ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə13/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   9   10   11   12   13   14   15   16   ...   153

"Əbülfəz Elçibəy Türkiyədə olarkən bir çox prezidentlər onunla görüĢə can atırdılar. Ancaq o, 
əlbəttə, ilk növbədə Azərbaycanın nüfuzunu göz önündə tutaraq hər təkliflə razılaĢmırdı.
 
Türkiyənin xarici iĢlər naziri Hikmət Çətin günorta "Çırağan" otelində ayaqüstü yemək verdi. 
Burada 11 prezident iĢtirak edirdi. 
 
Bəy  Ukraynanın  prezidenti  Leonid  Kravçukla  söhbət  edirdi.  Levon  Ter-Petrosyan  qıraqda 
dayanmıĢdı. O, gözünü bir an da Bəydən çəkmirdi - diplomatik nəzakətə görə, baĢıyla Bəyə 
salam versəydi gərək Bəy də onun salamını alaydı. Buna görə də Bəy gözünü inadla ondan 
qaçırır, guya heç onu görmürdü. 
 
Bir  qədər  sonra  Bəyin  cangüdəni  Mahir  Musayev  mənə  yaxınlaĢaraq  bildirdi  ki,  L.Ter-
Petrosyanın  cangüdəni  öz  prezidentinin  Elçibəylə  görüĢmək  istədiyini  deyir.  Mən  hiss 
olunmadan  Əbülfəz  bəyə  yaxınlaĢdım  və  Kravçukun  eĢitməyəcəyi  pıçıltıyla  dedim  ki,  Ter-
Petrosyan Sizinlə görüĢmək istəyir. Bəy də Kravçukla söhbəti dayandırmadan və ona heç nə 
sezdirmədən  əlini  yavaĢca  tərpətməklə  mənə  bildirdi  ki,  "rədd  elə".  Beləliklə,  Bəy  onunla 
görüĢmədi. 
 
AxĢam  baĢ  nazir  Süleyman  Dəmirəl  də  11  prezidentə  ziyafət  verdi.  Məclis  gəmidə  təĢkil 
olunmuĢdu. Bunkerə bənzər bir yerdə yalnız prezidentlər toplaĢdı - oraya heç bir kənar Ģəxs 
buraxılmadı. 
 
Prezidentlər oradan çıxanda qabaqda Bəy, arxasınca ġevardnadze gəlirdi. ġevardnadze Bəyə 
onunla  görüĢmək  istədiyini  dedi.  Ancaq  Bəyin,  nədənsə,  buna  həvəsi  yoxdu,  ona  görə  də 
qeyri-müəyyən  cavab  verdi  ki,  görüĢərik  də. Bu  zaman  ġevardnadze  az  qala  yalvarıcı tonla 
bildirdi ki,  mən  sabah  Gürcüstana  getməliyəm  (orada mənim  indi xatırlamadığım bir  hadisə 
baĢ  vermiĢdi),  gəlin  sabah  səhər  tezdən  görüĢək.  Bəy  qayıtdı  ki,  səhər  mənim  türk 
biznesmenləriylə  görüĢüm  var.  Beləliklə,  o,  ġevardnadzeylə  də  görüĢmədi.  Gürcüstan 
prezidenti məcbur olub bir qədər sonra Bakıya gəldi".
 
Ġyunun 26-sında Ġstanbuldan Ankaraya gələn Bəy öncə Azərbaycan Kültür Mərkəzini ziyarət 
etdi.  Ayaqları  altında  qurbanlar  kəsilən  əziz  qonaq  Məhəmməd  Kəngərli,  Əhməd  Qaraca  və 
Cəmil  Ünalla,  Türkiyədəki  Azərbaycan  köklü  soydaĢlarımızla  unudulmaz  bir  səmimi  görüĢ 
keçirdi. 
Dahi  Atatürkün  məqbərəsini  və  böyük  Məmmədəminin  Əsri  məzarlıqdakı  qəbrini  ziyarət 
etmək  Elçibəyçün  adi  protokol  tədbiri  yox,  indiyədək  gerçəkləĢməsinə  bütün  varlığını  həsr 
etdiyi  ideyaların  müəlliflərinin  -  özünə  mürĢid  saydığı  Ģəxslərin  ruhuyla  müqəddəs  bir 
ünsiyyətdə  bulunmaqdı.  Qətiyyən  Ģübhəm  yoxdur  ki,  bu  azmanların  məzarı  üstünə  əklil 
qoyarkən Bəy özünün həyatdakı ən həssas, ən unudulmaz çağları yaĢayıb.  
"Mən gəncliyimdən - ikinci və üçüncü kurslardan Atatürkü və Məmmədəmin Rəsulzadəni baĢa 
düĢdüm. Üçüncü kursda ayıldım ki, həyata düzgün baxmıram, çünki o zaman Lenin, Stalin, 
baĢqaları  həddən  artıq  təriflənirdi,  dillərdə  Napoleon,  Hitler  kimi  adlar  dolaĢırdı.  Sonradan 
Atatürkü, türk dünyasının nəhənglərini öyrəndim və gördüm ki, Atatürk türk dünyasının son 
iki yüz ildə yetiĢdirdiyi ən nəhəng Ģəxsiyyətdir. 
 


…Rəsulzadədən  sonra  Atatürk  də  cümhuriyyət  qurdu.  Dedilər  ki,  onu  saxlaya  bilməyəcək, 
ancaq  Atatürk  bütün  dünyaya  göstərdi  ki,  türk  cümhuriyyət  qura  da  bilər,  cümhuriyyətdə 
yaĢaya da bilər və bu yaĢayıĢı onun təbiəti tələb edir. Atatürk inanmıĢdı ki, cümhuriyyət nə 
qədər  pis  olsa  belə,  monarxiyadan  qat-qat  irəliyə  gedən  bir  quruluĢdur.  Bu,  o  dövrçün 
demokrtiyaya doğru çox mühüm addım deməkdi. 
 
Mustafa Kamalın böyüklüyü həm də onun türk millətinin ruhunu ən həssaslıqla duymasında 
və bu ruhun gücündən türkün qurtuluĢuyçün yararlanmağı bacarmasındaydı. Atatürkədək heç 
bir sultan deməmiĢdi ki, ey türk, sənsən özünün xilaskarı! Ancaq o bəyan etdi ki, bir əfəndi 
var - o da türk xalqıdır, millətimizdir; bir haqqı qoruyan qüvvə var - o da millətin qüvvəsidir; 
hakimiyyət  də  Ģərtsiz-söhbətsiz  millətindir  və  sən  özün  özünü  xilas  edəcəksən  -  möhtac 
olduğun qüdrət sənin öz qanındadır! 
 
Atatürk milləti, Vətəni azad etməkçün və çağdaĢ dövlət qurmaqçün dahiliyini ortaya qoydu. 
Bəli, Mustafa Kamal PaĢa ağır vəziyyətə düĢəndə bəzən, ola bilsin ki, demokratiyaya zidd sərt 
ölçülər götürürdü, amma buna baxmayaraq o, diktator olmadı, daha doğrusu, bunu istəmədi. 
O  dedi  ki,  demokratiyanın  yeganə  alternativi  demokratiyadır  -  ona  qarĢı  heç  nə  qoya 
bilməyəcəksiniz, çünki ondan da yaxĢı Ģey yenə demokratiyadır. Bütün ətraf qonĢularla yaxĢı 
münasibət saxlamaq, dünənki düĢmənlərlə barıĢmaq, xilafətdən imtina etmək, dini dövlətdən 
uzaqlaĢdırmaq... böyük uzaqgörənlik, siyasətdə çeviklik tələb edirdi və Atatürkün dahiliyi həm 
də onun çox-çox illər öncəni görməsindədir.
 
Azərbaycanda  cümhuriyyəti  yaĢatmağa  bizim  gücümüz  çatmadı,  çünki  rus  imperiyası  çox 
güclüydü  (Ġran  da  mane  olurdu).  Qırmızı  Sovet  imperiyası  gəlib  bu  dövləti  yıxdı.  Ancaq 
Mustafa Kamalın yaratdığı Türkiyə Cümhuriyyətisə hərbi qüdrətcə güclü olduğuna görə özünü 
qoruya  bildi.  O,  xarici  iĢğalçıları  ölkədən  qovdu  və  dövlətin  müstəqilliyini  yaĢatdı.  Beləliklə, 
dünyada böyük türk millətinin yaratdığı və türk millətini təmsil edən dövlət yalnız Anadoluda 
mövcud  olub  yaĢadı.  Onun  yaĢaması  və  qalması  gələcəkdə  Azərbaycan,  Özbəkistan,  Orta 
Asiyanın  baĢqa  türk  cümhuriyyətləri  və  xalqları  üçün  həyat  qaynağı  və  yolgöstərən  mayak 
oldu - ona baxaraq öz müstəqillikləri uğrunda mübarizə apardılar. Bu, Atatürkün TÜRK milləti 
qarĢısında ən böyük xidmətiydi. 
 
Atatürk həm də bir qəhrəmanlıq rəmziydi. O, bütün türk mübarizlərinin örnəyinə çevrilmiĢdi. 
Hətta Hindistanda, indiki BanqladeĢdə milyonlarca müsəlman küçələrə axıĢıb Atatürkün adını 
çəkir,  ona  qibtə  etdiklərini  bildirirdilər.  Gənc  Türk  Cümhuriyyətinə  yardım  etməkçün 
Hindistanda (əsasən indiki Pakistan və BanqladeĢ ərazilərində), Çində müsəlmanlar pul yığıb 
göndərirdilər. O zaman bu xalqlar da həm rus imperiyasına, həm də Böyük Britaniyaya qarĢı 
mübarizə aparırdılar. Amma onlar ya qələbə çala bilmir, qələbə qazananda da bir il, iki il, üç il 
sürür,  sonra  yenə  imperiya  tərəfindən  məğlub  edilirdilər.  Atatürk  ingilis  ordusu,  yunan 
ordusu,  Avropa  dövlətlərinin  orduları  üzərində  böyük  qələbə  qazananda  Hindistandan  olan 
hindli  millət  vəkili  Londanda  parlamentdə  çıxıĢ  edərək  belə  bir  söz  dedi  ki,  bu  gün  xəbər 
almıĢam  ki,  Mustafa  Kamal  həm  imperiya  ordusu,  həm  də  ingilis  ordusu  üzərində  qələbə 
qazanıb;  bu,  azadlıq  uğrunda  mübarizə  aparan  xalqlarımızın  ilk  böyük  qələbəsidir.  Mən  bu 
qələbəni qazanan Mustafa Kamalın və türk əsgərinin qarĢısında bu parlamentdə baĢ əyirəm! 
Və baĢ əyir də. (Xatırladım ki, o zaman Hindistan bu sözlərin söyləndiyi Böyük Britaniyanın bir 
hissəsi, dominionu, Hindistanın qubernatorusa Böyük Britaniyanın birinci vitse-kralı sayılırdı). 
 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə