaturası daha yaxĢıdır. Ġran, məncə, vasitəçilik etməkdən daha çox, bulanıq suda balıq 
tutub.
 
…-Sizi  Qamsaxurdianın  nümunəsi  qorxutmur?  Axı  o  da  Sizin  kimi  demokratdır,  Sizin  kimi 
repressiyalara  uğrayıb,  xalq  coĢqunluğu  dalğasında  və  yəqin  ki,  ən  xoĢ  niyyətlərlə 
hakimiyyətə gəlib. Hətta sizin ikiniz də peĢəcə filoloqsunuz. Nəticədə Gürcüstan qana bələnib.
 
-Azərbaycan demokratiyasıyçün Gürcüstan böyük dərsdir. Qamsaxurdianın əleyhinə, əlbəttə, 
ilk növbədə Moskvada... qüdrətli qüvvələr iĢlədi. Eləcə də, indi olduğu kimi, yəqin ki, bizim 
əleyhimizə  də  iĢləyəcəklər.  Ancaq  Qamsaxurdianın  da  günahı  var.  O,  milləti  birləĢdirəcəyini 
düĢünərək millətçiliyə güc verdi. Nəticədə gürcüləri bütün gücü havaya sovuran millətlərarası 
münaqiĢələrə  cəlb  etdi.  Həm  də  iqtisadi  islahatlar,  ictimai  həyatın  demokratikləĢdirilməsi 
haqqında  o,  az  düĢünürdü...  [...]  ĠĢ  belə  gətirib  ki,  nəhəng  bir  bölgədə  (Orta  Asiya,  Ġran, 
Ermənistan, Gürcüstan və Rusiya nəzərdə tutulur - Ə.T.) demokratiyanın taleyi yaxın dövrdə 
bizim  (Azərbaycanın  -  Ə.T.)  uğurumuzdan,  yaxud  yıxılmağımızdan  asılıdır.  Və  mən  istərdim 
ki,  Rusiyada  demokratik  düĢüncəli  adamlar  bunu  baĢa  düĢsünlər  və  buna  uyğun  fəaliyyət 
göstərsinlər". 
 
Bu  müsahibəyə  özümdən  bircə  onu  əlavə  etmək  istərdim  ki,  D.Furmanın  1993-ün  iyulunda 
Azərbaycan  demokratiyasının  taleyi  haqqında  yazdığı  diqqətəlayiq  məqalədə  məhz  Əbülfəz 
bəyin bu söhbətdəki düĢüncələrindən sənətkarlıqla yararlanılıb.  
"ÇALIġACAĞAM KĠ, TÜRK DĠLĠ DƏ BMT-nin ĠġLƏK DĠLĠNƏ ÇEVRĠLSĠN" 
Bəy  Helsinki  səfərindən  bir  gün  qabaq  -  6  iyulda  "Ostankino"  teleĢirkətinin  proqramında 
birbaĢa  efirdə  çıxıĢ  etdi.  Tarixdə ilk dəfə  olaraq Azərbaycanın  baĢçısı Rusiya tamaĢaçılarıyla 
tərcüməçi vasitəsiylə öz  ana dilində - TÜRKCƏ danıĢdı. Helsinki zirvə toplantısının müzakirə 
mövzularından  olacaq  Ermənistan  -  Azərbaycan  münaqiĢəsindən  söz  açarkən  Qarabağ 
ermənilərinə dövlətimizin tam MƏDƏNĠ MUXTARĠYYƏT verməyə hazır olduğunu bildirən Bəy 
MDB  haqqında  ona  sual  verilərkənsə  bəyan  etdi: 
"Mən  MDB-nin  təĢkilindən  cəmi  üç  gün 
sonra  demiĢəm  ki,  belə  qurumun  varlığı  mümkün  deyildir.  Onun  tərkibinə  daxil  olan 
dövlətlərin  heç  biri  azad  deyildir.  Onların  öz  ordusu,  öz  valyutası  yoxdur.  Hələlik  onlar 
müstəqil  dövlətlər  deyil,  istiqlaliyyətə  can  atan  ölkələrdir.  Biz  bütün  dövlətlərlə  ikitərəfli 
saziĢlər  əsasında  əməkdaĢlıq  etməyə  hazırıq"
.  (Təbii  ki,  MDB-dən  imtina  Rusiyayla 
əməkdaĢlıqdan  imtina  demək  deyildi.  Prezident  Ə.Elçibəy  bu  fövqəldövlətlə  yaxĢı 
münasibətlər  qurmağı  Azərbaycançün  zəruri  sayırdı;  bu  məqsədlə  yaratdığı  xüsusi 
komissiyanı  dəfələrlə  Moskvaya  göndərmiĢdi  və  o,  Rusiya  rəhbərlərindən  G.Burbulis, 
S.Filatov, A.Rutskoy, P.Qraçov və baĢqalarıyla danıĢıqlar aparmıĢdı). 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə