ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   10   11   12   13   14   15   16   17   ...   153

Avropanın müasir orduları üzərində ilk böyük və ruhverici qələbə məhz Türkiyədə qazanılmıĢ, 
onu  da  Atatürk  əldə  etmiĢdi.  Bundan  ruhlanaraq  ərəblərin  Misirdə,  Əlcəzairdə,  Tunisdə 
fransızlara, ingilislərə qarĢı azadlıq mübarizəsi gücləndi. Sonra Hindistan baĢladı. 
 
Türkiyənin  inkiĢaf  edərək  qabağa  yürüməsi,  yüksəlməsi,  Avropayla  çulğaĢması,  Avropa  və 
Asiyada önəmli yer tutması bu dövlətin özülünü Atatürkün düzgün qoymasındadır. Müqayisə 
aparaq.  Osmanlı  dövləti  də  imperiyaydı,  rus  imperiyası  da.  Hər  ikisi  çökdü,  dağıldı.  Hər 
ikisinin yerində cümhuriyyət yarandı. Birinin yaradıcısı Atatürk oldu, obirininkisə Lenin (sonra 
Stalin). Hər ikisi yeni dövlət qurdu. Baxın, Atatürkün qurduğu dövlət bu gün də inkiĢaf edir, 
demokratiyaya  doğru  yürüyür,  Avropa  və  Asiyanı  bir-birinə  çulğaĢdırmağa  çalıĢır  və  bu 
dövlətin hələ yüz illərcə yaĢayacağı Ģübhə doğurmur. Amma Rusiyada qurulan dövlətin özülü 
düzgün  qoyulmadığına  görə,  yenə  də  imperiya  xisləti  daĢıdığına  görə,  yenə  baĢqa  xalqları 
zülm altında saxladığına, onlara azadlıq vermək istəmədiyinə görə, dünyanı hədələdiyinə görə 
70  ildən  sonra  tam  dağıldı.  Atatürkün  dahiliyisə  oradadır  ki,  onun  qurduğu  cümhuriyyətdə 
hakimiyyət  qeydsiz-Ģərtsiz  millətindir  və  onun  üstündə  qurulubdur,  Böyük  Millət  Məclisi  də 
həmiĢə bu məsələləri yerinə yetirir. 
 
Mustafa  Kamal  PaĢa  Atatürk  dünyaya  yeni  baxıĢ  gətirdi.  Onun  çağında  dünya  üç  yerə 
bölünürdü:  kapitalist  sistemi,  sosialist  sistemi,  üçüncü  dünya.  Kapitalist  sistemi  baĢda 
dururdu.  Üçüncü  dünya  dövlətlərinin  əksəriyyətində  azadlıq  metodu  Mustafa  Kamalın 
metoduydu. Məsələn, deyək ki, Misirdə ingilisləri qovur, hakimiyyəti ələ alır və Misri müstəqil 
edirlər.  Eyni  hadisə  Ġraqda,  Suriyada,  Livanda,  ta  Çində,  Hindistanda  baĢ  verir.  Bu,  yeni  - 
üçüncü dünya dövlətlərinin azadolma metodudur. 
 
…Atatürkün ideyaları nəinki sağlığında, hətta ölümündən sonra da yol göstən mayakdır və bu 
mayaka göz yummaq ağır itkilərlə sonuclanır. Məsələn, o dəfələrlə deyib ki, bugünkü Sovetlər 
Birliyində dinbir-qanbir qardaĢlarımız yaĢayır; bir zaman gələcək, bu dövlət çökəcək, o zaman 
qardaĢlarımız  azadlıq  istəyəcəklər;  onların  sizə  müraciət  etməsini  gözləmədən  siz  bu  günə 
hazır  olun  və  anında  yardıma  yetin.  Yaxud  Türkiyə  Böyük  Millət  Məclisində  o  durub 
deyib  ki,  biz  Sovetlər  Birliyiylə  dostuq,  mehriban  qonĢuyuq  və  bunu  axıradək 
yürüdəcəyik.  Parlamentdən  çıxarkən  yaxın  adamlarına  bildirir  ki,  mən  dedim, 
birdən  siz  də inanarsınız  ha;  bilin  ki,  sizin bir  barıĢmaz  düĢməniniz  var  -  qırmızı 
rus  kommunizmi.  Türklər,  təəssüf  ki,  ulu  Atatürkün  tövsiyələrini  unutdular  və  indiki 
xoĢagəlməz duruma düĢdülər"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat 
üz-üzə", Bakı, 1999, s.156-161).  
Türk  dünyasının  ən  böyük  dahilərindən  biri  Mustafa  Kamal  Atatürkün  Anıtqəbrinə  ziyarət 
Əbülfəz Elçibəyin həyatının bəlkə də ən həyəcanlı və ən həssas anlarındandı. Bütün ömrünü 
Atatürk ideyalarının təbliğinə, onun Ģəxsiyyətinin tanıdılmasına həsr edən, onunla bağlı nəinki 
günlərlə,  hətta  aylarla  aramsız  danıĢa  biləcək  Əbülfəz  bəy  Anıtqəbirdə  Türkiyə  xilaskarının 
xatirə dəftərinə öz sözlərini yazmağa baĢlayanda yalnız və yalnız bu qısaca bir cümləni yazdı: 
"Ey böyük Türkün böyük komutanı! Sizi ziyatər etməklə özüm və bütün millətim 
adına Ģərəf duydum. Sənin əsgərin (Əbülfəz Elçibəy)". 
"Sənin  əsgərin"!  Müstəqil  bir  ölkənin  prezidenti  özünü  baĢqa  bir  dövlətin  rəhbərinin  əsgəri 
saydı - nə diplomatiyaya sığan hərəkətdi, nə də Ģəxsi münasibətlərə. Bu davranıĢ ancaq və 


ancaq  bir  TÜRK  MĠLLƏTĠ  tanıyan  və  onun  bircə  ÖNDƏRĠ  olduğunu  qəbul  edən,  varlığını 
TÜRKLÜK uğrunda qurban verməyə hər an hazır olan böyük Elçibəyin türk sevgisi məntiqinə, 
onun cəsarətinə sığıĢan bir hərəkətdi! Bu sözləri yazarkən o əslində bütün dünyaya car çəkdi: 
Azərbaycan  da  Türkiyə  deməkdir  və  biz  əbədi  qardaĢlarıq!  Qoy  indi  Türkiyənin  düĢmənləri, 
türkün düĢmənləri, Azərbaycanın düĢmənləri, özünün düĢmənləri nə deyir-desin, nə bağırır-
bağırsın!..  
Əbülfəz  bəy  böyük  öndər  Məmmədəmin  Rəsulzadənin  məzarı  baĢında  bunları  söylədi: 
"Bu 
qəbrin  bulunduğu  torpaq  -  böyük  Anadolu torpağı  müqəddəs torpaq  rus imperiyasına  qarĢı 
döyüĢən  yüzlərcə  türk  mücahidinə  yer  vermiĢdir.  Məmmədəmin  bizim  böyük  rəhbərimiz, 
böyük  qurucumuzdur.  Böyük  öndər  19-uncu  yüzildə  həm  Azərbaycanda,  həm  Anadoluda 
formalaĢan  bir  təfəkkürü,  bir  idealı  qorudu.  Bu  ideal  birinci  olaraq  türklükdür.  Ġkincisi,  bu 
türklük  idealını çağdaĢ səviyyədə  dünyaya bəlirtmək  və çağdaĢ bir demokratik  cümhuriyyət 
qurmaqdır. Üçüncüsü isə islam mədəniyyətidir". 
 
Əbülfəz  bəy  həmin  gün  -  26  iyunda  saat  19.10-da  Türkiyə  Böyük  Millət  Məclisinə  (TBBM) 
getdi. Ġqtidar qapısından TBBM-nin Genəl Kuruluna girən Əbülfəz bəyi millət vəkilləri ayağa 
qalxaraq  salamladılar.  Azərbaycan  prezidentinin  buradakı  çıxıĢı  əsl  hadisəyə  çevrildi.  O, 
Türkiyənin millət vəkilləri qarĢısında aĢağıdakı tarixi çıxıĢını etdi:  
"Özümü  çox  xoĢbəxt  sayıram.  Uzun,  böyük,  ağır  yol  keçmiĢ  və  türk  millətini  özgürlüyə 
qovuĢdurmuĢ  Türkiyə  Böyük  Millət  Məclisində  danıĢmaq,  təbii  olaraq,  çox  ağırdır,  mənim 
üçün  çətindir.  Siyasi  mücadilədə  yoğrulmuĢ,  siyasi  mücadilələrdə  yetiĢmiĢ  parlamentarlar 
qarĢısında  danıĢmaq  mənim  üçün  çox  çətin  bir  iĢdir.  Əgər  qüsurlarım  olursa  o  qüsurlarımı 
bağıĢlarsınız, mənim suçumdan keçərsiniz. 
 
Məmləkət  o  qədər  gözəl,  Türkiyə  o  qədər  görkəmli,  onun  insanları  o  qədər  ucadır  ki,  bu 
məmləkətə girərkən də, bu məmləkətdən çıxarkən də hər bir Ģey təzim tələb edir, hər bir Ģey 
baĢ əymək, hər bir Ģey köküs basmaq tələb edir. 
 
ArxadaĢların  bir  qismi  bilir  demokratiya  uğrunda  mücadilə  verən  insanları.  Bu  mücadiləni 
Azərbaycanda  Azərbaycan  Xalq  Cəbhəsi  baĢlatdı  və  onu  yürüdür.  Ancaq  bu  demokratiyanı 
yürütməklə  bərabər,  bizim  idealımız  Məmmədəmin  Rəsulzadənin  hədəf  qoyduğu  idealdır. 
Birincisi,  türklük,  özünü  dərk  etmək,  bir  millətin  özünü  dərk  etməsidir.  Bizim  bayrağımızda 
üstdə yer alan mavi rəng onu təmsil edir.
 
Bu  məmləkətə  gəlirkən bir Sultan  Mehmet  Fateh  xatırlanır  -  Avropanı diz  çökdürüb də türk 
haqqını dünyaya bildirən, Ġstanbulu fəth edən insan xatırlanır; baĢ əyməmək mümkün deyil. 
Həzrət Peyğəmbərimiz buyurmuĢdur ki, "kim onu fəth edəcəksə xoĢ onun halına - Tanrı onu 
sevər". Yəni Tanrı Fatehi sevmiĢ və o fəthi ona vermiĢ. Nə mutlu! 
 
Zaman-zaman  dünyanın  bir  ġərq  siyasəti  olmuĢ,  Doğu  siyasəti  olmuĢ,  dörd  yüz  il  bütün 
dünya  Osmanlı  dövlətini  çökdürməyə  çalıĢmıĢdır.  Təbii  olaraq,  türk  milləti  bundan  da  çıxıĢ 
yolu  tapmıĢdır  -  "cümhuriyyət  quracağıq  və  demokratiyanı  yerləĢdirəcəyik"  deyərək  yola 
çıxılmıĢdır.  Böyük  Mustafa  Kamalın  öndərliyində  qurulan  bu  Cümhuriyyət  bu  gün 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə