ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə12/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   8   9   10   11   12   13   14   15   ...   153

AnlaĢma törənində danıĢan Eduard ġevardnadze "Qara Dəniz Ġqtisadi ĠĢbirliyi fikrinin Turqut 
Özal tərəfindən ortaya atıldığını və inkiĢaf etdirildiyini" söyləyərək dedi: "Qara dəniz iĢbirliyi 
layihəsi bütün dünyada Özal doktrini olaraq tanınır". 26 iyun tarixli "Türkiyə" qəzeti yazırdı: 
"ġevardnadzenin  bu  sözləri  baĢbakan  Süleyman  Dəmirəlin  qaĢlarını  çatmasına  səbəb  oldu". 
Bəzi qəzetlər manĢetə bu sözləri çıxarmıĢdı: "Özal hazırladı, Dəmirəl imzaladı".  
Yeri  gəlmiĢkən,  baĢ  nazir  S.Dəmirəlin  prezident  T.Özalın  əməyini  öz  adına  çıxmasından 
prezident  incimiĢdi,  buna  görə  də  o,  zirvə  toplantısının  yığıncaqlarına  qatılmadı  və  heç  bir 
rəsmi  Ģəxslə,  o  sıradan  Əbülfəz  Elçibəylə  də  görüĢmədi.  Bu  hadisə  Türkiyənin  bir  çox 
siyasətçilərində  narazılıq  doğurdu.  Məsələn,  ANAP  genel  baĢqanı  Məsud  Yılmaz  bildirmiĢdi: 
"Uluslararası səciyyəli bir törənlə ilgili hazırlıqlar öncədən tamamlanmıĢ olmalı və anlaĢmaya 
Türkiyə  adından  kimin  imza  qoyacağı  öncədən  bəlirlənməliydi.  BaĢbakan  öncədən  yapdığı 
açıqlamalarda  dövlətin  ən  uca  vəzifəsini  rəncidəedici  bəyanlarda  bulunmuĢdur.  BU,  BĠR 
SĠYASĠ  NƏZAKƏTSĠZLĠK  ÖRNƏYĠDĠR  (seçdirmə  Yılmazındır  -  Ə.T.)  və  Türkiyənin  dıĢ 
etibarına zərər vermiĢdir. Naxçıvan və Qalata körpülərindən sonra sayın Dəmirəl özünün heç 
bir  əməyi  olmayan  iĢlərə  sahib  çıxma  adətini,  beləliklə,  davam  etdirməkdədir".
  ("Türkiyə" 
qəzeti, 26 iyun 1992). 
Qara  Dəniz  Ġqtisadi  ĠĢbirliyi  AnlaĢması  yeni  beynəlxalq  təĢkilatın  yaradıcılarından  biri  olmuĢ 
gənc  Azərbaycan  dövlətinin  imza  atdığı  ilk  çox  mühüm  beynəlxalq  sənədlərdən  biridir. 
Təntənəli  imzalama  mərasimində  çıxıĢ  edən  Əbülfəz  bəy  Azərbaycanın  Qara  dəniz  hövzəsi 
dövlətləriylə  iqtisadi  əməkdaĢlıqda  bulunmasının  məqsədlərini  açıqladı,  bu  əməkdaĢlığın 
bölgədə  siyasi  sabitliyi  də  təmin  etməyə  xidmət  göstərməli  olduğunu  vurğuladı.  O,  eyni 
zamanda,  Xəzəryanı  dövlətləri  birləĢdirə  biləcək  bir  birliyin  də  yaradılması  gərəkliyini  irəli 
sürdü. 
Əbülfəz  Elçibəy  öz  nüfuzuyla  11  prezident  içərisində  xüsusi  seçilirdi.  Tam  demokratik  yolla 
seçilməsi  və  prezidentliyəqədərki  dəyərli  keçmiĢi  ona  dərin  hörmət  qazandırmıĢdı.  Türkiyə 
xalqının  Elçibəyə  göstərdiyi  dəniz  tək  çağlayan  sevgisi  və  onun  hətta  bu  ölkənin  bəzi 
rəhbərlərindən  də  artıq  sevilməsi  xarici  ölkələrin  prezidentlərini  heyrətə  salmıĢdı.  Turqut 
Özalın  qatılmadığı  bu  məclisdə  Dəmirəldən  sonra  ikinci  ən  sözü  keçərli  Ģəxs  də  məhz 
Elçibəydi.  
Prezidentin  cangüdəni  Ġlqar  Qədirquluyev  söyləyir  ki,  zirvə  toplantısının  yekun  sənədi 
imzalanan zala hamıdan sonda Elçibəy, ondan az sonra Dəmirəl gəldi. Elçibəy içəri girən kimi 
prezidentlər  baĢda  olmaqla  bütün  nümayəndə  heyətləri  ayağa  qalxaraq  onu  salamladı.  Bir 
çox  prezidentlər  Elçibəylə  yaxın  münasibət  qurmağa  can  atırdılar.  Xüsusən  Səpərmurad 
TürkmənbaĢı Bəyin qarĢısında əldən-ayaqdan gedirdi. Bəy ona qaz haqqında söz deyən kimi 
bildirdi  ki,  Azərbaycan  nə  qədər  qaz  istəsə  verəcəyəm  (doğrudan  da,  Azərbaycan  Elçibəy 
dövründə  Türkmənistanın  hesabına  qazdan  korluq  çəkmədi).  O  hətta  Azərbaycanın  qazdan 
ötrü olan bütün borcunu da silməyə razılaĢdı (ancaq o, bu borcu sonralar H.Əliyevdən istədi). 
Deyəsən,  TürkmənbaĢı  Elçibəyin  nüfuzuna  görə  çəkinməkdən  baĢqa,  həm  də  qorxurdu  ki, 
birdən o, Orta Asiyada inqilab-zad edər, çünki bu bölgənin müxalifətçiləri Elçibəylə çox yaxın 
münasibətdəydilər.  


Adı  çəkilən  "Türkiyə"  qəzeti  birinci  səhifəsində  Əbülfəz  Elçibəylə  "Türk  dünyasını  aydınlıq 
yarınlar  bəkliyor"  baĢlıqlı  geniĢ  müsahibə  verib.  Burada  Bəy  müxbirə  söyləyir:  "Biz  də 
Azərbaycan dövləti olaraq Xəzər dənizini böyük hövzəyə çevirəcəyik. O zaman Türkmənistan, 
Özbəkistan, Qazaxıstan, Rusiya, Gürcüstan və Türkiyə Xəzər hövzəsində çalıĢan bir birliyə üzv 
olacaqlar. Belə bir Ģərt meydana gəldiyində Qafqazın qapısı Qara dəniz vasitəsiylə Avropaya 
açılır. Sabah bir zaman da gəlir, Xəzər vasitəsiylə bütün Turanın qapıları Avropaya açılır".  
Güney  Azərbaycanla  bağlı  Bəy  deyir: 
"Mən  bir  hərəkatçıyam.  Ġnsan  haqlarını  hər  zaman 
qoruyuram.  Güney  Azərbaycanda  yaĢayan  23  milyon  türkün  insan  haqlarının  qorunmasını 
tələb  edirəm.  Məktəbi  olsun,  mədəni  hürriyyəti  olsun,  mədəni  muxtariyyəti  olsun  deyirik. 
Canım, 140 min erməniyə Qarabağda bir dövlət istəyirlərsə və DÜNYA DA BUNU MÜDAFĠƏ 
EDĠRSƏ  Ġranda  yaĢayan  23  milyon  türkə  bir  məktəb,  mədəni  muxtariyyət  istəmək 
qəbahətdirmi?"
 ("Türkiyə" qəzeti, 26 iyun 1992). 
Bunu  da  yada  salmaq  yerinə  düĢər  ki,  Ermənistan  hərbi  qüvvələrinə  ağır  zərbələr  endirmiĢ 
Azərbaycan əsgərinin Ağdərədə və baĢqa bölgələrdə gücünü duymuĢ Ermənistan prezidenti 
Levon  Ter-Petrosyan  Ankarada  müxtəlif  dövlətlərin  baĢçıları  vasitəsilə  Bəylə  görüĢməyə 
dəfələrlə can atsa da hər dəfə qəti rədd cavabı alırdı. Bəy bildirirdi ki, Ter-Petrosyanın Ġranda 
sənədlər imzalamasına baxmayaraq ermənilər hücumları nəinki dayandırmayıb, əksinə, daha 
da  gücləndirib  və  Ter-Petrosyan  boynuna  alır  ki,  o,  erməni  silahlı  qüvvələrinə  nəzarət  edə 
bilmir; bir halda ki belədir və o, imzasına cavabdeh ola bilmir, onda bizə vəziyyəti öz nəzarəti 
altında saxlaya bilən və imzasına cavabdehliyi üzərinə götürə bilən adamı göstərsin, onunla 
danıĢıqlar  aparaq.  Pis  vəziyyətdə  qalan 
Ter-Petrosyan  özü  Ģəxsən  Bəyə  yaxınlaĢıb  onunla 
görüĢmək istədiyini deyəndə bu cavabı eĢitdi ki, mən sizi Qarabağda baĢ vermiĢ hadisələrdə 
günahlandırıram və bir də, öz imzanızla təminat verə bilmirsinizsə sizinlə danıĢmağın heç bir 
əhəmiyyəti  yoxdur! 
(Bəli,  Bəyin  belə  qətiyyətli,  güzəĢtsiz,  birmənalı  və  birüzlü  siyasəti 
sayəsində  Ermənistan  prezidenti  düz  bir  il  onun  qarĢısında  özünü  müqəssir  uĢaqlar  kimi 
apardı,  yalvarıb-yaxardı,  Dağlıq  Qarabağ  ermənilərinə  heç  olmazsa  mədəni  muxtariyyət 
verilməsini istədi...). 
26 iyunda Bəy ġərqi Türküstan türklərinin (Çindəki uyğurların) liderlərindən biri, görkəmli türk 
millətçisi, 92 yaĢlı Ġsa Yusif Alptəkini qəbul etdi və baĢqa görüĢlər keçirdi. 
Həmin  gün  Azərbaycan  nümayəndə  heyəti  Türkiyənin  baĢ  naziri  Süleyman  Dəmirəllə 
görüĢdü. Əbülfəz bəy buradakı çıxıĢında bildirdi ki, indi Azərbaycanda demokratik inkiĢafçün, 
Türkiyəylə çoxcəhətli əməkdaĢlığı geniĢləndirməkçün hər cür Ģərait yaradılır.  
S.Dəmirəllə Bəyin ikinci görüĢü elə o gün gecə yarısına yaxın baĢlandı və təkbətək keçirildi. 
Elçibəyin bu və sonrakı xarici səfərləri ölkənin kütləvi informasiya vasitələrində (rəsmi dövlət 
qəzeti  də  daxil  olmaqla)  çox  yarıtmaz  iĢıqlandırıldığına  görə  mən  həmin  səfərlərin 
iĢtirakçılarıyla görüĢüb onlardan məlumat toplamaq zorunda qaldım. Beləliklə, 26 iyunda baĢ 
verənlər haqqında Elçibəyin cangüdəni Ġlqar Qədirquluyevdən eĢitdiklərimi oxuculara təqdim 
edirəm. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə